Xəzan günəşi (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 808
Səs ver:
(səs: 2)
---Səni sevirəm,Müjgan!

Müjgan yanılmamışdı.Tuncay isə onun gözlərini aşağı dikməsindən cəsarətlənərək düşünmədən qəlbinə ağırlıq edən bu etirafı söylədi.Elə bil üstündən ağır bir yük götürüldü.Bu sözdən sonra nə deyəcəyini,nə danışacağını bilmədi.Xeyli sükut çökdü araya.

Müjgan dedi:
---Mən evə getmək istəyirəm.

Tuncay onu evə ötürdü.

Müjgan çox fikirliydi.O Kənanın şəklini pianonun üstdən götürdü.Hər dəfə kresloda oturanda gözləri ona dikilirdi.Onun gözlərində qınaq görürdü.Müjgan şəkli kamodun üstə qoydu.O kresloda oturanda daha onunla "üzləşmirdi”.Amma o indi də arxadan ona zillənən baxışların ağırlığını duyurdu.O qorxurdu.İllərdir tənha yaşadığı bu ev ona dəhşətli görünürdü.Bir gün o yenə sevimli kreslosunda oturub kitab oxuyurdu.Nə qədər çalışsa da diqqətini toplaya bilmədi.Fikri yayınırdı.O vicdan əzabı çəkir və dərhal da özünə haqq qazandırırdı.O azad deyildi,o xoşbəxt ola bilmirdi.Bəlkə də illərdir qəlbində,beynində yaşatdıqlarını bir anın içində silmək çətin gəlirdi.O xəyali çərçıvədən çıxa bilmirdi.Dəfələrlə Tuncayı evinə dəvət etmək istəsə də,bunu bacarmamışdı.O bilirdi ki,Tuncay gəlsə də Müjgan sərbəst ola bilməyəcək.Kənanın xatırəsinə hörmətsizlik edə bilməzdi.Onlar bir müddət idi ki,görüşürdülər.Tuncay Müjgana sevgisini etiraf etdikdən sonra bir də bunu etməyə cəsarəti çatmadı.Tuncay işiylə bağlı-yeni texniki avadanlıqlarla tanış olmaq və onları istifadə qaydasını öyrənməkçün bir aylığa Türkiyəyə getmişdi.Onun gedişindən bir həftə keçmişdi.Hər gün Müjgana zəng vururdu.Müjgan isə axşama kimi onun səsini eşitmək ümidiylə gözləyirdi.Gözləri elə bil bir az da zəifləmişdi.Qəlbi bütün gün həyəcan və intizar içindəydi.İndi o yenə də Tuncayın zəngini gözləyirdi.Onlar bir-birinə müəmmalı bir tellə bağlıydılar.Bu tel çox kövrək idi,istənilən anda qırıla bilərdi.O Tuncaya olan hisslərini aydınlaşdırmaq istəyirdi.Bu hisslərə”sevgi”deməkdən çəkinirdi.Tuncay öz sevgisini dəfələrlə etiraf etsə də,Müjgan aralarındakı münasibətə”dostluq”adı vermişdi.Amma bilirdi ki,bu dostluq münasibəti nə vaxtsa aşkara çıxmalıdır.O ya geri çəkilməli,ya da irəli getməlidir.Amma Müjgan bunların heç birini bacarmırdı.Ona elə gəlirdi ki,Tuncayın varlığı ona xoşbəxtlikdən çox əzab verir və o gündən günə yaşlanır.O ağırlıqdan qurtula bilmirdi.Onunla bağlı heç bir xəyal qura bilmirdi,eyni zamanda da onsuz yaşaya bilmirdi.O istəyirdi ki,kiminləsə bölüşsün hisslərini.Amma bundan çəkinirdi.Bilirdi ki,heç kim ona haqq qazandırmayacaq.O tənhalığını indi daha açıq hiss etdi.O gözlərini saatlarla bir nöqtəyə zilləyib düşünürdü.Ona elə gəlirdi ki,düşünməyə heç nə qalmayıb.Güzgünün qarşısında dayanıb saatlarla özünə baxırdı.Gah başını ovcunun içində sıxır,gah da dizinin üstə qoyurdu.Sonra yenə də güzgüyə baxırdı.O zamana qalib gəlmək,gənc olmaq istəyirdi.O yaşlı deyildi,amma gənc də deyildi.Əlini üzünə çəkdi,gözlərinin altında kiçik qırışlar vardı.Tez eynəyini gözlərinə taxdı.Alnında da izlər vardı,saçlarını açıb üzərinə tökdü.Bax belə.O bu qüsurları gizlətməklə hər kəsi aldadadacaqdı.Bəs zamanı?Onu necə,aldatmağa gücü çatardımı?Bəs 44 yaşı harda gizlədəcəkdi?Öz yaşlanmış simasını Tuncayın hələ də uşaqlıq yağan üzünə necə yamaq edə bilərdi?Sevgi üçün yaş bu qədər önəm daşıyırmı?Yaşın fərqi bu qədər çoxdurmu?Çoxdur,həm də lap çox.Yaşın fərqi yalnız görünən tərəfdən deyil,həm də görünməyən tərəfdəndir.Həm düşüncə,həm arzular fərqlidir.Hətta ümidlər də,duyğular da fərqlidir.Əyləncəyə həvəs,musiqi zövqü,hər bir şey fərqlənir.Hələ Tuncayla münasibətləri o qədər də yaxın deyil.Vaxt gələcək o da bu fərqlərin açıq-aşkar fərqinə varacaq.O zaman faciə baş verəcəkdi.Bu faciə ayrılıq deyil,arxada boşluq və ümidsiz qəlb qoyub gedəcəkdi.O kosmetika çantasını açıb üzünə makiyaj etməyə başladı.Əvvəl gözlərinə,sonra dodaqlarına,qaşlarına,üz-gözünə əl gəzdirdi.O gözəl idi,lakin gənc deyildi.Heç bir qrim onu iyirmi yaş cavanlaşdırmayacaqdı.O əlindəki karandaşla üzünə cürbəcür şeylər çəkdi.Alnına qırışlar,gözlərinin altına kölgələr qoydu.Üzünü boyalarla rənglədi.O öz simasını görmək istəmirdi.Güzgüyə baxıb hönkürdü.Göz yaşları qırmızı,qara rənglərə qarışıb yanağından aşağı axmağa başladı.Müjgan hamam xalatını götürüb vanna otağına girdi.Suyu açıb başını yuxarı qaldırdı.Yüksək təzyiqli su üzünü döyəcləyirdi,ağzına,burnuna dolurdu.O göz yaşlarına boğulmuşdu.Göz yaşları qara,qırmızı rənglər suya qarışıb bədənindən aşağı süzülürdü.Qulaqları batmışdı,öz hönkürtüsünü eşitmirdi.Qaynar suyun altında tükləri biz-biz dururdu.O tir-tir əsirdi,üşüyürdü,dişləri bir-birinə dəyib şaqqıldayır,saçları üzünə yapışmışdı.O suyu bağladı,xalatı əyninə keçırib çıxdı.Televizorun düyməsini basdı.Teləkanalların birində ekstrahissə malik insanların mübarizəsi gedirdi.İnsanlar nə qədər cılızlaşır.Gör bir insan ömrünü nəyə həsr edir.Bir heçə. Görəsən onlara inanan çoxdurmu?Dərd orasındadır ki,o bunu avamlıq hesab etmir.O pultu götürüb başqa kanala çevirdi.Orada da hind filmi gedirdi.Üç,dörd saat davam edən bu filmlər elə bil sonsuz idi.O bunu vaxt itkisi hesab edərək başqa kanala çevirdi.Oradan da şadlıq evlərinin reklamları nümayiş olunurdu.O televizoru söndürüb radionu açdı.Dalğaları dəyişdi.Radio dalğalarının birində bəstəkar Cavanşir Quliyevin musiqiləri səslənirdi.O divanda uzandı.Akif İslamzadə oxuyurdu.

Arzuda inam
İnamda şübhə
Ümiddə səadət
Səadətdə onu itirmək qorxusu
Nə qədərdir,nə qədərdir...

Növbəti mahnı
Tənha qadın susma danış
Ömür yolun mənə tanış
Tənha qadın bircə addım
Qoy dünyana yaxın gəlim
Müjgan bu mahnını müğənniylə birgə oxumağa başladı.
Tənha qadın sənin adın
Miskin qızdı
Arzuların qırıq-qırıq
Qol qanadın sınıq-sınıq
Susma danış.
Susma.

O divanda yuxuya getdi.Telefonun zənginə dik atıldı.Zəng vuran Tuncay idi.

---Allo,əzizim,necəsən?

---Sağ ol,sən necəsən?

---Səsin heç yaxşı gəlmir,azarlayıb eləməmisən ki?

---Yox,şükür Allaha yaxşıyam.Bir az yorğunam.Səndə vəziyyət necədir?Yaman gec zəng vurubsan.

---Bağışla,əzizim.Hələ də saata öyrəşməmişəm.Tamam unuduram.

---İşlərdə nə yenilik var,Tuncay?

---Xeyli şey öyrənmişəm.Çox darıxıram,Bakı üçün,sənin üçün.Bayaq anamla da danışdım.Ayrılığıma tab gətirmirlər.Elə bil mən körpə uşağam.

---Sən hələ də onların körpəsisən,bilmirsən?

---Yaxşı bəsdir görək.Mən uşaq deyiləm.Mənə onu et,bunu et deməklərindən bezmişəm.

---Narahat olurlar,qınama onları.

---İstəyirəm sən də darıxasan mənimçün,Müjgan.Sən də mənimçün narahat olasan istəyirəm.

---Nə bilirsən narahat olmuram?

---Heç nə demirsən.

---Elə şeylər var ki,demək lazım deyil,onu hiss edirsən.

---Amma qulaq belə şeyləri eşidəndə bütün ruh sevinir.Niyə məni sevindirməyə xəsislik edirsən?Hələ də mənə uşaq kimi davranırsan.

---Nədi yoxsa bu on gündə böyümüsən?

---Hə,düz on yaş.

Müjgan güldü.

---Darıxıram,sənsiz,Tuncay.Həm də çox darıxıram.Özündən muğayət ol.

---Sağ ol,əzizim.Darıxma,yanındayam.Öpürəm.

---Mən də.

---Sən də nə?

Yaxşı,yaxşı.Mən də öpürəm.
Müjgan dəstəyi asdı.Ona elə gəldi ki,qəlbindən hansısa bir tel qırılıb düşdü.O Tuncayı bu gün istəyirdi,indi,elə bu an.Elə bilirdi ki,gələcək yoxdur.Onların gələcəyi ölmüşdü.Bunu bilə-bilə yaşamaq çətin idi.Sabaha ümidlər qalmırdı.Onlar zəifləyirdi,qaranlıqda qeyb olurdu.O ümidlərlə birgə Tuncayın yaraşıqlı və doğma varlığı da yoxa çıxırdı.Ona elə gəlirdi ki,Tuncay onun bütün həyatını oğurlayıb.Onun bütün doğmaları Tuncayın varlığında birləşmişdi.Əgər Tuncay ondan uzaq düşsə bütün doğmalardan keçməli olacaq.

Müəllif: Aygün
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 808
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri