Sizdə hipertoniya inkişaf edə bilər? - TEST

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 866
Səs ver:
(səs: 0)
Hipertoniya çox təhlükəli və ağır fəsadlar verən xəstəlikdir.

İnfarkt və insult kimi ağır və insan ölümünün əsas səbəbləri olan pozulmalar məhz hipertoniya fonunda inkişaf edir. Bu 6 suala cavab verib siz özünüzdə hipertoniyanın inkişafının riskini təyin edə bilərsiniz.

1. Yaxın qohumlarınız (ana, ata, nənə, baba, bacı, qardaş) arasında hipertoniya xəstəliyindən əziyyət çəkənlər var?

2. Siz siqaret çəkirsiniz?

3. Siz duzlu qidaları xoşlayırsınız və tez-tez qəbul edirsiniz?

4. Siz tez-tez streslərə məruz qalırsınız?

5. Sizin artıq çəkiniz var?

6. Siz az hərəkət edirsiniz, idmanla, bədən tərbiyəsi ilə məşğul olmursunuz?

Hər müsbət cavab sizdə hipertoniyanın inkişafının riskini artırır. Bu xəstəlikdən özünü qorumaq üçün düzgün qidalanın, qidalanmanızda duzun miqdarını azaldın, artıq çəki yığmayın, streslərdən uzaq olun, hərəkətli olun, bədən tərbiyəsi və idmanla məşğul olun (yeri gəlmişkən, idman və bədən tərbiyəsi streslərin orqanizmə olan mənfi təsirini azaldır).

Hipertoniyanı vaxtında aşkar etmək və onun sonrakı inkişafının qarşısını almaq üçün profilaktik olaraq arterial təzyiqinizi ölçün. Məsələ burasındadır ki, bir çox hallarda hipertoniya simptomsuz inkişaf edir - insanda baş ağrıları, başda ağırlıq və s. bu kimi simptomlar olmur.

Hipertoniya "yaşlılar xəstəliyi" deyil. Hal hazırda bir çox digər xəstəliklər kimi, hipertoniyada da xeyli cavanlaşıb. Bu səbəbdən bu xəstəliyin profilaktikasına cavan yaşlardan başlamaq lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri