Yaddaşınızı test edin

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3 482
Səs ver:
(səs: 3)
Aşağıda yer alan asan və tez tətbiq edə biləcəyiniz yaddaş testi National Institude of Mental Health və Amerikada olan Memory Assessment Clinic –da hazırlanmışdır.

Bu test yaddaşınızın normal funksiyalara sahib olub olmadığı haqqında sizə ümumi bir fikir verəcək. Əgər yaddaşınızla əlaqədar bir problem yaşadığınızdan şübhələnirsinizsə mütləq həkiminizə müraciət etməlisiniz. Həkiminiz yaddaş probleminizin nədən qaynaqlandığını araşdıraraq sizə uyğun müalicə variantları və təkliflər təqdim edəcək.

Aşağıdakı bazarlıq siyahısını yalnız bir dəfə diqqətlicə oxuyun. Ardından siyahıya bir dəfə daha baxmadan, xatırladığınız bütün maddələri başqa bir kağıza qeyd edin. Daha sonra neçə dənə maddə xatırladığınızı başqa bir vərəqə yazın.

Soğan
Ərik
Yumurta
Böyürtkən
Fındıq
Krevet
Qazlı su
Mayonez
Reyhan
Balqabaq
Mango
Makaron
Sosiska
Keks
Qarabaşaq

Bal vermə:
18-39 yaş arasındasınızsa 10 maddəni,
40-49 yaş arasındasınızsa 9 maddəni,
50-59 yaş arasındasınızsa 9 maddəni,
60-69 yaş arasındasınızsa 8 maddəni,
70 yaş və daha çox 7 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərər.

İndi də yuxarıdakı siyahını hər 5 dəqiqədə bir təkrar oxuyun. 5 dəfə oxuduqdan sonra siyahıya baxmadan 30 saniyə gözləyin və siyahının içindəki maddələri xatırlamağa çalışın.

Bal vermə:
18-39 yaş arasındasınızsa 13 maddəni,
40-49 yaş arasındasınızsa 12 maddəni,
50-59 yaş arasındasınızsa 12 maddəni,
60-69 yaş arasındasınızsa 11maddeyi,
70 yaş və daha çoxdursa 10 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri