Baltası iti olan daha çox ağac kəsər

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 2 930
Səs ver:
(səs: 0)
 
Bir meşədə iki dost odun doğrayırmış. Onlardan biri səhər lap tezdən qalxar, istirahət etmədən ağac kəsərmiş. Axşamlar da evə dostundan gec gedərmiş. Heç günortalar da yemək üçün fasilə verməzmiş. 

Dostu isə səhər vaxtında qalxar, istirahət edə-edə ağacları doğrayar, acanda da yeməyini yeyərmiş. Axşam da hava qaralan kimi evinə gedərmiş. Bir həftə bu minvalla iş davam edir. Həftənin axırında kəsdikləri ağacları sayırlar. Dayanmadan işləyən dostun kəsdiyi ağacların sayı az olur. Fasilə vermədən içləməsinə baxmayaraq, ağaclarının sayının az olması ona çox maraqlı gəlir. 

Dostu bunun səbəbini ona belə izah edir: Sən dayanmadan çalışarkən mən arabir istirahət edib, baltamı itiləmişəm. İti balta ilə daha az əmək sərf etməklə çox ağac kəsilər, — cavabını verdi. Özünü inkişaf etdirməyin yolu düzgün vaxtda istirahət edib baltanı itiləyə bilməkdir. Bu üsul zehnimizin aktiv olmasını və az zaman sərf etməklə daha çox şey qavramasına imkan verə bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri