Me vs You (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 010
Səs ver:
(səs: 2)
Jalə səhər tezdən durub hazırlaşmağa başlamışdı. Kostyumunu geyib güzgünün qarşısına keçdi. Uzun qara saçlarını əli ilə formaya salmağa çalışırdı. Yetər xanım onun otağına girib, sakitcə ona baxırdı. Necə də böyümüşdü Jalə. Həm də onun istədiyi kimi böyümüşdü.

- Hə de görək orda oğla var?

Jalə diksinib arxaya çevrildi. Bibisini görüb güülmsədi.

- Hə, var xala. Hələ biri rəqibimdi. 3 ay sınaqdan sonra ya o işləyəcək, ya mən.

Yetər xanıma elə bu bəs idi. tez irəli cumub, Jaləni tutub çarpayıya sürüklədi. Nəfəs alamadan dalbadal suallarını verdi.

- Helə? Adi nədi? Neçə yaşı var? Necə biridi? Hay?

- Adı Əlidir. Mənimlə yaşıd olar. Pis biri deyil deyəsən, yaraşıqlı da sa...-deyən Jalə Yetər xanımın ona dik-dik baxdığını görüb, tez sözünü dəyişdi.- Amma onun kimi birisinin mənim qarşımda şansı yoxdu. Əzəcəm onu! Canı çıxsın! Hələ bir mənə "qadınlar evdə yemək bişirsinlər” deməyini görəydin! Beyni çürümüş neandertal! Hamsı gəbərsin!

Yetər xanım gözləri dolmuşdu. Burnunu çəkib, gözlərini sildi. Jaləni bağrına basıb bərk-bərk qucaqladı.

- Ağıllı qızım mənim. Feministlərin qüruru. Sənə heykəl qoymaq lazımdı. Əz onu, əz! Belə üstünə bas, ciyildiyə-ciyildiyə pırtdanağı çıxsın!

Yetər xanım Jaləni həqiqətən də çox sevirdi. Yenə biraz həddindən şox sevirdi. Jalə artıq boğulurdu, amma deyəsən Yetər xanımın onu buraxmağa niyyəti yox idi. "bibidən əla güləşçi çıxar. Bir tutdu, canım çıxacaq indi.”- deyə fikirləşdi Jalə son nəfəsində.

- X-xala... işə getməliyəm...

Jalə Yetər xalanın əlindən qurtulub geriyə çəkildi. Çarpayının üstündəki çantasını götürdü. Hələ də nəfəsi tıxcanırdı. Əlini ürəyinin üstünə qoyub dərindən nəfəs almağa başladı. Jalənin bu halından Yetər xanımın gözü su içmirdi. Ayağa qalxıb onun alnına əlini qoydu. Tez əlini çəkdib dedi.

- Bıy. Tərləmisən qızım. Deyəsən xəstələnmisən. Bu gün getmə istəyirsənsə.

"bunlar əcəl tərləridi. Biraz da keçsəydi oyanlıq idim” deyə fikirləşdi Jalə. Bibisinin yanağından öpdü.

- Elə-belə şeydi xala. Pırtdanağını çıxartmalı olduğum birisi var.- deyib, otaqdan çıxdı.

Işə gedən də, belə bibisinin məsləhətlərini təkrarlayırdı. Uşaqlıqdan bu məsləhətlərlə böyümüşdü. Bir yanda köhnə fikirli atası, digər tərəfdə isə feminist bibisi. Onu ən çox yoran da bu idi...

Əli maşının əyləcini anidən basıb, binanın qabağında saxladı. Maşından düşüb qapısını bərk çırpdı. Deyəsən Sima xanım yenə bir namizəd tapmışdı. Əsəbdən dodağını çiynəyib öz-özünə deyinirdi.

- 200% övladlığam mən. Başqa açıqlaması yoxdu. Kim bilir öz ata-anam indi necə "Əli, bidənə oğlumuz Əli, çox sevdiyimiz oğlumuz Əli” deyib ağlaşır. Yazıqlar... onlar orda əziyyət çəkir, oğulları burda. Evdə qartımış "arvad”larım, burda da içiqurumuş ifritə...

Əli birdən dayanıb biraz iləri diqqətlə baxdı. yox, gözləri onu aldatmırdı. O qara saçları harda görsə tanıyardı. Qabağında 2 oğlan vardı. Deyəsən onlarla dalaşırdı.

- 100% oğlanları həyatdan bezdirəcək. Yazıqlar gedib ilk 9 mərtəbədən özlərini atacaqlar.- desə də, ayaqları onlar tərəfə gedirdi.

Jalənin arxasında dayanıb, səsinin gur yerinə salıb dedi.

- Nə məsələdi? Nə olub burda Jalə? Xanım...?

- Heç nə olmayıb. Bu bəylərə qadına söz atmağın yanlış olduğunu başa salıram.

Əli çiynini çəkib, getmək istəyirdi ki, oğlanlardan biri dilləndi:

- Deməli sən qız deyilsən də?

Bax Əlinin yanındakı bir qıza bunu demək olmazdı. Qaçın uşaqlar, özünüzə bir 9 mərtəbə tapın. Amma arıtq gec idi. Əli Jalənin qolundan çəkib, özünü iləri verdi. Qaşlarını çatıb, əsəbi-əsəbi dedi.

- Nə demək istəyirsən sən?!...

- Mən özümü müdafiyə edə bilərəm. Nə demək istəyirsiz siz?!

Jalə Əlini itələyib, yenə qabağa keçmişdi. Əli çiyni ilə onu sıxışdırıb, özünü qabağa verməyə çalışdı.

- Yox, siz ən birinci mənim sualıma cavab verin.

- Heç də belə! Əsas mənim sualıma cavab verin!

Oğlanları yaddan çıxarıb, özlərini qabağa verməyə çalışırdılar. Əli güclü olsa da, Jalə "güləşçi” bir bibi ilə yaşamışdı. Daha təcrübəli idi. Beləki onu saxlaya bilmədiyini görən Əli qollarından tutub saxlamağa çalışdı.

- Ala bunlar sevgiliylərmiş. Gedək. Ayıbdır ee, camatın içində. Nç nç.

Oğlanlar getdikdən sonra Jalə cəld Əlini itələdi. Üst-başını səliqəyə salıb, əsəbiliklə dedi.

- Sağ olun da!

- Pa! Minnətə bax, kömək eləyirdim ee elə bil.

- Köməyə bax!

Jalə gözlərini süzdürüb arxasını döndü. Əli onun arxasınca gedib, əlindən tutdu. Özünə tərəf çəkdi. Jalə nə olduğunu anlamayıb, çəkilməyə çalışdı. Amma Əli onu bərk saxlamışdı. Üzünü ona yaxınladırırdı ki, Jalə tez üzünü çevirdi. Əlini itələməyə çalışsada alınmırdı. Birdən alnında bir soyuqluq hiss etdi. Əli yanağını onun alnına söykəmişdi.

- Əllərin buz kimidi. Qızdırman da var. Deməli qarğışlarım tutdu, Allahım sənə çox şükür.

Jalə onu var gücü ilə itələyib qışqırdı.

- Bunu demək də olardı!

- Yaxşılıq yaramır sənə! Get da evinə. Bax üzün daha da qızardı, 300% öləcəksən. Get evinə!

Jalə əllərini yanaqlarına apardı. Həqiqəqətəndə od tutub yanırdı. Amma bu istiliyin çoxunun utancdan olduğuna əmin idi. Əli isə elə davranırdı ki, güya heç nə olmayıb. Utancdan üzünü çevirib, ayaqlarını yerə vurdu.

- Neandertal!- deyib, ofisə tərəf getdi.

Əli hələ də onun arxasınca baxırdı. öz aləmində yaxşı bir şey eləmişdi və Jalə ona təşəkkür etməli idi. Amma Jalənin bir söymədiyi qalmışdı. Düzü o "neandertal”ın söyüş olduğunu da düşünürdü yəni. Çiynini çəkib, binaya tərəf getdi. Bir-iki addım getmişdi ki, ayaq saxladı.

- Bu ürəyi yumuşaqlıqla çox yaşamayacam mən...

Jalə bütün diqqətini qarşındakını çertyoja vermişdi. Öz işini çox sevirdi həqiqətən də. Bir-iki detalı düzətmək istəyirdi ki, qabağına bir torba atıldı. Başını qaldırıb, Əlini gördü. Əli gözlərini ondan qaçırıb mırıldandı.

- İç buları. Burda gəbərib-eliyərsən, bir də polislə əlləşməyək.

Başqa stol çəkib, masanın qarşısına oturdu. O də əlinə bir çertyoj alıb detalları yoxlayırdı. Jalə torbadakı dərmanlara baxıb gülümsədi. Deyəsən Əli düşündüyü kimi pis biri deyildi. Başını qaldırıb ona baxdı. Susanda çox şirində görünürdü. Səliqəli saçları, qara gözləri, həmişə küskün uşaqlarınkı kimi biraz irəli üzanan dodaqları. Hələ iri bədəni ilə balaca stola sığmamağı onu daha da şirin göztərirdi. Jalə özü də bilmədən Əliyə baxırdı. Əli də bunu hiss edib başını qaldırdı. ən birinci gözlərinə inan bilmədi. Jalə əlini çənəsi altına qoyub ona baxırdı. həmdə deyəsən gülümsəyirdi. "görəsən nəyə baxır? Üzümdə nəsə var? Bu qızın baxışından xeyir gəlməz.” Deyə düşünən Əli dilləndi.

- Nə olub? Nə baxırsan?

- Baxmaq olmaz? Siz oğlanlar qızlara baxanda yaxşıdır?

- Hansı oğlan imiş qızlara baxan? Heç gör mən sənə baxıram? Baxma mənə.

- Zərin tökülər baxsam?

- Hə, baxma.

Əli sözünü bitirib, yenə işlərinə qayıtdı. Amma hələ də, üstündəki baxışları hiss edə bilirdi.

- Ay qız baxma mənə!- deyə qışqırıb, çertyoju üzünə tutdu.

Jalə biraz pərt olmuşdu. Ayağa qalxıb, düzəliş etdiyi çertyojları əlinə aldı. Qapıya tərəf gedib, ona tərəf baxmadan dedi:

- Beyinsiz məxluq!

Zeynəb bərk çırpılan qapının səsinə diksinib başını qaldırdı. Jalə əlində vərəqlər acıqlı-acıqlı üstünə gəlirdi. Jalənin gözlərindən od çıxırdı sanki. Zeynəb qorxub, biraz geri çəkildi. Jalə əlindəki kağızları masanın üstənə çırpıb, əsəb-əsəbi dedi.

- Bunları lazım olan yerə göndərərsən.

- Y-yaxşı Jalə xanım.

Zeynəbin ondan qirxması Jaləni özünə gətirdi deyəsən. Gülümsəməyə çalışıb dedi.

- Mənə Jalə deyə bilərsən.

Zeynəb dərindən nəfəsini verib, gülümsədi.

- Mənə də Zeynəb de. Hə, Əli bəylə işləyə bilirsiz?

Ah, Jalənin içindəki vulkan yenə aktivləsdi. Əllərinin masanın iki tərəfinə qoyub, Zeynəbə tərəf əyildi. Qorxudan büzüşmüş Zeynəbi gözlərinin içinə baxıb, xırıltılı səslə dedi.

- O patriarxik cəmiiyətin töküntüsü, beyindən məhrum, təkamüldən qalmış neandertala necə "bəy” deyə bilirsən? Bütün qadınları təhqir edən bu hərəkəti necə edə bilirsən? Qadınlar qadınların tərəfini saxlamasa, biz necə özümüzü əzilməkdən qoruyacağıq? De görüm heç bir qadın olaraq etdiyindən utanırsan? Hay? Cavab ver? Sən necə bunu eliyə bildən hə?

- Allah mənim bəlamı versin, dilim qurusun! Sabaha sağ çıxmayım! Mən necə belə bir şey eklədim axı. Ar olsun mənə!

Zeynəbin qorxudan dedikləri Jaləni qane etmişdi deyəsən. Dikəlib, gülümsədi. Qollarını sinəsində çarpazlayıb, dedi.

- Afərin. Bir qadın əsla bir oğlanın qarşısında alçalmamalı, geri çəkilməməli, çəkinməməli...

- Zeynəb bunu faksa xahiş edirəm.

Əli Jalənin çiyninin üstündən kağızları uzadıb, sözünü dedi. Jaləyə o qədər yaxın idi ki, o danışanda nəfəsini yanağında hiss etmişdi. Jalə cəld yana çəkilib, düşmən kimi Əliyə baxdı. Amma Əli heç ona fikir vermədən getmişdi.

- Başüstə Əli bəy...- deyən Zeynəb udqundu. Jalə yənə öz kəskin gözlərini ona zilləmişdi.

- Yəni...Əli bəy...siz. sən kimsən ki, mən sənə bəy deyim! Pa!

Zeynəb artıq çoxdan otağa girmiş Əlini asıb-kəsirdi və bu deyəsən Jaləni biraz özünə gətirmişdi. Həvəsə gəlib, o da Zeynəbə qoşulmaq istəyirdi ki, masadakı telefon çaldı. Zeynəb telefonu götürdü.

- Bəli Rəşid bəy. Aha.. başüstə, deyərəm.

Zeynəb dəstəyi yerinə qoydu. Jaləyə baxıb.

- Rəşid bəy səni və Əli bə...lasını vermişi otağına çağırır.

Əli bayaqdan dodağını çeynəyib əmisi ilə Jaləyə baxırdı. ikisi elə gözəl, elə mehriban danışırdılarki. Elə bir Rəşid kişi Əlinin yox, Jalənin əmisi idi. Əli yüngülcə öksürüb dedi.

- Hmm... bizi niyə çağırmısız Rəşid bəy? Yoxsa artıq Jalə xanıma ehtiyac olmadığını elan edəcəksiniz?

Rəşid bəyin dişi bağırsağını kəsirdi. Normalda Əli bu sözdən sonra yaxşıca kötək yeməli idi. Amma iş yerində qohumluq əlaqələrini bildirmirdilər.İndi də Əliyə "sən görərsən!” baxışı atmaqla kifayətlənib dedi.

- Yox. Sabah sizi sahəyə gözndərəcəm. Memar ola bilərsiz, amma iş çertyoj çəkməklə bitmir, gərək sonrasını da öyrənəsiz.

Əli və Jalə bir-birinə baxdılar. Indiyə kimi inçaat sahələrində olmayan Jalə təəccüblənmişdi. Amma bütün uşaqlığı o sahələrdə keçən Əli sevinirdi. Hələ indidən Jaləyə qalib gəlmiş kimi gülümsəyirdi. Jaləni dəli edən isə normalda bu güülmsəmə onda öldürmə istəyi oyatmalı idisə, indi Əlinin gülümsəməsi ona xoş gəlirdi. Üzünü çevirib, əlini alnına qoydu. Dərmanlar işə yaramışa bənzəyirdi. Pıçıldadı:

- Deyəsən hələ də qızdırmam var...

 

Ardı var.......


Müəllif -Cəmilə Məmmədli....
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri