Ağladım...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 533
Səs ver:
(səs: 0)

 

Bir axşam qaçar kimi göründü kölgən

Kölgənə ayrılıq düşdüyündə ağladım

 

Yollarda adını xatırlamaq

Buluda sevda ismarlamaq deyilmiş sevda

Ürəyimi kor xəncərlə dağladığımda ağladım

 

Bir izi qalsa sahibsizliyimin

Acı damla -damla düşsə ürəklərə

Qanasa yoxluğunda toxunduğum yerlər

Dodaqlarımı dişləyincə ağladım

 

Bir gülün qızarması kimi utanarmış üzlər

Gözlərim gözlərində qonaqkən ağladım

 

Səhifələrin üstündə

Çiçəklərin yarpağında iyləməkmiş nəfəsini

Adının deyildiyi səhifələrdə ağladım

 

Zəncirin ilk halqası ağrıtmaz

Volta da dahi tək edilməzmiş

Azadlığa qaçarkən yalınayak

Tikanların ağrısına deyil qalanlara ağladım

 

Səhəri kor güllələ gözləməkmiş zaman

Gicgahlarımda anlar itərkən ağladım

 

Əlini uzat dediyində qeydsiz qalıb

Arxamı döndüyümdeə getmə deyə yalvaran

çölləşən  gözyaşlarımı anladığımda ağladım

 

Titrək baxışlarla qapı gözləyən

Gözləyərkən belə ümidini kəsməyən

Eşqi , esqin bir qəlb ağrısı bilib

Bir ömrü  tükətənləri  yaşadığımda ağladım

 

Sarı başaqları düzdüm torpağın qoyunula

Hər böyüyən ümid sənə bənzədiyində ağladım

 

Gizlisində xəyallar qurduğumuz evin

Damında uçuşarkən kəpənəklər

Titrək bir heyecanla sənə sığındığımda ağladım

 

İndi ürək ağrısı sol yanımdakı sancı

Kirpiklərinə asılıb sevinc yazdığım

Sənə bənzəyir deyə çiydəmlərə qızdığım

Əllərimə qandal vurulub səni xatırlaya bilmədiyimdə ağladım

 

Get artıq ən sonunda öldüm qəflətən

Sevirəm deyişinə inanmadığımda ağladım

 

Al quraqlaşmış xatirələrini

Qara bir axşamda deyilən

Sahibinə çatmayan sözlərə ağladım

 

Saman rəngində bir hüzn geyinib

Qığılcım çaxarkən gözlərin

Son çırpınışla ürəyinə asılıb

Əlvida deyə bilməyişimə ağladım

 

Tut əllərimi həyat uçurumun kənarındayam

Sevmək istəyəkən sözlərimi bilmədiyimdə ağladım

 

Tərcümə etdi:PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

 

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri