4 divar olsun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 889
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1320310666-656.jpg

alt
Onsuz bu cahan zülmətə bənzər mənə,onsuz,
Gəlsin təki yarım mənə zülmətdə yar olsun.


alt
Yalnız odur hicranıma son qoymağa qadir,
Ya Rəbb,onu qaytar mənə,həsrət fərar olsun.
alt
Bir busə mənə eylə nəsib sevgili-yardan,
Bitsin bu həyat sonra,məkanım məzar olsun.
alt


Bəxtim şəmi yansın,qızınım şölələriylə,
Fəsli-xəzan ötsün,yenə fəsli-bahar olsun.
alt
Gəlsin elə bir dövri-zaman,vəslə yetək biz,
Əğyar görüb ol dilbəri yanımda,xar olsun.

alt

Tənhalığı xatırladan hisslər süqut etsin,
Qəlbim yaşasın sevgi-məhəbbətlə,var olsun.
alt
Birdən mən özüm sevgimə xain çıxaramsa,
Öldür məni,ya Rəbb,həyatım tarimar olsun.
alt
Bir gün sona yetsə,Deniz,ömrün,bu qəzəllər,
Qoy yarına səndən əbədi yadigar olsun.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri