Evlilik həyatına hazırsanmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 278
Səs ver:
(səs: 0)


Evlilik sizin üçün nə ifadə edir? Evlilik həyatı sizi qorxudurmu? Bu sualllara cavab axtarırsınızsa, testi yoxlayın və öyrənin!
Həyatın boyu bir insanın bütün məsuliyyətini üzərinə götürə biləcəyinə inanırsanmı? 
a) Əmin deyiləm
b) Bəli, inanıram
Bir insanla münasibətdə olmaq səni sıxırmı?
a) Bəli 
b) Xeyr
Evlilik sənin üçün məcburiyyətdirmi?
a) Bəli
b) Xeyr
Həqiqi hisslərini və duyğularını paylaşmağa və söyləməyə çətinlik çəkirsənmi?
a) Bəli
b) Xeyr
Karyeranı ailə həyatından daha vacib hesab edirsən?
a) Bəli
b) Xeyr
Böyük problemləri həll etməyə özünü hazır hiss edirsənmi? 
a) Elə düşünmürəm
b) Bəli, hazıram
Ailə həyatının insanın azadlığını əlindən aldığını düşünürsən? 
a) Bəli
b) Xeyr
Həyat yoldaşınla hər şeyi danışıb bölüşə biləcəyini düşünürsənmi?
a) Hər şeyi danışa bilmərəm
b) Bəli
Evliliyi risk kimi qəbul edirsən?
a) Bəli
b) Xeyr
Sevgilinin bütün yaxşı və mənfi fikirlərini həzm edə bilirsənmi?
a) Əmin deyiləm
b) Düşünürəm ki, hər şeyin öhdəsindən gələ bilərəm
Partniyorunun bütün istək və arzularına cavab verdiyini düşünürsənmi?
a) Xeyr
b) Bəli 
Bundan 10 il sonranı fikirləşdiyin zaman onunla birgə həyat paylaşa biləcəyindən əminsən?
a) Bilmirəm
b) 100 faiz
Nəticələr:

A variantı çoxluq təşkil edirsə:
B variantı çoxluq təşkil edirsə, sən evlilik həyatına qətiyyən hazır deyilsən. Evliliyi ciddi qəbul etmirsən. Həyatda qeyri-ciddi biri olduğun üçün başqa birinin məsuliyyətini üzərinə almaq sənlik deyil. 
B variantı çoxluq təşkil edirsə: 

Sən evliliyə və başqa bir insanın bütün məsuliyyətini öz üzərinə almağa hazırsan. Özün ağıllı və ciddi bir insan olduğun üçün gələcək həyata özünü kifayət qədər hazırlaya bilmisən. İnsanları xoşbəxt etmək də bir  bacarıq və qabiliyyətdir. Sən buna tam hazır və qadirsən. Sevdiyin biri olsa da, olmasa da, ailə həyatı qurmağa hazırsan. Çünki artıq beynində hər şeyi düşünüb, ölçüb-biçmisən. 
A və B variantı eyni saydadırsa: 
A və B variantı eyni saydadırsa, sənin üçün ailə müqəddəs bir şeydir. Buna görə də səhv addım atmaqdan qorxursan. Ailə həyatına hazır olmaq üçün sənə hələ bir az vaxt lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri