Ata və oğul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 985
Səs ver:
(səs: 2)
Nebraskada qoca bir kişi yaşayırdı. Hər il olduğu kimi bu il də kartof əkmək üçün həyətdəki torpağı belləməli idi. Ancaq bu çox çətin bir iş idi. Yeganə oğlu Devid isə neçə vaxt idi ki, həbsdə idi. Günahsız olsa da, əlindən bir şey gəlmirdi. Nəhayət qoca oğluna bir məktub yazdı: "Əzizim Devid! Bu il deyəsən kartof əkmək üçün torpağı belləyə bilməyəcəm. Çünkü özümü çox pis hiss edirəm. Artıq əvvəlki gücüm də qalmayıb. Əgər yanımda olsaydın, yəqin ki, bu qədər çətinlik çəkməzdim. Hörmətlə: atan”.

Qoca bir neçə gün sonra oğlundan bir məktub aldı: "Əzizim ata! Allah xətrinə torpağı belləmə. Mən həyətdə cəsədləri basdırmışam. Hörmətlə: oğlun Devid”.

Ertəsi gün tezdən polislər gəldilər. Hər yeri qazdılar. Ancaq heç bir şey tapa bilmədilər. Nəhayət qocadan üzr istəyib getdilər.  Elə həmin gün qoca oğlundan başqa bir məktub da aldı: "Əziz ata! Artıq kartof əkə bilərsən. Bağışla, sənə kömək etmək üçün əlimdən başqa bir şey gəlmədi. Hörmətlə: oğlun Devid”.


(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri