Dərzinin tövbəsi

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 1205
Paylaş:
Səs ver:
(səs: 1)
 
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər.

Allah belələrinin tövbəsini qəbul edər. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir. Günah işlər görməkdə davam edərək ölüm yetişdiyi anda: "Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamişıq!”(Nisa, 17-18).

Keçmiş zamanlarda ömrünün qırx ilini parça biçib paltar tikməyə həsr etmiş bir dərzi varmış. Amma mahir usta olsa da, Allahın halal-haramlarına riayət etməkdə bir qədər tənbəl imiş. İbadətlərini vaxtında yerinə yetirməz, ətrafdakı insanların haqqını gözləməz, hərdən qeybət də edərmiş. Dindar qohumlarından biri ona nəsihət edir, tövbəyə çağırırdı. Dərzi isə ona belə cavab verirdi: "Hələ vaxtım var. Vaxtı çatanda tövbə edərəm. Məgər eşitməmisən ki, peyğəmbərimiz buyurub: "Bəndənin canı boğazına çatana kimi nə zaman tövbə etsə, Allah-təala onun tövbəsini qəbul edər”. Mən də nə zaman ki qocalıb əldən düşdüyümü gördüm, - o vaxt tövbə edib günahlarımı bağışlatdıraram”.

Bir gün dərzinin qohumu onun cavabını vermək qərarına gəlir. Yenə aralarında eyni söhbət başlayır, dərzi həmişəki sözünü deyir. Bu vaxt qohumu ondan soruşur: "Neçə ildir dərzilik edirsən?” Dərzi cavab verir: "Qırx ildir bu işlə məşğulam”. Qohumu xəbər alır: "Sənin üçün ən rahat və asan iş hansıdır?” Dərzi: "Ölçünü götürəndən sonra parçanı kəsmək mənim üçün ən rahat işdir”. Qohumu yenə soruşur: "Elə bir vaxt olub ki, parçanı kəsəndə əlin əssin, qayçı əlində titrəsin?” Dərzi deyir: "Yox, şükür Allaha ki, hələ başıma belə bir iş gəlməyib. Həmişə parçanı düz kəsmişəm”. Qohumu bir daha soruşur: "Necə düşünürsən, canın boğazına gəlib çatanda sənə parça verib tapşırsalar ki, ölçü götürüb kəsəsən, - bunu bacararsanmı?” Dərzi heyrət içində cavab verir: "Nə danışırsan? Əlbəttə, yox. Ölüm anında, can boğaza gələndə əlimə qayçı götürə bilərəm? Məgər o an dərzilik etməyə macal olacaq?” Qohumu təbəssüm içində öz sözlərinə yekun vurur: "Qırx illik vərdişin ola-ola, canın boğazına çatanda əlinə qayçı ala bilməyəcəksənsə, ömründə birinci dəfə tövbəni necə edəcəksən? Nədən bilirsən ki, istədiyin an tövbə etmək üçün vaxtın, fürsətin və imkanın olacaq?”

Bu sözlər dərzinin ağlına batır, səhv yoldan dönür. Həmin gün tövbə edib günahlardan üz çevirir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1205
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv