Xəzan günəşi (2-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 984
Səs ver:
(səs: 3)
O həyatında baş verən faciədən sonra demək olar ki,dostlarıyla da əlaqəni kəsmişdi.Onu heç nə,heç kim maraqlandırmırdı.Həyatında yaşanan əzablarla birgə o da dəyişdi,əzaba çevrildi.Onun vücudu da,ruhu da ağırlaşmışdı.

İndi Müjgan Tuncayın zəngini gözləyirdi.O bir aydır ki,işiylə bağlı Türkiyəyə getmişdi.Müjgan onsuz bir saniyəsini keçirə bilmirdi.Bütün gün fikri onun yanında idi.

O dişlərini müalicə etdirdi.Amma qəlbində yeni bir ağrı yarandı.Bu sevgi ağrısı idi.İlk öncə o Tuncayın ona dediyi xoş sözlərdən zövq alırdı.Tuncay demək olar ki,onun haqqında hər şeyi bilirdi.Hər gün yeni nəsə öyrənir və kəşv edirdi.On beş gün ərzində onlar kifayət qədər bir-birini tanıdı.Müalicə qurtarandan sonra Müjgan yenə də onun haqqında düşünürdü.O hər gün işdən evə gələndə evinin soyuq və cansız olduğunu daha aşkar görürdü.Hər tərəfi eşələyib özünə məşğuliyyət axtarırdı amma heç nə tapmayıb əsəbləşirdı.Güzgüdə özünə baxırdı.Hər şeyin qaydasında olduğuna əmin olmaq üçün üzünü güzgüyə daha da yaxınlaşdırırdı.O gözəl idi.Boyu uca,çiyninə tökülmüş şabalıdı saçları,qara,iri gözləri vardı.Burnu sifətinə yaraşırdı,dodaqları incə idi.İlk baxışdan onun surəti müdrik qadın obrazını xatırladırdı.Bəzən o gözlərinə eynək taxırdı.Axır zamanlar gözləri çox zəifləmişdi.Müjgan artıq qırx dörd yaşında idi.Amma ona bu yaşı vermək olmazdı.

Başqa xəstələrdən fərqli olaraq Tuncay ona daha qayğıyla yanaşırdı.O yaxından Müjganın gözəl gözlərini seyr etmiş və ona heyran olmuşdu.Onun gözlərinin sehri Tuncayı da dəyişmiş,mehribanlaşdırmışdı.O bilirdi ki,Müjgan ali məktəbdə dərs deyir,elmi işçidir.Onun alicənab və xanım xatın davranışı Tuncaya çox xoş gəlirdi və ona elə gəlirdi ki,o heç vaxt bu qədər mükəmməl bir qadına rast gəlməyib.Tuncay onun simasında əsl qadını görürdü.Müjgan sirli,sehrli bir aləmin sakini olan əsl qadın idi.Onun zərif və həzin danışığı Müjganın dodaqlarını daha da incə göstərirdi.Tuncay çox vaxt onun gözlərində yorğunluq görürdü.Onu bir neçə dəfə eynəkdə görüb demişdi:

---Müjgan xanım,siz eynəkdə daha da cazibədar görünürsünüz.Tuncayın bu sözlərindən sonra o eynəyi sevməyə başlamışdı.Daha onu gözlərinə taxmaqdan çəkinmirdi.Hər dəfə həkimin qəbuluna gedəndə o daha da baxımlı və cazibədar görünməyə çalışırdı.O bu yaraşıqlı həkim haqda hey düşünürdü.Tuncay hündürboylu,arıq gənc idi.Tünd göy gözləri vardı,sarışın idi.Saçlarını arxaya darayırdı.Şax yerişi və özünə inamlı kəskin hərəkətləri vardı.Üzündəki ifadələr tez-tez dəyişirdi.Gah ciddi və qəzəbli,gah da mülayim və mehriban görünürdü.Bəlkə də işinin ağırlığından asılı olaraq o gündə bir neçə vəziyyətə düşürdü.Əvvəllər Tuncay ona səmimiyyətini göstərirdi.Getdikcə səmimiyyət artmağa başladı.O hətta bəzi vacib məsləhətlər almaq üçün telefon nömrəsini Müjgana vermişdi.Müjgan ona cəmi iki dəfə zəng vurmuşdu.Bir dəfə dəstəyi anası,bir dəfə də özü götürmüşdü.Tuncay işdən yorğun gəlirdi.Anası hər qayğısını çəkirdi.Amma ona elə gəlirdi ki,qəlbində bir soyuqluq və bir boşluq hissi var.O bu hissi yalnız işdən sonra,istirahət zamanı duyurdu.Anası Tuncayın hər işiylə maraqlanırdı.Hər gün iş-gücünü soruşardı.Atası isə ciddi adam idi.Onu xırdalıqlar qətiyyən maraqlandırmırdı.Tuncay ailənin yeganə övladı idi.Anası evdar qadın,atası isə vaxtilə tanınmış cərrahlardan idi.Ürəyindən əməliyyat olunduqdan sonra o artıq işləmirdi.Ona qətiyyən həyacanlanmaq olmazdı.Tuncayın iyirmi altı yaşı vardı.Amma xarici görkəmi o qədər zəhmli və dolğun idi ki,ona ən azı otuz yaş vermək olardı.

Müjganla Tuncay təsadüfən qarşılaşdılar.Bu qarşılaşma həkim-xəstə qarşılaşması deyildi.Tanışlardan birinin qızına nişan gəlirdi.Bu ziyafətə Müjganı da dəvət etmişdilər.Müjgan ümumiyyətlə toya,nişana az-az gedərdi.O nə qədər etiraz etsə də qız anası əl çəkmədi.Müjgan da bu qonaqlığa gəlməli oldu.O qonaqlarla bərabər oturmuşdu.Oğlan evi gələndə onların arasında Tuncayı gördü.O yəqin etdi ki,qızın nişanlısı Tuncaydır.Elə bil Müjgan boğuldu,havası çatmadı.Bir anın içində qonaqların hay-küyü,səsləri bir-birinə qarışdı.Hansısa bir qüvvə onu burdan uzaqlaşdırırdı.O vaxt itirmədən eyvana çıxdı.Bir neçə dəqiqədən sonra qaranlıq eyvandan işıqlı otağı seyr edirdi.Qonaqlar deyib gülür,şənlənirdilər.O eyvandan otağa açılan pəncərədən Tuncayı seyr edirdi.Tuncay eyvana tərəf baxdı.Müjgana elə gəldi ki,Tuncay düz onun gözlərinin içinə baxır.O üzünü çevirdi və eyvanın dəmir dirəyini qollarıyla qucaqladı.Ona elə gəldi ki,arxada hənirti var.O arxaya tərəf çevrilməyə qorxurdu.Elə bil həmin hənirti bir az da aydın eşıdildi və kimsə pıçıldadı:

---Necəsiniz,Müjgan xanım?

Müjgan arxasına çevrildi və qaranlıqda onun mehriban gözlərini görə bildi.Hər ikisi bir neçə an susdu.Bir qədərdən sonra Müjgan dilləndi:

---Necə xoş təsadüfdür deyilmi,sizinlə yenidən rastlaşmaq.Sizi təbrik edirəm!Xoşbəxtlik diləyirəm!

---Nə münasibətlə?o təəccübləndi.

---Bu gün sizin nişan gününüzdür.

Tuncayın gözlənilməz qəhqəhəsi ətrafı bürüdü.

---Necə?Nişan?

Müjgan onun qəribə qəhqəhəsindən pərt oldu.Tuncay əlini saçlarına çəkib qəribə baxışla onu süzdü və:

---Allah sizi güldürsün,Müjgan xanım.Nişan taxılan mənim dostumdur.Mənim hələ belə tez əl-ayağımı bağlamaq fikrim yoxdur.Mən belə azad və xoşbəxtəm.

Müjgan onun bu sözlərindən yüngülləşmədi.O özü də nə hiss etdiyini anlamadı.Ona elə gəldi ki,o bu an ən gülünc qadındır,Tuncay isə onu ələ salır.Elə bil Tuncay onun gözlərindəkini oxudu və dərhal ciddi bir görkəm alaraq:

---Siz Allah,bağışlayın.Nişan məsələsini eşidəndə bədənimə elə bil üşütmə düşdü,həm də çox gülməyim gəldi.Axı nə səbəbə düşündünüz ki,bir neçə oğlanın içərisində nişan taxılan məhz mənəm?

Müjgan susurdu.Onun fikri başqa suallara cavab axtarırdı.Hardan gəlirdi bu qədər səmimiyyət.Bəlkə də ifrata varmışdı aralarındakı söhbətin mövzusu.Tuncay hansı cəsarətlə Müjganı tək görüb ona yaxınlaşmışdı?Bəlkə buna şərait yaradan elə Müjganın özü idi.O bu qədər səmimiyyəti nə vaxt yaratmışdı?Bu nə vaxt baş vermişdi?O anladı ki,Tuncayı burda görəndə keçırdiyi narahatlıq elə-belə deyil.Onu belə düşünməyə elə həmin narahatlıq və qorxu hissi vadar etmişdi.O Tuncayı itirməkdən qorxmuşdu.Axı nə səbəbə?Niyə?Tuncay bir neçə vaxt idi ki,onun düşüncələrinin daimi sakininə çevrilmişdi.Bu görüşdən sonra Müjgan dişiylə bağlı problemlərdə ona zəng vururdu.Onlar tez-tez zəngləşməyə başlamışdılar. Hər ikisinin qəlbində gizli hisslər olsa da heç biri bunu biruzə vermirdi.Onlar hər ikisi etirafdan qaçırdı.Onlar bəzən klinikada,bəzən də universitetin həyətində görüşüb söhbət edirdilər.Tuncay Müjganla düşüncələrini bölüşür,bəzi şeylər haqqında məsləhət alırdı.O Müjgansız həyatını təsəvvür edə bilmirdi.Müjgan bu münasibətdən daha irəli getmək istəmirdi.Amma bəzən də onunla daha çox vaxt keçırməyi arzulayırdı.Müjgan çox vaxt günlərlə ondan uzaq qalırdı.Telefona cavab vermir,işdə özünü”üzə çıxarmırdı”.Amma bunu üç-dörd gündən artıq edə bilmirdi.Tuncaya bu bəhanələr,uzaq gəzməklər aydın olsa da özünü bilməməzliyə qoyurdu.O heç nəyin sonunu düşünmək istəmirdi.Bilirdi ki,hər şey nə vaxtsa bitəcək.Ona görə də Müjgana daha da yaxın olmağa çəkinirdi.Nəhayət o bir gün özüylə bacarmadı.Onlar kafedə oturub qəhvə içirdilər.Tuncay çox həyəcan keçirirdi.O dəfələrlə etiraf etmək istəmiş lakin dilindən geri qaytarmışdı.O gözlərini qıyıb Müjgana baxırdı.

---Bu gün çox kədərlisən!(artıq onlar bir-birinə "sən”deyə müraciət edirdilər.)

---Mən kədərdən yaranmışam!

---Yox,sən gözəllikdən və sevgidən yaranmısan.

---Belə düşünürsən?

---Hə!

---Onda sən düşündüyün kimi olsun.Amma unutma ki,kədərin özü də gözəllikdir.

---Sənə gülmək yaraşır.

---Gülüşümü nə vaxt görmüsən?

---Lətifə danışanda.

---Sən danışmısan?

---Yox,tələbən.Onu sənə kim deyib?

---Əlbəttə ki,sən.Sən dedin ki,bir gün tələbələrindən biri səni güldürməkdən ötrü dərs danışmaqçün tribunaya çıxıb və sənə lətifə danışıb.Sən də uğunub getmisən gülməkdən.

---Bəs sən mənim gülüşümü hardan gördün?

---Xəyalımda canlandırdım ki,bu incə dodaqlara və mirvari dişlərə gülüş necə yaraşar.

---Mənim dişlərimi yox,deyəsən,öz işini tərifləyirsən.

---Yox,mən hər deyən öz işimi tərifləmirəm.

Müjgan gülümsədi.Tuncay sevinərək:

---Bu da xoş təbəssüm!Sən necə gözəlsən!Sən mənimçün çox dəyərlisən,Müjgan!

---Elə sən də mənimçün dəyərli dostsan.

---Sənə elə gəlmirmi ki,sən mənimçün dostdan daha artıqsan.

Müjganın yanaqları allandı.O bu sözlərin arxasınca başqa sözlərin gələcəyini düşünüb gözlərini aşağı dikdi.

Müəllif: Aygün
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri