Kiçik qəlbin böyük əzabları (4-cü bölüm FİNAL)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 438
Səs ver:
(səs: 3)
Bədənim qorxu və iztirab içində olurdu.Mənə elə gəlirdi ki,müharibə qurtarmasa mən əsla xoşbəxt ola bilməyəcəyəm.Mən yemək yeyə bilmirdim,ac olan əsgərləri düşünürdüm.Həmin səhnələr mənim kiçik varlığımı çox sarsıtmışdı.Bütün bunlar azmış kim nənəm də erməniydi.Bu dərdlə mən necə yaçıyacaqdım?Mən həqiqətən günahkar idim.Hər şey bizim ucbatımızdan baş vermişdi.Yalnız iki şey məni xoşbəxt edə bilərdi.Müharibə qurtarsa,ya da ki nənəm ölsə.Yox,mən ən çox müharibənin qurtamağını istəyirdim.İstəyirdim ki,ermənilərlə barışaq.Deməli,mən nənəmi sevirdim?Yox,mən istəmirdim ki,kimsə ona düşmən kimi baxsın.Bəlkə də bunu özüm üçün istəyirdim,xəcalət çəkməyim deyə.Yeganə isə deyirdi ki,biz heç vaxt ermənilərlə barışmayacağıq.Onlar torpaqlarımızı qaytarsa da onları bağışlamamalıyıq.Deməli,mən yalnız nənəmin ölümünü gözləməliydim.

Məktbdən həmişə əsgərlərə göndərməkçün bizdən siqaret,yun corab yığırdılar.Müəllimlər deyirdi ki,bunu cəbhəyə kömək üçün edirik.Biz də aldığımız siqaretlərin qutusuna ad,familiyalarımızı yazıb qoyardıq.Siniflər siqaret almağa görə yarışardı.Yadımdadı,biz həmişə bizə veriləndən başqa öz cib xərcliyimizə də əlavə siqaret alıb verərdik.Bizə elə gəlirdi ki.bizim bu fədakarlığımızı əsgərlər yüksək qiymətləndirəcək.Hələ bir dəfə də anamı məcbur etmişdim ki,gələn dəfə göndərməkçün yun corab toxusun.Mən elə bilirdim ki,göndərdiklərimi Nəbi dayıya çatdıracaqlar.Bir gün Yeganə heyrətlə dedi ki,sən demə göndərdiyimiz siqaretləri əsgərlərə aparmırlar.Yeganənin əmisi deyib ki,ayrı ayrı adamlar bu siqaretləri mağazalara satışa göndərib pul qazanırlar.Yeganə bunu söyləyəndə gözləri dolmuşdu.O dil-dil ötürdü.Mən bilirdim ki,o da mənim kimi həmin adamlara nifrət edir.Bizim ümidlərimiz,kiçik qürurumuz qırılmışdı.Biz həqiqətən gülünc vəziyyətə düşmüşdük.Mən öz-özümə düşünürdüm ki,görəsən qutunun içərisinə qoyduğumuz ad,familyamızı neynirlər.İldə bir neçə dəfə bizdən bunu tələb edirdilər.Növbəti dəfə onlar bizdən makaron,vermeşil,düyü  də tələb etdilər.Biz bunlarla yanaşı yenə də siqaret almalı olurduq.Amma bu dəfə Yeganə təklif etdi ki,adımızı qutunun içinə yox,elə birbaşa üstünə yazıb qoyaq,qoy sata bilməsinlər.Bizə elə gəlirdi ki,bununla biz bütün olanların qarşısını ala bilərik.Sadəlövh uşaq qəlbi buna inanırdı.Getdikcə biz hər şeyə inamımızı itirirdik.Daha müəllimlərə də etibar etmirdik.

Yayda bizə həmyaşıdım olan qızlar gəlirdi.Anamın bir neçə iş yoldaşı vardı,hərəsinin də iki,üç qızı vardı.Ən çox bizə gələn Stella olurdu.Stella qəşəng və ağıllı qız idi.Onun sarı,uzun saçları,ala gözləri,qıpqırmızı dodaqları vardı.Boyu uca idi.Bizə maraqlı oyunlar öyrədirdi.Stella gələndə mən Yeganəni də çağırırdım.Çağırmayanda o məndən küsürdü.Axşam isə Stellanın anası gəlib onu aparırdı.Onun anası rus idi.O həmişə rusca danışırdı.Stella isə azərbaycanca danışırdı,çünki atası azərbaycanlı idi.

Qəribədir məni hər gecə qara basırdı.Yanıma tanımadığım adamlar gəlirdi.Bu adamların çoxu saqqallı kişilər,ya da ki.başqa dildə danışan qadınlar olurdu.Mən qorxurdum,yatmaq istəmirdim.

Mən böyüdükcə yaşadığım dəhşətləri daha aydın dərk edirdim.Kimliyim məni çox narahat edirdi.Elə gün gəldi ki,anam bütün həqiqətləri mənə açıb söylədi.Həmin həqiqətlər varlığımı tamamilə alt-üst eylədi.Köhnə dərdimi nudub təzə dərdlə boğulmuşdum.Aman Allah mən necə yaşayacaqdım?Bir gün mən rəsmi sənədlərdə gördüm ki,atamın adı Fərruxdur.Bu mənə qəribə göründü.Çünki babamın adı da Fərrux idi.Anam mənə çox şeyi açıqladı,o buna məcbur olmuşdu.Mən böyüdükcə suallarım çoxalmışdı.Anam bu sualların qarşısında daha susa bilmirdi.O çox çətinliklə sözə başladı:

---Məryəm,sən daha...daha sən uşaq deyilsən.Səni çox istəyirəm...əziz qızım.Səndən başqa mənim kimim var ki?Mən istəyirəm ki,sən həmişə xoşbəxt olasan.Fərrux sənin atan yox,babandır.Mən məcbur ...bilmədim.Çıxış yolum...heç yox idi.

Mən təəccüblə ona baxırdım.Qəlbimdəki həyəcan bütün vücudumu silkələyirdi.Buz kimi soyumuşdum.Anam udqunub xeyli dayandı və yenə sözünə davam etdi:

---Mən ona görə də səni babanın adına keçirdim.

Mən pıçıltıyla dedim:

---Niyə?Atam ölüb?Atam hanı?

---Sənin atan...Məryəm atan ermənidir.

Yadımdadı ki,bunu eşidəndə mən bərkdən qışqırdım.

---Nəə?Nədi?Yox,yox,yalan deyirsən.Yalandı.

Anam hönkürüb əlləriylə üzünü qapadıMən yerə uzanıb hönkürürdüm,dişlərimi bir-birinə qıcamışdım,əllərimlə yeri döyəcləyirdim.Mən ölmık istəyirdim.Bütün bunlar niyə mənim başıma gəlirdi?Kaş ki,kaş mən doğulmayaydım.Dha sonra mən necə sakitləşmişdim yadımda deyil.Bu acı həqiqətdən sonra mənim arzularım bir az da məhdudlaşdı,iztirabım çoxaldı,daha qısıq,daha qorxaq olmağa başladım.Dostlarımdan üz döndərmişdim.Onlar məndən incimişdi,amma bilmirdilər ki,mən xəcalətdən onların üzünə baxa bilmirəm.Dərslərimi də oxuya bilmirdim.Mənim oxumağım kimə gərəkdi?Üzərimdə damğa vardı.”Erməni balası”!Əslində mən Oqanyasyan Marina Darel qızı idim.Atamı öz ailəsiylə deportasiya edən zaman mən lap kiçik olmuşam.Anam atamla getməyə razı olmayıb,biz burada qalmışıq.Adımı da dəyişib Məryəm qoyublar.Bütün sənədlər dəyişib türkləşib.Qan da,gen də dəyişdimi?Damarlarımdan erməni qanı axırmış,mənimsə xəbərim yoxmuş.Anamın anası,mənimsə ata erməni idi.Mən də anam qədər bədbəxt idim.Kimin üzünə baxım erməni atayla?Günlərlə yemirdim,içmirdim,özümə qapanırdım.Yeganə də,Könül xala da mənimlə çoxlu söhbət edirdilər.Onlar mənə təsəlli verib könlümü almaq istəyirdilər,amma bilirdim ki,bu həqiqətə onlar da adi baxmır.Yeganə məni sevsə də onun gözləri mənə baxarkən qəribə bir hal alırdı.Heç kim mənim vəziyyətimdə olmaq istəməzdi.Zaman keçdikcə mən belə baxışlara alışdım.Necə olur olsun yaşamalıydım,çünki anamın məndə başqa kimsəsi yox idi.Mən onun tək sevinci idim.Mən əslində hamını sevirdim.Bəzən qışqırmaq istəyirdim:

---Mənə elə baxmayın,mən də sizlərdən biriyəm,sizin kimiyəm.Mənimçün millətlərin heç bir fərqi yox idiBəlkə də ona görə beləydi ki,özüm bundan çox əziyyət çəkirdim.Mən tamamilə türkləşmək istəyirdim. Mənəviyyatca,ruhca mən erməni olmasam da ermənidən törəmişdim.Qəlbimdəki bu ağrılarla da böyüyürdüm.Həmişə yarım insan kimiydim.Hər şeyim yarımçıq idi.Çünki erməniydim.Artıq yeniyetmə qız olmuşdum.Mən də ali məktəb arzusuyla yaşayırdım.Dostlarım çoxalmışdı.Ölkəmiz müharibə şəraitindən qismən uzaqlaşmışdı.Müstəqil ölkə olmuşduq,inkişaf günü-gündən özünü daha çox biruzə verirdi.İnsanların güzəranı da yaxşılaşmışdı.Artıq gənclərin arzularına gedən yol məhdud deyildi.Bu məni çox sevindirirdi.Sanki mənim keçmişimi də çox adam unutmuşdu.Çəkdiyim əzab əziyyətin ağırlığı keçmişdə qalmışdı.Ətrafımda mənimlə maraqlanan,məni sevən oğlanlar vardı.Onlardan birini mən də bəyənirdim.Mən onda doğmalıq,xüsusi bir istilik tapırdım.Onun mənə hər baxışı qəlbimi titrədir,xoşbəxtliyi duyurdum.O mənə tez-tez qızılgül bağışlayardı.Qısqanc davranışlarından qəribə bir zövq alardım.Onunla bağlı çoxlu xəyallarım vardı.Tezliklə bu sevgidən hər kəs xəbər tutdu.Mən onun haqqında anama həmişə danışar,səadətimi bölüşərdim.Anam da sevinərdi,lakin gözündəki kədər heç azalmazdı.Bir gün mən Yeganəylə dərsdən gəlirdim,həmin oğlanın nənəsi küçədə başqa qadınla dayanmışdı.Biz onun yanından ötüb keçəndə arxamızca ucadan dedi:

---Elə bilir nəvəm onu alacaq?Bircə ermənimiz əksikdi.Qoy gedib kimdən yapışır yapışsın,mənim uşağımdan əl çəksin!

Həmin anda ayaqlarım tutuldu,yolu yeriyə bilmirdim.Yeganə qolumdan tutdu və dedi:

---Qoca arvaddı,fikir vermə.Səni sevən o deyil ki.Özünü ələ al,Məryəm.Sən nə əziyyətlərdən keçib bu günə gəlibsən.

Mən bilirdim ki,Yeganə mənə yenə təsəlli verir.O da bilir,lap əvvəldən bilirdi ki,bu mümkün olan iş deyil.Sadəcə mənim sevincimə mane olmaq istəmirdi.Ətrafəmdakıların hamısı bilirdi.Anam da,Könül xala da bilirdi ki,Murad məni sevsə də alan deyil.Murad özü də bilirdi ki,məni almağa heç kim razı olmayacaq.Bəs mən niyə bütün bunlardan xəbərsizdim?Erməni olduğumi nə tez unutmuşdum?Niyə mən biryolluq bunu dərk etməmişdim ki,bu həqiqətə görə bütün səadətləri əlimdən vermişəm.Bundan sonra heç bir sevgi barədə xəyal da etməyəcəkdim.Muraddan yavaş-yavaş uzaqlaşırdım.Yeganə ona hər şeyi danışmışdı.O heç nədə israr etmədi.Görünür bu olanlardan bir qədər rahatlıq da tapmışdı.Axı o da həqiqətlər qarşısında aciz idi.Murad özü də məndən uzaqlaşdı.Hiss edirdim ki,məni yenə sevir,amma biruzə verməməyə çalışırdı.Mən onu itirəndən sonra uzun müddət əzab çəkdim,ondan əl çəkməyi qəbul edə bilmirdim.Erməni olmağım heç vaxt məni bu qədər incitməmişdi.

Vaxt gəldi mən məktəbi bitirib Tibb Universitetinə daxil oldum.Anam da,dostlarım da çox sevinirdi.Mənsə həyatımın bundan sonrakı dönəmini düşünürdüm.Yeni insanlar,yeni məkan,böyük şəhər.Orada hər kəs xoşbəxt görünürdü.Bəlkə Bakı mənə də xoşbəxtlik gətirəcəkdi.Orada məni heç kim tanımırdı,özümü necə təqdim etsəm elə də tanınacaqdım.Tələbəlik illərində xoşbəxt günlərim çox olurdu.Məni incidən sözər,əzab verən hadisələr baş vermirdi.Lakin məni sevən oğlanlar olanda həmişə əzab çəkirdim.Xoşuma gələn olsa da uzaq gəzirdim,qorxurdum.Yenidən həmin şeyləri yaşamaq istəmirdim.Yay tətillərində evə gəlirdim,dostlarımı sevinclə qarşılayırdım.Amma doğma elimdə özümü erməni kimi hiss edirdim.Bu hissdən qaçmaq çətin idi.Ən azı nənəmi görəndə hər şeyi yenidən xatırlayırdım.Bir gün bu hisslərimi anamla bölüşdüm və təklif etdim ki,başqa yerə köçək.Anam çox tərəddüd edirdi,lakin mənə söz verdi ki,bu haqda düşünəcək.

Uzun zaman keçdi mən universiteti bitirdim və anam mənə verdiyi sözü yerinə yetirdi.Biz Bakıya köçməyi qərara aldıq.

Hal hazırda o burada nənəmlə yaşayır.Mənsə işləmək üçün təyinat alanda Azərbaycana xidmət etmək məqsədilə hərbidə həkim kimi işləməyi qərara aldım.Mənə belə gəlirdi ki,bu mənim işləmədiyim günahımı Azərbaycan və azərbaycanlılar qarşısında yuyacaqdır.Mən bir çox bölgələrdə olurdum.Bu mənə həm peşəmi sevdirir,həm də əslində kim olduğumu unutmağa qoymurdu.Mən hərbi bölgələrin birində çox istedadlı və vətənpərvər bir jurnalistlə tanış oldum.İlk tanışlıqda o mənimlə yaxından maraqlandı və gənc xanım olaraq nə üçün bu ağır və çətin  məsuliyyəti üzərimə götürdüyümü soruşdu.Əvvəllər mən ona qeyri-səmimi cavablar verirdim.O mənim haqqımda bir neçə məqalə yazmışdı.Bir müddətdən sonra Nəriman Abdullayevlə aramızda isti bir münasibət yaranmışdı.Nəriman hündür boylu,qarayanız gəncdi.Üzü bir az qaba olsa da çox şirin təbəssümü vardı.İlk baxışdan hətta çirkin görünürdü.Lakin danışığında,davranışında əsl kişi xarakteri insanı cəlb edirdi.Mən onunla münasibətimizin yavaş-yavaş sevgiyə çevrildiyini görüb bütün həqiqətləri ona danışdım.Onun diqqətlə məni dinlədiyini görüb,hər şeyin sonunu gözlədiyim halda ,o mənə mehrban baxışlarla baxdı və dedi:

---Səni bu günə qədər etmədiyin bir günaha görə ittiham edənləri ağır bir cəza gözləyir.Bu taleyi

Səninçün Tanrı seçib,sən də onu yaşamağa məcbur olmusan.Lakin səni erməni adlandırıb ömrün boyu sənə əzab verən insanlar əsl türkdürmü?Əsl türk necə olmalıdır?Nəcib,mərhəmətli və ədalətli.Sən isə əsl azərbaycanlı adına layiq bir övlad olmusan.Sən istəsəydin hər kəsin sənə verdiyi əzablara görə onlara nifrət edib gedərdin.Lakin bütün olanlarda sən yalnız erməni qanı daşıdığına görə özünü günahlandırmısan,sənə əzab verən insanları isə haqlı hesab etmisən.Sən artıq bu fədakarlığınla damarından axan qanı da saflaşdırmısan.

Onu qəhər boğmuşdu.Mənsə özümü ələ ala bilmirdim.Nəriman həyatımda rast gəldiyim bəlkə də yeganə adam idi ki,bu göz yaşlarımla birgə qəlbimdə olan bütün əzabları,narahatlıqları,bütün bədbəxtlikləri tamamilə çıxarıb atmışdı.Bu anda o ağlım kəsəndən bəri hətta anamın da edə bilmədiyi təsəllilərlə məni həyata qaytarmışdı.O məni xilas etmişdi.O məni ”mən” dən xilas etmişdi.

İndi biz evliyik.Nərimanın valideyinləri və qohumları mənim keçmışım barədə heç nə bilmir.O bunları başqalarına açıqlamağa heç bir əsas görmədi.Onlar yalnız nənəmin erməni olduğunu bilir.Bizim bir oğlumuza var.Adı  Ümiddi.Hər ikimiz onun gələcəkdə hərbiçi olmağını istəyirik.Nəriman məni əsl Azərbaycan xanımı kimi yenidən yaratdı,ən də bu Dünyaya gələcəyin hərbiçi oğlunu gətirdim.Mən indi şahidi oldum ki,əsl türk insanlara mərhəmət edən,sevgi verən insandır.Nəriman kimi.Biz hal hazırda yenə birlikdə işləyirik.Hərbi bölgələrə gedirik.Mən öz səadətim üçün Azərbaycana borcluyam.Mən bu torpağın qızıyam!Mən Məryəməm,Marina yox!Çəkdiyim əzablar mənimlə dost olaraq məni işıqlı gələcəyə gətirdi.Bu işıqlı gələcək doğma torpağımdadır!

Müəllif: AYGÜN
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri