Nə cür işçi olduğunu testlə yoxla! - TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 303
Səs ver:
(səs: 0)

Nə cür işçi olduğunu testlə yoxla! - TEST

İnsanın iş həyatı ilə əlaqədar xasiyyəti haqqında təsəvvür əldə etmək üçün Levinsonun aşağıdakı testindən istifadə etmək olar. Siz də bu testdən keçin. Aşağıdakı suallara verdiyiniz müsbət cavabları hesablayın.  
1. Kimisə tənqid edərkən səhv edənin "başına ağıl qoymağa" cəhd edirsiniz, yoxsa elə, "qamçılamağa" çalışırsınız ki, özünə gələ bilməsin?
2. Sizin şirkətdə təşkilatda baş verən nə varsa, hamısına tam nəzarət etməyə ehtiyac duyursunuzmu?
3. Bütün tədbirlər üçün sizdən icazə alınmasını tələb edirsinizmi?
4. İclaslarda çıxışlarınız çox uzun çəkir?
5. Rəqibin dəlillərini rədd eləmək üçün ona tələsik hücum etməyə vərdiş etmisinizmi?
6. Ətrafdakılar öz fikirlərini sizinlə müzakirə eməkdən çəkinirmi?
7. Mübahisəyə ehtiyac duyursunuzmu? İstənilən mövzuda müzakirəyə tezmi girişirsiniz?

8. Yüksək mövqeyin və hakimiyyətin zahiri əlamətləri sizin üçün çoxmu önəmlidir?
9. Sizə verilən vəzifə səlahiyyətini və ya hökmranlığı, başqasına təqdim etməyə həvəsləmi razı olursunuz?
10. Uğursuzluqda nəyin bahasına olur-olsun məsuliyyətdən yaxa qurtarmağa çalışırsınızmı?
11. Öz fəaliyyətinizdən danışanda "mən" əvəzliyindən tez-tezmi istifadə edirsiz?
12. Adamlar sizin haqqınızda çox soyuq və ehtiyatlamı danışır?
13. Həmkarlarınızdan və rütbəli yoldaşlarınızda daha səriştəli olduğunuzu düşünüb bunu onların diqqətinə çatdırmağa çalışırsınızmı?

Heç olmasa 3 suala müsbət cavab verilərsə, xasiyyətinizin bəzi cəhətləri ətrafdakılar tərəfindən o qədər asan qəbul edilmir. Yaxşı olardı ki, bu barədə düşünəsiniz.  Hərdən isə çox qarşıq fikirli olduğunuz üçün insnlar sizi heç başa düşmür.
6 müsbət cavab verilərsə, bu o deməkdir ki, sizin həmkarlarınızla münasibətiniz düşündüyünüzdən daha gərgindir. Tələb və təkliflərinizi yumşaq şəkildə də bildirə bilərsiniz. Bu zaman iş mühitində də müsbət aura yaranacaq.

Çoxlu sayda müsbət cavab olduqda öz xasiyyətiniz haqda ciddi düşünməlisiz. Çalışın bir az mülayim olun. Çünki nə qədər yaxşı işçi olsanız da, kobud davranışlarınızla yoldaşlarınızın gözündən düşürsünüz.
Həmçinin temperament və xarakterlər arasında əlaqə haqqında da oxuyun. Çünki iş yoldaşlarınız sizin sərt xasiyyətiniz üzündən iş yerini tərk edə bilər. Siz onları aqressivliyinizlə çox yorursunuz.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri