Məhəbbətdən Küsəndə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 167
Səs ver:
(səs: 0)

 

Məhəbbətdən Küsəndə

Məhəbbətdən küsəndə...... (NÜSRƏT KƏSƏMƏNLİ)


Yazırıq sevgidən, yazırıq ancaq,
Elə setirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz?...

Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəssisdir,
Eh, ürək aldatmaq bir su içimi...

Sevimmi?! Tərəddüd qət edə bilmir,
Bəzən itiririk inam, ümidi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndesi fiqur kimidir...

Bir qəlbə girənde boyalı sözler,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi...

Təbəssümlər saxta, söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar...

Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz...


Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri