Zindan həyat (55-ci bölüm)

Şərhlər: 5
Baxılıb: 5 508
Səs ver:
(səs: 4)
Əlinin nənəsigil səhər tezdən gəlmiş Əlinin evində idilər Əli elə onları həmin gün aparmaq istəsədə nənəsigili bugün qalaq bir dincələk sabah gedərik deyincə Əlidə məcburən razılaşır evdən çıxıb restorana gedir Lalə ilədə danışmışdi onu dərsə özü aparacaqdı ama Lalə bugün dərsə getməyəcəyini evdə olmaq istədiyini deyir Əlininde ürəyindən idi Lalənin evdə olması heç olmasa ağlı onun yanında qalmayacaqdı ama Lalə birazdan evə bir şeylər alamaqçün çıxacağını deyincə Əli mənimlə gedərsən deyərək Lalənin sözün ağzında qoyur ...Elnur səhər güclədə olsa ayılır başı ağrıyırdı dünən çox içki içdiyindən özünü yaxşı hiss etmirdi ama nə olur olsun Laləni görmək istiyirdi ağlı ona düzgün etmədiyini desədə ürəyi söz keçirmək mümkün deyil ama necə? Laləni necə tapacaqdı onun harda olduğunu harda yaşadığını belə bilmirdi ən yaxşısı Əlini izləmək idi ona görədə restorana gəlir Əli ilə salamlaşıb, söhbətləşir biraz keçmşdiki Lalə Əliyə zəng vurur Əli Elnurun yanından uzaqlaşıb danışmaq istiyir ama Elnur Əli tərəfə gedib qulaq asmaq istiyirdi Əli mübahisə edirdi Elnur başa düşürdü Lalə ilə danışdığını Lalə Əliyə səni gözləyəncən özüm gedib alıb gələrdim deyincə Əlidə təbiki dəliyə dönür kimləsə görüşmək üçün tək getmək istiyirsən deyə dava salmışdı Əli Lalə ilə bir xeyli teldə danışaraq dava edirdi Elnurda tam anlamasada Əlinin Lalə ilə dava elədiyini eşidirdi Lalə Əliyə həmişəki kimi səndən bezmişəm istəmirəm səni deyir Əlidə ona əsəbindən piskopatlıq edib başqasını tapmısan deyə məni istəmirsən deyirdi .beləcə onlar mübahisə etdikdən sonra Lalə:daha heç yerə getmirəm istəmirəmdə deyərək teli söndürür Əli yenidən Laləyə zəng vurur ama Lalə teli açmırdı Əli əsəbi şəkildə restorandan çıxıb Lalənin yanına gedəcəkdi Elnur Əlinin çıxdığını görüncə oda onun arxasınca çıxır çox ehtiyyatlı gedirdi Əli onu görməsin deyə bir neçə maşın ötürərək izləməyə çalışırdı ama Əli Laləyə elə əsəbləşmişdiki gözü heç nə görmürdü
Əli gəlib Lalənin qaldığı binanın qarşısında saxlayır Elnur Əlinin dayandığını görüncə oda kənarda saxlıyıb maşında gözlüyür Əli maşından düşüb binaya girir evə gəlib qapını döyür Lalə Əlinin gəldiyini bilirdi çünki Əli yolda Laləyə nə qədər zəng vurmuşdu açmayıncada mesaj yazmışdı gələcəyini Lalə əvvəlcə açmaq istəməsədə Əli açmasını deyincə oda açır Əli əsəbi idi Lalənin üstünə qışqırır niyə onunla getmək istəmədiyini ,deyirdi Lalədə heç bir səbəb yoxdu sadəcə səni gözləyənəcən səbrim çatmadığını desədə Əli tutduğun buraxmırdı artıq 1 saat keçmişdi ama Əli hələdə evdən çıxmamışdı adicə bir sözü qısqanclığına görə böyük bir davaya çevirmişdi Elnursa hələdə maşında gözlüyürdü birdən binadan Əli ilə Lalənin çıxdığını görür Əli onun əlindən tutmuş maşına gətirirdi Elnura pis təsir etsədə bu mənzərə əlindən bir şey gəlmirdi bir şeydə anlıya bilmirdi bayaqdan teldə mübahisə edirdilər nə oldu birdən belə barışdılar Əli isə Laləni evdən istədiyi şeyləri almaqçün məcburən çıxarmışdı o qədər danışdıqdan sonra Laləyə inanmış özü aparırdı Lalə istəməsədə Əli istədiyini yeridirdi...Elnur artıq Lalənin evinin yerin öyrənmişdi deyə onların arxasınca getmədi eləcə dayanıb orda gözlüyür Əli Laləni marketə apararaq istədiyi şeyləri alır və geri qayıdırlar birlikdə düşüb binaya girirlər Elnurda kənardan durub onları izliyirdi Lalənin Əlini sevib sevmədiyinə əmin deyildi ama ürəyindən bir səs Lalənin onunla yaxşı olmadığını deyirdi sırf ona görədə Laləylə danışmaq istiyirdi Əli Laləni evə gətirincə oturmaq istəsədə nənəsi evə çağırır oda Lalə ilə sağollaşıb evdən çıxır Elnur Əlinin tək çıxdığını görüb biraz kənara çəkilir Əlinin onu görməsini istəmirdi Əli getdikdən sonra yavaş addımlarla binaya doğru gedir çox həyəcanlı idi düzgün hərəkət etmədiyini bilirdi ama bunu etməsəydidə ürəyi heç cürə rahat olmuyacaqdı binaya girir ama hansı evdə olduğunu bilmirdi eləsinə bir qapının zəngin basır bir qadın qapını açınça ondan burda Lalə adında bir qızın qaldığını soruşur qadın əvvəlcə tanımasada sonra üst mərtəbədə tək qız qaldığını deyir deyəsən onun adı Lalə idi deyincə Elnur tşəkkürr edərək pilləkənləri qalxır və gəlib qapıya yaxınlaşır barmağını zəngə aparıb geri qaytarır hələ tərədüd edirdi zəngi basıb basmamaqda axırki fikrin topluyub zəngi basır Lalə divanda oturmuş fikirə dalmışdı onu necə sonluq gözlüyürdü Əlidən heç cürə canını qurtara bilməyəcəyini düşünürdu qapının zəngin eşidincə divandan qalxır Əlinin olduğunu düşünür nədə olsa Əlidən başqa bu evə kim gəlirdiki qapıya yaxınlaşıb açır Elnuru qarşısında görüncə şoka düşür....
Lalə:Sən sizin burda nə işiniz var!
Elnur:Lalə xahiş edirəm biraz danışa bilərik
Lalə:yox yox xahiş edirəm gedin!
Elnur(əli ilə qapını tutaraq)Lalə sadəcə bir söz soruşacam xahiş edirəm bir kəlmə cavab ver ondan sonra çıxıb gedəcəm
Lalə:axı nə istiyirsiz baxın məcbur olub Əliyə deməli olacam sonrada başınıza probem olacaq Əli gedin sonra yalnış anlayacaq!
Elnur:Lalə Əlidən qorxursan axı niyə ?mən sənin gözlərində ona qarşı sevgi görmədim niyə ondan qorxursan?bilirəm mənə inanmırsan bəlkədə ama mən sənə həqiqətən kömək etmək istiyirəm düzdü sənə qarşı hislərim var idi ama bu səni tək gördüyüm zamanlarda oldu sonra sənin Əlinin nişanlısı olduğunu bilincə səhv etdiyimi anladım ama sənin onu sevmədiyini bilirəm anlaya bilmirəm sevmədiyin istəmədiyin insanla niyə birlikdəsən səni nə məcbur edir səni zorla özüylə saxlıya bilməz qorxma sənə kömək edərəm
Lalə:(Elnurun sözlərinə qulaq asır ürəyində bütün suallarını cavablandırsada ona heç nə deyə bilmirdi necə deyə bilərdiki Əlidən ayrılmaq istədiyimdə məni zorla sahib olub həmdə döyərək bunları sənin üzünə necə deyə bilərəm, Elnur isə dayanmadan eyni sözü təkrar edirdi mənə bircə şeyi de onu sevmirsənsə onunla qalmaq məcburiyyətində deyilsən
Lalə(Elnurun sözün kəsərək)Bəsdirin daha!mən onu sevirəm!məcburda yox istəyərək birlikdəyəm indi sizə sonuncu dəfə deyirəm çıxın gedin burdan birdə qarşıma çıxsanız Əliyə hər şeyi deyəcəm Elnur isə sanki bütün ümüdləri qırılmışdı Lalənin "onu sevirəm"deməsi ilə ondan başqada heç nə eşitməmişdi Lalə sözün bitirərək qapını Elnurun üzünə bağlıyır...
Elnur eləcə donub dayanmışdı sonuncu ümüdüdə qırılmışdı artıq ümüdlər ən sonda ölür deyirlər həqiqətəndə elədi Elnur bütün ümüdlərinin qırıldığını düşünsədə içindən bir səs bir ümüd hər zaman var deyirdi.......
Artıq bir gün bitmək üzrə idi Lalə Elnurun ona dediyi sözləri hələdə beynindən ata bilmirdi:Axı o niyə çıxdı qarşıma Allahım niyə onu düşünürəm nə olar kömək et yalnış bir addım atıb Əlinin mənim haqqımda düşündüklərini təsdiqləmiş olmuyum yoxsa özümü heç vaxt bağışlaya bilmərəm həyatımı sırf Əlinin piskopatlığına qısqanclığına görə məhv etdim indi Elnurun köməkliyi ilə ondan ayrılsam Əli sənə dediyim hər sözdə haqlıyam deyəcəkdi o haqlı deyil mənim heç vaxt həyatımda başqası olmuyub bundan sonrada ola bilməz!bəs niyə niyə Elnuru düşünürəm yox düşünmürəm mən onu o mənim fikirlərimi qarışdırdı sadəcə.....
Bu düşüncələrlə Lalə yuxuya gedir səhər artıq açılırdı Əli nənəsini və bacısını götürüb Laləgilin evlərinə aparır onları orda qoyub özüdə orda gözlüyür gözlərkəndə Lalə ilə teldə danışırdı Lalənin bugün də evdə qalmasını heç yerə getməməsini deyirdi Lalədə məcburən qalır çünki bilirdi getsəydi mütləq bir şey tapıb dava yaradacaqdı..
Şəhla onların gələcəyini bilirdi Əli əvvəlcə Şəhlaya zəng vurub demişdi çünki Rasim kişidə bilirdi vəziyyəti toyu danışmağa gəldiklərini onlar yenədə tezdi desəleədə Əlinin nənəsi və bacısı Əlinin toyu tez eləmək istədiyini hər gün onlara eyni sözü dediklərini danışırdı Rasimlə Şəhlaya sonra Əlinin nənəsi :artıq mənimdə ömrümün çoxu gedib heç olmasa nəvəmin toyun görüm bunu hər halda mənə çox görməssiz çünki bu aralar özümü heç yaxşı hiss etmirəm mənə nəsə olsa bircə oğul nəvəmin toyunu görməmiş ölmək istəmirəm.... Deyincə onların ürəyini yumşaltmış və Rasim kişinin yaxşı cavabın almışdılar artıq toyu danışırdılar harda necə nə vaxt edəcəklərini söhbət edirdilər Əlinin nənəsi elə bu ay edək desədə Şəhla etiraz edərək çox tezdi mən hələ heç nə hazırlamamışam
Simuzər:sən heç narahat olma Əli hər şeyi hazırlayıb ...desədə Şəhla yox mən qızımı heçnəysiz gəlin köçürmək istəmirəm hər bir şeyin vermək istiyirəm deyincə Simuzərdə heç olmasa gələn ay edək
Şəhla:qoy qalsın yaya onsuzda az qalıb həm tətildə buraxılarlar rahat rahat işimizi görərik
Simuzər:ay Şəhla qızım sən inanmırsanki mənim bu dəli nəvəmin imkanı olsa elə indicə toyu edər çox səbirsizdi çox sevir daha çox ayrı qalmaq istəmir həm fərqi nədi axı yayda və ya indi onsuzda olacaqda...çox danışıqdan sonra Əlinin nənəsi Şəhlanı yola gətirə bilmişdi və gələn aya toyu edəcəkləri qərarlaşdırırlar..... Əli çox sevincli idi Laləyə gələndən sonra deyəcəydi yol boyu nənəsi və bacısı ilə toyun necə olacağını danışırdı artıq gəlib şəhərə çatmışdılar Əli nənəsigili evə düşürdən kimi bir baş Lalənin yanına gəlib özü xəbər vermək istiyirdi Lalə isə evdə oturmuş anasıgilin nə dediyini fikirləşirdi o düşünürdüki anası razı olmuyacaq heç olmasa bir müddətliyinədə olsa bu iş yubanmış olacaqdı..Əli artıq çatmış pilləkənləri 2-2i çıxırdı qapıya çataraq zəngi çalır Lalə qapını açan kimi Əli Laləni qucaqlayaraq axır ki toyumuzdu deyərək onu qucağına alıb fırladırdırdı Lalə sanki şoka girmişdi necə toyumuzdu hansı qız toyu olacağına sevinməzdiki təbiki özünün istədiyi bir toya ama Lalə sevinə bilmirdi Əli Laləni yerə qoyaraq üzündən öpürdü:Canım mənim bitdi artıq hər şey gələn ay toyumuzdu
Lalənin gözündən yaşlar süzülürdü özündən ixtiyarsız dizləri əsirdi divana oturaraq:Gələn ay??deməli razı oldular??
Əli Lalənin ağladığını görərək oda Lalənin yanında oturub göz yaşlarını silərək:Canımm artıq hər şey geridə qalacaq sənə hər şeyi unutduracam biz birlikdə xoşbəxt olacayıq
Lalə(isə dayanmadan ağlıyırdı)Yoox Əli biz heç vaxt xoşbəxt ola bilmiyəciyik axı niyə başa düşmək istəmirsən?
Əli:səni sevirəm birdənəm
Lalə:mən sevmirəm yox yox yox
Əli:Laləyə yaxınlaşaraq hər şey yaxşı olacaq deyir və dodağından öpmək istiyirdi ama Lalə bunu istəmirdi onun son ümüdü olan ailəsi belə artıq razı idi hər şeydən xəbərsiz qızlarının Əli kimi biri ilə evlənməsinə
Lalə kənara çəkilərək:Əli eləmə mən istəmirəm nə olar başa düş
Əli:Lalə axı niyə səninşün nə istəsən edərəm sənə hər şeyi unutduraram
Lalə:yox yox heç nə unudulmur unutmuyacam mən heç nəyi (Əlinin əlindən tutaraq yavaş səslə deyirdi bugünə kimi Əliylə həmişə dava edərək deyirdi ayrılmaq istədiyini onu istəmədiyini ama daha onuda bacarmırdı Lalə ağlıyaraq onun əlinden tutub:Əlii yalvarıram sənə yalvarıram ayrıll məndən
Əli:Lalə
Lalə:Əli nə olar ayrıll bax sənə yalvarıram ayrıl nə olar ayrıl
Əli:Lalə məndən canımı istə ama ayrılmamı istəmə bunu bacarmaram
Lalə dahada hönkürərək ağlayırdı:nə olarr ayrıl burax mənii yalvarıram sənə
Əli daha çox dözə bilmirdi Lalənin yalvarışlarına ama ayrılada bilməzdi Laləni qaldıraraq qolundan tutub aparır:gəl gəl gedək
Lalə:hara hara gedirik
Əli:istədiyini edəcəm ama son dəfə səndən bir şey istiyəcəm ondan sonra seçim sənin özünün olacaq....Deyərək Laləni evdən çıxarıb binadan düşüb maşına gedirlər Lalə hara getdiiklərini soruşsada Əli heç nə cavab vermirdi sadəcə:Bu gün hər şey bitəcək deyirdi.......

Ardı var...
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 5 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri