Hər bir şey, ancaq dəyərinin bilənin yanında qiymətlidir

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 2395
Paylaş:
Səs ver:
(səs: 1)
Bir gün bir şeyx, illərlə yanında yetişdirdiyi bir müridin imtahan etmək istəyir. Müridi yanına çağırıb, ona iri bir brilliant daşı verib, deyir:
-Oğlum, bunu al, apar bazara. Qarşına çıxan iş, dükan sahiblərinə, ustalara, sənətkarlara bu daşı göstər, nə qədər pul verəcəylərini soruş. Ən sonda isə bir zərgərə göstər. Amma, heç kimə satmadan, sadəcə, verdikləri qiyməti və nə dediklərini öyrən, gəl mənə bildir.
Mürid razılaşıb, əlindəki qiymətli daşla bazara gəlir. Qarşısına ilk çıxan bir baqqal dükanına girir. Qəssabdan soruşur:
-Bu gördüyünüz daşı almaq istəyirsiniz?
Qəssab parlaq daşı əlinə alıb, o tərəfinə bu tərəfinə baxıb:
-Buna bir dinar verərəm. Aparıb evdə uşağa verərəm, oynayar.
Mürid təşəkkür edib, ordan uzaqlaşır. Bir az gedir, uzaqdan gözünə bir emalatxana sataşır. Ora gəlir və taxtaları kəsib-doğramaqla məşğul olan taxta ustasından soruşur:
-Usta, bu daşa nə qədər verərsiniz?
Usta da parlaq bir muncuğa bənzəyən bu daşa ancaq 5 dinar verə biləcəyini deyir. Üçüncü olaraq mürid bir palançının yanına gəlir. Palançı:
-Həə...bu mənim palanıma yaxşı bəzək vurar. Buna 10 dinar verərəm.
Mürid onunla da sağollaşıb, ən sonda bir zərgərin yanına gəlir. Zərgər müridin əlindəki bu daşı görən kimi dərhal yerindən qalxıb:
-Bu qədər böyük brilliantı hardan tapmısan?- deyə, heyrətlə soruşur və daşı neçəyə satdığını müriddən öyrənmək istəyir. Mürid:
-Siz nə qədər verə bilərsiz? - deyir. Zərgər:
-Nə qədər istəyirsən verim.
Mürid:
-Yox, verə bilmərəm - dedikdə, zərgər yalvarmağa başlayır.
Nə olar, bunu mənə sat. Dükanımı, evimi, hətta torpaqlarımı da verərəm - desə də, mürid bu daşın əmanət olduğunu, satmağa ixtiyarı olmadığını və ancaq qiymətini öyrənmək istədiyini deyir və zərgərin yanından çıxır.
Mürid şeyxin yanına qayıdır. Bütün gördüklərin və eşitdiklərin ona danışır. Şeyx gülümsünür və müriddən soruşur:
-Oğlum, burdan nə anladın?
Mürid çox doğru bir cavab verir:
*Hər bir şey, ancaq dəyərinin bilənin yanında qiymətlidir

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2395
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook