Gözlərimiz nədən xəbər verir? - Rəng testi

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 919
Paylaş:
Səs ver:
(səs: 2)
Qadınlar.biz "Narınc" Uşaq Psixologiya Mərkəzinin Pedaqoq - psixoloqu Gülnar Orucovanın məqaləsini təqdim edir.

İnsan hisslərinin ən gözəl təzahür vasitəsi gözlərdir. Elə buna görə də tez-tez “gözlər qəlbin aynasıdır” deyirik. Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamətlərdən xəbər verir. Gözlərin rəngindən asılı olaraq insanın xasiyyəti haqqında danışmaq mümkündür. Planet sakinlərinin əksəriyyətinin gözləri qəhvəyidir. Aparılmış statistikaya əsasən Yer kürəsinin əhalisinin 2%-i yaşıl gözlərə sahibdir. Gözlərin rəngi orqanizmdəki meloninin maddəsinin miqdarı ilə müəyyən olunur, yaşıl gözlü insanlarda meloninin miqdarı azdır, qəhvəyi gözlərdə isə daha çoxdur. Orta əsrlərdə yaşıl gözlü və kürən saçlı qızları cadugər adlandıraraq odda yandırmışlar. Yaşıl gözlü insanların sayının az olmasını orta əsrlərdə inkvizisiya əməllərinin nəticəsi kimi də baxmaq olar. İslandiya əhalisinin 80%-ni yaşıl və göy gözlü insanlar, Türkiyədə isə 20%-ni təşkil edir. Cənubi Amerikada, Asiya və Orta Şərqdə isə yaşıl gözlü insanlara çox nadir hallarda rast gəlinir.

Hər gözə, hər baxışa bir məna vermək çox asandır. Bu mənaları ayırd etmək üçün göz rənginə diqqət yetirmək lazımdır. Gözlər və baxışlar bəzən insana sözlərin anlamayacağı qədər böyük və mənalı şeyləri başa düşməyə kömək edir. Hətta insanların yalan söylədikləri gözlərindən bəlli olur. Yalan söyləyən insanlar qarşısındakı insandan gözlərini qaçırır, onun gözünün içinə baxmağı bacarmır.

Gözlər və baxışları bir kənara qoyub göz rəngləri haqqında Amerika psixoloqlarının apardığı araşdırma ilə sizi tanış etmək istərdim.

Mavi gözlü insanlar enerjili, pozitiv düşüncəli, tez qərar verməyi bacaran olurlar. Əli açıq, səxavətli olan mavi gözlülər dəyişikliklərdən qorxmurlar. Xəyalpərəst olduqları üçün reallığı görməkdə çətinlik çəkirlər. Şöhrətpərəst olmadıqları üçün ətrafdakılar tərəfindən çox sevilir və müsbət qarşılanırlar.
Qara gözlü insanlar çox həyəcanlanan, nizam-intizamlı, səliqəli olurlar. Qara gözlər ehtiras və coşğu əlamətidir. Sevdiklərinə daima nəzarət etmək, yönləndirmək istəyirlər. Onların sevgisi qədər kinləri də böyük olur. Qara rəngli gözləri olan insanlar çox hiyləgər də ola bilirlər.
Yaşıl gözlü insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olduqlarına baxmayaraq heç kimi incitməməyə, qəlbinini qırmamağa çalışırlar. Yaşıl gözlü insanlar xüsusi qabiliyyətlərə malik olan, düzgün və vaxtında qərar verə bilənlərdir. Qısqanclıqları isə ətrafdakıların diqqətini çəkirlər.
Ala gözlü insanlar intuisiyaları güclüdür, olduqca həssas, kövrək bir ürəyə sahibdir. Çox qürurlu olurlar və qürurlarını qıranları əsla bağışlamırlar.
Qəhvəyi gözlü insanların ən pis xüsusiyyəti öz sirlərini hamıya vermələridir. Uğursuzluqla tez-tez üzləşdiklərinə görə səhvlərindən düzgün nəticə çıxarırlar. Başqalarını düşünürlər, hamı ilə yola getməyi bacarırlar. İşləri onların istədiyi kimi getməyəndə əsəblərini colovlaya bilmirlər.
Sonda isə onu qeyd etmək istərdim ki, hansı rəngdə olursaq olaq əsas odur ki, necəyiksə elə də olaq. Bu zaman daha çox sevilib daha çox dəyərli olarıq. Hər kəs daxilində bir səmimiyyət axtarışındadır.

loading...
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 919
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aykam2001
Qəhvəyi gözlü insanların ən pis xüsusiyyəti öz sirlərini hamıya vermələridir. Uğursuzluqla tez-tez üzləşdiklərinə görə səhvlərindən düzgün nəticə çıxarırlar. Başqalarını düşünürlər, hamı ilə yola getməyi bacarırlar. İşləri onların istədiyi kimi getməyəndə əsəblərini colovlaya bilmirlər.
Sonda isə onu qeyd etmək istərdim ki, hansı rəngdə olursaq olaq əsas odur ki, necəyiksə elə də olaq. Bu zaman daha çox sevilib daha çox dəyərli olarıq. Hər kəs daxilində bir səmimiyyət axtarışındadır.
5 sentyabr 2016 18:30
12
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Offline
Catwoman666
Xbrin seklindeki yasil gozlu qizin goz formasi menimkine cox oxsadi. Mende de formasi eledi. Badem gozluyem yeni)) Amma goz rengim qehveyidir.

...666...
2 sentyabr 2016 23:31
11
Viking
Offline
Mrs.A
Yaşıl gözlü insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olduqlarına baxmayaraq heç kimi incitməməyə, qəlbinini qırmamağa çalışırlar. Yaşıl gözlü insanlar xüsusi qabiliyyətlərə malik olan, düzgün və vaxtında qərar verə bilənlərdir. Qısqanclıqları isə ətrafdakıların diqqətini çəkirlər.
2 sentyabr 2016 19:53
10
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Fira Deniz
Qəhvəyi gözlü insanların ən pis xüsusiyyəti öz sirlərini hamıya vermələridir. Uğursuzluqla tez-tez üzləşdiklərinə görə səhvlərindən düzgün nəticə çıxarırlar. Başqalarını düşünürlər, hamı ilə yola getməyi bacarırlar. İşləri onların istədiyi kimi getməyəndə əsəblərini colovlaya bilmirlər-dogrudu
1 sentyabr 2016 23:15
9
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
Offline
Fidan ALYEVA
Qehveyidi gozlerim
1 sentyabr 2016 14:34
8
.O.F.S.
Offline
vipbetul
bele testlere inanmiram

bele testlere inanmiram

bele testlere inanmiram
1 sentyabr 2016 13:37
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
narmiwka_15
Qəhvəyi gözlü insanların ən pis xüsusiyyəti öz sirlərini hamıya vermələridir. Uğursuzluqla tez-tez üzləşdiklərinə görə səhvlərindən düzgün nəticə çıxarırlar. Başqalarını düşünürlər, hamı ilə yola getməyi bacarırlar. İşləri onların istədiyi kimi getməyəndə əsəblərini colovlaya bilmirlər.

cox duzgundur ama isterdim gozum ferqli rengde olsun
1 sentyabr 2016 13:06
6
Be Happy))
Offline
Helena
Gozlerim cox aciq qehveyidir cox sagolun
1 sentyabr 2016 11:39
5
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Offline
NURANE
gozlerim qaradi twk
1 sentyabr 2016 11:13
4
1) Ağıllı insanlar başqalarının təcrübələrindən yararlanarlar,inadçı insanlarsa hər şeyi özləri etmək istəyərlər.(John Lubbock)
Offline
aytac2210
gozlerim qehveyidi hamisida bire bir dogrudur tewekkur edirem heart
1 sentyabr 2016 10:54
3
Offline
Onun_Mələyi
Atam və qardaşmın gözləri yaşıldır, mama və mənimki qəhvəyi, bacımınkıda qara rəngdədi.yazılanların şoxu düz gəldi.təşəkkürlər. ...
1 sentyabr 2016 09:35
2
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
BARBI
Gozum qehveyidir. Yazilannarda ugunluqlar coxdur
1 sentyabr 2016 05:12
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook