Sən gedincə

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 3 202
Səs ver:
(səs: 5)
Sevgin ürəyimdə qərib düşübdür,
Yurdu talanıbdır yuvası uçub.
Gecələr sığınıb ümid payına,
Dərin baxışında yuxuda susub .
 
Zaman çox yarama bil sığal cəkib,
Ama dərinlikdə nə çox qəm kədər.
Nə çox iztirab var nələr bilmirəm
Bəlkə ürək yatır bir ümman qədər.
 
Daha fikirlərim darma-dağındır,
Yolumum əvvəli başı görünmür. 
Bəxtim daş içində sükut bağlayıb,
Ayılan zamanı göz yaşı görünmür. 
 
Özümü danlayıb günahkar deyə,
Elə hey kipriklə od qaldırmışam.
Gözümü yollardan yığmışam daha,
Özüm mən özümə dayaq olmuşam.
  
Allah heç kimə ayrılıq dərdi verməsin.
     
 
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 3 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri