Son kəlmə (9-cu bölüm)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 4 440
Səs ver:
(səs: 4)
MART, 2007-Cİ İL. BAKI...
Gecə öz işini görürdü...
Fəxriyyə yataqğın içində vurxunurdu.Tez-tez o tərəf-bu tərəf çevrilirdi.Narahatçılıqdan dolayıgözlərinə yuxu getmirdi.Dikəlib əyləşdi.Qolları ilə dizlərini qucaqlayıb çənəsinə dayaq verdi.
"Anar...Niyə bu qədər sirrlisən axı?!...Niyə mən?!...”
Bu tipdən olan digər sualları da özünə yağdırıb gözlərini qaranlığa zillədi.Aradan 5-10 dəqiqə keçdikdən sonra yorğanını kənara çəkərək ayağa qalxdı.Mətbəxə gəlib özünə su götürək istəyəndə atasının spirtli içki içən gördü.Bircə anlıq yerindən tərpənməz qalıb key baxışlarını atasına zillədi.Və birdən ayaqlarını qopardıb atasının əlindən qədəhi alıb döşəməyə çırpdı.
-Ata, lazım deyil belə eləmək...Sən bizə lazımsan...Mənə, Aysuya, Murada lazımsan....
Malikin gözləri dolub daşmağa başladı.Titrək əlləri ilə başını tutub qırıq-qırıq dedi:
-Ba...car...mı...ram...A...lın...mır...
Fəxriyyə atasının başını sinəsinə sıxıb gözlərini bərk yumdu.Göz yaşları dodaqlarına, çənəsinə süzülməyə başladı.
-Sakitləş, ata, sakitləş...
-Qızım, mən güclü deyiləm...Elə görünürəm, amma deyiləm...
-Ata, anam səni belə görsəydi bilirsənmi nə edərdi?!...
-Nə edərdi?!-key səsi soruşdu.
Fəxriyyə göz yaşı içində axmaqca gülümsünüb şən səsini işə saldı.
-Səni bax bu pəncərədən tullayardı...
Malik qızının zarafatına gülümsünüb dərindən nəfə s aldı...
...Anarın fikirli olduğunu sezən Ləman dirsəklənib ona baxdı.Barmaqlarını onun əzələli bədənində gəzidirib dodaqlarını yaxınlaşırdı.
-Nə olub sənə?!...
-Heç nə, -fikirli halda cavab verdi.
-Anarın dodaqlarına öpüş qondurub gözlərinə baxdı.
-Son günlər nədənsə gözümə birtəhər görünürsən...
-Dedim ki, heç nə!...
Onun səs tonundan udqunub üz cizgilərinə diqqətlə baxmağa başladı.
"Off!...Bu qız niyə ağlımdan çıxmır axı?!....”
Anar başını yana çevirib ona baxan Ləmanın dodaqlarına yumuldu.Onu kürəyi üstə uzadıb işinə başladı...
Səhər...
Anar qapını açıb evə girdiyində yenə "qalmaqallı” səs-küy eşitdi.Tələsik addımlarla özünü zala yetirdi.
-İlqar, başa düşmədim:Məcburidir?!...İs-tə-mi-rəm!...Vəssəlam!...
-Çert!...Samir, bir də qələt edib o sözü ağzına alasan, eşitdin?!...Mən nə deyirəmsə, o da olacaq!...
-Xeyr, İlqar cənabları, bu dəfə sizin sözünüz mənə keçməyəcək!...O-XU-MA-YA-CAM!!!...
-Sakitləşin!....
-Anar, qarışma!...
-Niyə, İlqar,niyə qarışmasın axı?!...Qoy görsün də sənin "terror aktı”nı!...
Samirin güclü kinayəsi Anarı özündən çıxartdı.Onun üstünə cummaq istəyəndə İlqarın güclü əlini çiynində hiss elədi.İlqar Anarın çiynindən tutub divana itələdi.
-Anar, sənə milyon dəfə demişəm:Mənim işimə dikbaşlığını soxma!...
-İlqar, həddini aşırsan artıq!...
-Samir, mənimlə bu cür danışıq tonunu yığışdır!...
Aanar onların üz-üzə, göz-gözə etdikləri "savaş”ı izləyib kəskin hərəkətlə ayağa qalxdı.Samiri hirslə evi tərk etikdən sonra üzünü İlqara tutub təhdidkar tonda sözə başladı.
-Şahmatist, neyləmək fikrindəsən?!...Bəlkə onun arzuları var?!..Səni tanıya bilmirəm!...
-Boje moy!...Anar, mənə həyat dərsi keçmə, aydındır?!...Mən 15 il Moskvanın küçələrində sürünmüşəm...Nə sən, nə də Samir bunu anlaya bilməzsiniz!...
Anar İlqarın zalı tərk etməsini izləyib başını təəssüflə buladı...
...Fəxriyyə banka gəlib çatanda Elxanın təbəssümü ilə qarşılaşdı.Gülümsünüb onunla bir addımlamağa başladı.
-Hə, Fəxriyyə, danış görüm...
-Nəyi danışım, ay Elxan?!...
-Məsələn, o babnikdən...Yenə səni narahat edir, hə?!...
Fəxriyyənin gülən üzü anidən soldu.Ayaq saxlayıb Elxana baxdı.
-Elxan, səndən xahiş edirəm, ona heç nə eləmə...
-Niyə?!...
Elxan bu sualı verdiyinə peşman oldu.Fəxriyyə cavab vermədən kabinetinə doğru yollandı.Gedə-gedə özünə suallar yağdırmağa başladı.
"Axı niyə, Fəxriyyə, niyə?!...Niyə bunu istəyirsən, ya da istəmirsən?!...”
İçəri girib əyləşdi.Nicatla Fidan yenə ona tamaşa edib bir-birlərinə baxdılar...
...Anar rahat şəkildə içəri keçib pilləkanlara doğrulanırdı ki, İmranın səsi bütün banka yayıldı.
-Anar, gəl görüm bura!...
Hər kəs güclə gic-gic gülümsəməsini saxlayaraq baş verəcək prosesləri izləməyə başladı.Anar İmranın yanına "təşrif buyurub” rahatlıqla gülümsədi.
-Buyurun, İmnran müəllim..
-Deməli, sən iddia edirsən ki, skripka ustasısan?!...
-Əstəğfürullah, İmran müəllim, mən nə karəyəm ki, ellə bir kəlməni ağzıma alam?!...
İmran onun kinayəsi ucbatından az qala pzündən çıxsa da, ətrafdakı insanlara görə özünü ö yerə qoymadı.
-Çox gözəl!...Elə isə hamının gözü qarşısında skripkadan nəsə ifa elə!...
Anar qarşısında dayanaraq onu ikrahla süzən, qarnı özündən 5 dəfə qabağa düşən İmran "müəllim”ə diqqətlə baxıb gözlərini qıydı.
-Razıyam!...
Crystalize...Anarın ifaçılığı altında skripka əsərinin səsi bank direktorlarının toplaşdığı otaqdan ətrafa yayılmağa başladı...
Musiqinin sədaları Fəxriyyənin kabinetinə də gəlib çatırdı.Qız rəsmən "sehrlənmişdi”.Onun tərpənməz halını izləyən Nicat narahatçılıqla Fidana baxdı.Fidan Fəxriyyədən heç də fərqlənmirdi...
"Bir insan bu qədərmi adamı özünə heyran buraxar?!...Onun hansısa vitrini çatışmır deyəsən....İlahi, Fəxriyyə, bu nə axmaqlamalardır uydurursan özündən?!...”
NOYABR-APREL.1982-1983-CÜ İLLƏR.AZƏRBAYCAN SSRİ-Sİ.”N” RAYONU...
Bacım ərini necə yola gətirmişdi, bilmirəm, amma məni kədərli səslə "muştulaqladı” ki, ancaq 2 gün qala bilərrəm...
Həmin gün mən heykələ dönmüşdüm.Ayaqlarımı qucaqlayıb küncə çəkilərək oturdum.Göz yaşlarım sel axınına davam edirdi.Dodaqlarımı dişləməkdən qana boyanmışdı.Dırnaqlarımla ətimi deşirdim.Və bütün bunları səsimi çıxartmadan edirdim...Bacımın otağa gətirdiyi yeməklərə gözümün ucu ilə baxmırdım. O isə mənə "yazıq” baxışlarla baxıb gözləri dolsa da tələsik çıxıb getməklə özünü "güclü” göstərməyə çalışırdı...
Qaranlıq öz işini görmək üçün vaxt sayırdı.Mənim "ruh” halıma acımadan məndən alacağı varmış kimi davranmaqdan vaz keçmirdi...Və birdən qapı zərblə çırpıldı...
İlahi!...Bu-bu-bu..Boğazım düyünləndi...Mənim "ər”ciyəzim hirslə mənim qolumdan tutub qaldırdı.Güclü şok keçirmiş vəziyyətimlə gözlərimi ona zillədim.
-Sən-qəhbə, özünü nə hesba edirsən, hə?!...Atan hansı xarabanın padşah balasıdır?!-deyib üzümə şillə vurdu.
Gücümü itirib üzü üstə yıxılmağımla saçlarımdan vəhşicəsinə dartılmağım bir oldu.O canıma qorxu salan səsini işə salıb qulağıma bağırdı.
-Sən hansı küçənin itisən, heç olmazsa bunu bilirsən?!...
Ağlamaq istəyirdim, bacardım...Gözlərim dolmuşdu, amma heç nə süzülmürdü...İçimdəki "üsyan” səsi məni boğsa da, üzə çıxarda bilmirdim...
Xanlar saçlarımı buraxmaqla ölü kimi çırpıldım.Gözlərimə sinidəki bıçaq sataşdı.O an ağlıma hansı qorxunc fikirlər gəldisə, olan-qalan son gücümü toplayıb ayağa qalxmağı bacardım.Ərim otaqda deyildi.Gözlərim ətrafı milyon dəfə dolasa da, ondan xəbər ala bilmədim.Ruhsuz halımla yaxınlaşıb bıçağı əlimə aldım.Ona elə baxırdım ki, görən deyərdi ki, əlimdəki oyuncaqdır...
Budur, yenə "sevimli” ərimin qapının çırparaq açmaq adəti.Üzərimə necə gəldisə bıçağı qarnına soxdum...
Mən o an "yaddaşsız” idim sanki.Heç nəyi xatırlamadım.Necə oldu, niyə oldu və s.bu tipli suallar məni mühasirəyə alıb boğurdu.Xatırladığım tək şey o oldu ki, Xanların qanlar içidə üzən meyidini görüb dəhşərli bağırtı ilə qışqırdım...
Bacımal əri gəlib otağa soxulanda gözlərinə inanmaqda çətinlik çəkdilər.Solmaz dəhşətlə qışqıranda mən huşumu itirdim...
Gözlərimi açdığımda səhər idi.Mənə bir cüt göz baxırdı.Tamamilə yad göz...
Mən qalxmağa çalışanda o, əyləşdiyi kətildən qlxıb əlini çiynimə basıb dedi:
-Məndən sənə zərər gəlməz, qorxma...
Mən ağzıma su alıb ona baxdım.Üz cizgiləri mənə kimisə xatırladırdı sanki.
-Mən Hikmətəm, Teymurun oğlu...
Nə?!Kimin oğludur bu?! Teymur da kimdir?!...
O, qayıdıb öz yerində əyləşdi.Mənə kədərlə baxıb başını aşağı saldı.Sanki məndən utanırdı.
-Mən bütün məsuliyyəti öz üzərimə götürürəm...
Nə?!...Hansı məsuliyyəti?!Nə gicləyirdi bu?!...
-Hətta atamın da qətlini öz üzərimə götürürəm...Amma şərtim var! Mənə ərə gəl!..Və xahiş edirəm, heç nə soruşma!...Vaxtı gələndə mən özüm hər şeyi sənə danışacam!...
Mən çaşqın baxışlarımı ona zilləyəndə birdən "Teymurun oğlu” ayağa qalxıb mənə tərəf gəlməyə başladı.Əyləşib mənim gözlərimə baxdı.
-Bacını xoşbəxt edə bilmədim...
Mən hər şeyi daha sonralar öyrənəcəkdim.Solmaz ərindən deyil, onun oğlundan uşaq "peydahlamışdı”.Mənim Xanları qətlə yetirdiyim gecə 7 aylıq olmasına baxmayaraq ev şəraitdə təkbaşına doğuş etmişdi.Elə doğum ərəfəsində də dünyasını dəyişmişdi. Hikmət həmin gecə bacıma baş çəkməyə gəlmişdi.Hikmət bacımın ölüm səbəbkarını atası olaraq gördüyündən onu boğmuşdu...
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri