Sevmirəm (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 10 246
Səs ver:
(səs: 3)
Yasəmən öz sevimli ayısını qucaqlayaraq yatağında oturmuşdu. Bu on gündə o qədər stres yaşamışdıki demək olar ki, otağından çıxmırdı. Aydın dediyini eləmişdi yenə. Afət xala çoxdan məsələni Yasəmənin ata-anasına açmışdı. Valideynlər razı idilər amma, Yasəmənin inadla "yox!" deməsi hər şeyə mane olurdu. Valideynləri, qohumları, dostları, hər kəs onu qınayırdı. Həm özünə, həm atasının ad-sanına görə onu istəyənlər olmuşdu amma, illərdir dost olduqları ailənin oğlu hamının gözündə ideal "namizəd" idi. Yasəmən uzun illər dostluq edən iki ailəni düşmən etməmək üçün nə Aydının etdiklərini," nə də eşitdiklərini kiməsə deyə bilmirdi. Çarəsizcə Aydının bezib ondan əl çəkəcəyi vaxtı gözləyirdi. Bu kimi düşüncələrlə, nə edəcəyini bilmədən sadəcə hər şeyin tez bitməsi üçün ürəyində dua edirdi. Elə bu vaxt qapı döyüldü:
-Girin...
Qapı açılanda içəri Yasəmənin anası girdi:
-Necəsən qızım?
-Yaxşıyam ana, yenə nə olub?
-Qızım yenə Afət xalan gəlmişdi...
-Of, ana axı dedim...
-Qulaq as qızım. Afət xalanı 20 ildən çoxdurki tanıyırıq, əri rəhmətlik Cavid kişi də atanın çox yaxın dostu idi. Aydın da gözümüzün qabağında böyüyüb, tərbiyəsi, mərifəti yerində, yaraşığınıdaki özün görmüsən. Qızım üz üzdən utanır. Afət xalan o xəstə halıyla 4 dəfə gəlib qapımıza. Naz eləmə, gəl razı ol bu işə. Həm sən Aydını sevmirdin ki?
-Nə?! Ana bu hardan ağlına gəldi?
-Qızım analar hər şeyi hiss edir.
Yasəmən gülümsəyərək, gözlərini qıyıb anasına baxdı:
-Ola bilər, ya da gizlicə qızlarının gündəliklərini oxuyarlar hə?
-Nəysə, aaa lap yadımdan çıxmışdı. Xalanqızı Gülnar gəlib, bəlkə o sənin inadını qırdı.
Yasəmən sevinclə "oley" deyə qışqırdı.
-Ana tez çağır gəlsin!
Birdən qapı açıldı, içəri girən Gülnar heç nə demədən Yasəmənin yatağına tullanıb onu qucaqlayıb öpdü.
-Mənim ən sevdiyim kuzenim necədi? Eşitdim Aydinçik səni bizdən alır?
-Sən gəldin super oldum. Hmm...o məsələ biraz qarışıqdı. Danışarıq.
Bu sözlərdən sonra ikisidə birdən Yasəmənin anasına baxdılar.
-Yaxşı, başa düşdüm qızlar. Amma yadınızdan çıxmasın 1saat sonra yemək hazırdı-deyib otaqdan çıxdı.
Qapı örtülən kimi Gülnar Yasəmənin əlindən tutub nəfəs almadan danışmağa başladı:
-Hə...tez ol de. Necə olduki siz evlənirsiz? O Aydinçikin başına kimin dibçəyi düşdü də ağıllanıb səni sevdi? Tez danış, tez!
-Birincisi arada nəfəs al Gülnar, ikincisi heç nə sənin düşündüyün kimi deyil...
-Necəki?
Yasəmən hər şeyi Gülnara danışmağa başladı. Bəzi yerlərdə güldülər, bəzilərində kədərləndilər, öpüş yerini isə Yasəmən utanaraq çox qısa danışdı. Hər şeyi danışıb qurtarandan sonra Gülnara baxıb soruşdu:
-İndi sən de Gülü, mən nə edim?
-Birincisi o öpüşü mənə ətraflı danışasan. İkincisi evlən Jasmin.
-Of, Gülü mən onun dilindən "o şikəstlə evlənməyəcəm"i eşidəndən sonra necə evlənim?
-Bax elə ona görə evlən deyirəmdə.
-Nə?
-Jasmin o axmaq...yaxşı elə baxma, axmaqcığaz olsun. O sən ona "qız kimi" dediyinə görə acığa evlənmək istəyirsə, evlən. O Aydınçikin azda olsa ağlı varsa, o koruş gözlərini açıb sənin bu gözəlliyini, ağlını, şirinliyini görüb 100% sənə aşiq olacaq.
-Bəs aşiq olmazsa?
-Hə, bax onda vəziyyət xarablaşır. Əgər aşiq olmazsa sənin ona "qız kimi" deməklə haqqlı olduğunu qəbul edib, Samir Bağırovla bir qohumluğunun olub-olmadığını araşdırmağa başlıyarıq.
Bu sözlərdən sonra ikisidə gülməyə başladılar.
-Yaxşı, mən razı Gülü. Aydından heç xoşu gəlməyən sən belə "evlən" deyirsənsə, deməli evlənməliyəm.
-Pah, əlbətdəki xoşum gəlməz. İllərdi mənim gözəl-göyçək kuzenimi o koruş gözləriylə görməyib onla-bunla gəzəndən niyə xoşum gəlsinki? Nəisə... Hə, demək sənidə verdik getdin. Da bizdə oğlan evinə xəbər edək ki, bir kəllə qənd, 3 manat pul gətirib şirinçayını içsinlər.
-Sağ olda Gülü, nə tez verdin məni?
-Ay bala qorxuramda.
-Nədən?
-Bu oğlanı bir dəfə alçatdın gəlib səni öpdü, ikincisində dirəşib ki, səni alacaq. Qorxuram sən evlənmədən əvvəl yenə onu hirsləndirəsən və o maymaq sənə bir junior Aydinçiq hədiyyə edə.
Yasəmən heç nə anlamayan gözlərlə Gülnara baxdı. Gülnar onun heç nə anlamadağını başa düşüb, əliylə qarnını hamiləymiş kimi tutdu. İkisidə qəhqəhələrlə güldülər. Bütün gecəni beləcə deyib-gülərək keçirdilər. Yasəmənin anasının dəfələrlə çağırmasına baxmayaraq, heç yemək yeməkdə yadlarına düşmədi. Yasəmən son günlərdə yaşadığı kədərin, qorxunun, stresin əvəzinə bu gün olduqca xoşbəxt idi. Gecə saat 3-ə kimi əyləndikdən sonra iki xalaqızı bir-birlərini qucaqlayıb yuxulamağa çalışırdılar. Bu günün çox gözəl bitməsinə baxmayaraq Yasəmən birdən kövrəldi. Gözündən axan bir damla yaşı əlinin tərsiylə silib pıçıldadı:
-Gülnar mən çox qorxuram...
-Nədən? Junior Aydınçikdən?
-Nə? Yox... Əslində oda gözümü qorxutdu amma, men başqa şeydən qorxuram.
-Nədən Jasminim?
-Gülü mən Aydını 14yaşımdan sevirəm. Çox sevirəm. Amma həmişə uzaqdan sevmişəm, məni əsla sevməyəcəyini bilə-bilə sevmişəm. O başqalarının sevgilisi olanda belə, mən xəyallarımda ancaq onun sevgilisi olmuşam. O başqasının əlindən tutub yanımdan keçəndə ürəyim qan ağlasada gülümsəmişəm. Ağlımla nə qədər uzaq olduğumuzu bilsəm də, ürəyimə o qədər yaxın hiss etmişəmki onu. Amma o gün onun dediklərini eşidəndən sonra ilk dəfə ALLAHa üsyan etmək istədim məni belə yaratdığına görə. Heç vaxt gərçəkləşməyəcəyini bildiyim xəyallarım məhv oldu. İndi biz evlənəcəyik, çox qorxuram Gülü. Bir cümləsi ilə xəyallarımı məhv etdi o, ya evlənəndən sonra əlilliyimi üzümə vursa? Ya o sözləriylə ona olan sevgimi məhv etsə? Nifrətə çevirsə? Mən qarşılıqsızda olsa öz sevgimlə xoşbəxtəm...yəni xoşbəxt idim. O sevgimi əlimdən alsa yaşaya bilmərəm... Ölərəm Gülnar. Ölərəm...
-Ay mənim gözəl bacım, bax buna görə o axmaq səni sevməlidir. O bütün həyatı boyu dünyanı gəzsə, yenə də sənin qədər onu sevən qız tapa bilməz. Amma məndən sənə məsləhət Jasmin: bu qədər çox sevdiyini ona əsla bildirmə. Qoy əvvəlcə sənin qədrini bilsin, səni itirməkdən qorxsun.
-Of, Gülü elə danışırsanki güya mənim dərdimdən ölüb evlənir mənimlə.
-Pah, sən məzələn hələ. Əminəm onun sənin dərdindən ölməyinə az qalıb Jasmin.
Yasəmən gülümsəyib, "inşALLAH"-deyə pıçıldadı.
Səhər Yasəmənin anası qapını açıb qucaqlaşıb yatan iki xalaqızına gülümsəyərək baxdı. Sonra onları oyatmağa başladı:
-Ey qalxın tənbəllər. Saat 12 olub, bunlar hələ yatırlar. Ey durun demirəm?
Gülnar yataqda dikəlib, gözünü ovuşdura-ovuşdura soruşdu:
-Xala doğurdan saat 12di?
Yasəmən başını qaldırıb:
-Gülü tanımırsan xalanı? O saat 12di deyirsə deməli hələ heç 9 olmayıb.
-Nə fərq eliyir? Ha 12, ha 9a qalmış? Nəysə durun qızlar, axşamda yemək yeməmisiz. Gəlin səhər yeməyi yeyin- deyib otaqdan çıxmaq istəyəndə Yasəmən onu dayandırdı:
-Ana dayan! Mən sənə bir söz demək istəyirəm.
-De qızım.
-Ana şey...mən...mən razıyam..
-Nəyə qızım?
Yasəmənin utancdan heç nə deyə bilməyəcəyini görən Gülnar, onun əvəzinə cavab verdi:
-Xala Yasəmən evlənməyə razıdı.
-ALLAH xoşbəxt etsin qızım.
Afət xala Aydının otağının qapısını döydü:
-Gir..
İçəri girən Afət xala "play station" oynayan oğluna gülümsəyərək baxıb pıçıldadı: "ALLAHım inşallah Yasəmən bu uşağı böyüdər".
-Oğlum qız razılaşdı.
Aydın oyunun pultun əlindən yerə salıb:
-Nə? Hmm...doğrusu sonsuzadək inad edəcəyini düşünürdüm. Lap əla! Onda mən getdim ana.
Afət xala təəccüblə tələsik gödəkcəsini geyinən oğluna baxıb soruşdu:
-Hara oğlum?
-Surpriz.
-Sənə yox ana, Yasəmənə-deyib əlini cibinə salıb, günlərdir cibində gəzdirdiyi qutunu ovcuna alıb sıxdı gülümsəyərək.
Yasəmənlə Gülnar dvd-də filmə baxırdılar. Birdən Yasəmənin anası onu səslədi:
-Qızım qonağımız gəlib.
-Kim gəlib ana?
-Mən əziz nişanlım.
Yasəmən eşitdiyi sözlərdən təəccüblənib qapıya baxanda yenə də çox yaraşıqlı görünən Aydının gülümsəyərək ona baxdığını gördü.
Aydın heç nə demədən gəlib Yasəmənin qarşısındakı kresloya oturdu. 15dəqiqədən çox davam edən cansıxıcı sükutu burda artıq olduğunu düşünən Gülnar pozdu:
-Xoş gəlmisən Aydın. Təbrik edirəm sizi. Nəisə, mən gedim, siz söhbət edin-deyib Yasəmənin "getmə" işarələrinə gülümsəməklə cavab verib çıxdı otaqdan.
-Sənə bir surprizim var gözəlim.
-Nə?
-Əvvəlcə gözlərini yum.

Müəllif: Cəmilə Məmmədli
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 10 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri