Susqun (Bölüm 13)

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 5 776
Səs ver:
(səs: 2)
4 İL SONRA:
Bənövşə parktdaki oturacağa əyləşib fikirləşirdi. 4 il əvvəl xalasına instut oxumaq istədiyini demişdi və dediyini etmişdi. O da Südabə müəllimə kimi ədəbiyyat müəlliməsi olmuşdu. İndi isə təyinatını gözləyirdi. Ağlından öz kəndlərində müəllimə olub, olanların intiqamın Alagöz xanımdan çıxmaq keçirdi. Lakin 4 il ərzində çox dəyişmişdi. Əvvəlki qapalı, susqun Bənövşə deyildi, güclü, şən, özünə inanan bir qadın idi. Qadın idi... 4 il ərzində Muradı bir dəfə də olsun görməsədə, özünü evli bir qadın kimi hiss edir və davranırdı. Bu düşüncələrdən qurtulmaq üçün diqqətini dağıtmaq istəyirdiki, birdən yanındakı cütlüyün səslərini eşidib qulaq asmağa başladı:
-Dedim sənə hava sərindi. Soyuq olacaq sənə.
-Of! Hava 25 dərəcədi, palto geyinməli idim?
-A, yox gözəlim. Sən mütləq bu yaxası açıq koftanı geyinməli idin.
-Bəli cənab Aydın, elə bunu geyinməli idim.
Aydın əsəbi şəkildə Yasəmənə baxıb, yanındakı oturacağa əyləşdi.
Yasəmən ərinin bu qısqanclığından xoşu gəlsədə, əsəbi halına dözməyıb:
-Bəsdi, qısqanc olmada.-deyib uşaq məsumiyyəti ilə ona baxdı.
Aydın həmişəki kimi Yasəmənin məsum baxışına dözməyib gülümsəyərək dedi:
-Mən qısqanc-filan deyiləm.
Yasəmən:
-Hı hı, bilirəm deyib-gülümsəyərək gözünü süzdürdü.
-Nəysə. Bəlkə da evə gedək, yoruldun.
Yasəmən
-Of! Of, Aydın of.-deyib əlləriylə başını tutdu. Birdən ağlına gəlmiş fikirlə gülümsəyib, mesum bir ifadəylə dedi:
-Aydın bilirsən mənim ürəyim nə istəyir?
-Nə gözəlim?
-Avakado.
Aydın təəccüblə Yasəmənə baxıb dedi:
-Nə? Bəzən bu qeyri-adi şeyləri məndən qurtulmaq üçün etdiyini düşünürəm.
-Aaa, mən səndən niyə qurtulmaq istəyimki? Sənki anam kimi durmadan yemək ye, qalın geyin, vaxtdında yat deyib məni bezdirmirsən.
Aydın Yasəmənə yaxınlaşıb, burnunu sıxıb:
-Bağışlayında Yasəmən xanım. Sizin və oğullarımız qayğısına qalmaq mənim günahımdı. Həkimin nə dediyini unutma.(müəllif: Cəmilə Məmmədli) Hələ oğullarımız dünyaya gəlsin, sənin bu kinayəli danışıqlarının intiqamını necə alacağımı mən bilirəm.-deyib bic-bic göz vurdu.
Yasəmən Aydının nə demək istədiyini anlayıb, qızararaq gözüylə yanlarında əyləşmiş Bənövşəni işarə etdi.

Bənövşə bayaqdan olduqca yaraşıqlı görünən oğlan və gözəl lakin əlil arabasında olan hamilə qadından ibarət olan bu cütlüyü dinləyib gülümsəyirdi. Kənardan bir-birlərini dəli kimi sevdikləri hiss olunurdu. Onlarında ona baxdığını görüb nəsə deməyə ehtiyac duydu:
-Bağışlayın, elə şirin görünürdüzki. ALLAH saxlasın körpənizi.
Yasəmən:
-Əslində körpələrimizi. Bir qızımız daha var və bunlarda ekizdi-deyib gülümsəyərək qarnını tutdu.
Bənövşə bu an 4ildi yadına düşməyən, itirdiyi körpəsini xatırladı. "Məndə o qadın kimi xoşbəxt ola bilərdim. Bizdə gözəl ailə ola bilərdik"-deyə düşünüb kövrəldi. Özüdə hiss etmədən gözündən yaş süzülürdü.
Qadınların göz yaşlarına dözməyən Aydın təlaşla dedi:
-Xanım, nə oldu sizə?
-Heç...heç nə.
Yasəmən Bənövşəyə yaxınlaşıb, gülümsəyərək dedi:
-Bir qadın "heç nə"yə ağlamaz. Danış, qulaq asarıq sənə.
Aydın:
-Danışın. Onsuzda Yasəmən çöldə qalmağa bahənə axtarırdı.
Yasəmən Aydına baxıb:
-Heç də belə-deyib əsəbiliklə gözünü süzdürdü.
Bənövşə bu şirin cütlüyə gülümsəyərək baxıb, 4 ildə ilk dəfə yaşadıqlarını heç tanımadığı bu insanlara danışmağa başladı...

Hər şeyi danışıb, bitirdikdən sonra məsum nəzərlərlə onlara baxıb soruşdu:
-İndi mən nə etməliyəm?
Aydın həmişə kövrək olan arvadının yenə ağladığını görüb, gülümsəyərək onun üzündəki yaşı silib dedi:
-Ağlama gözəlim.
Yasəmən "yaxşı" mənasında başını yelləyib, Bənövşəyə baxıb:
-Siz tanıdığım ən güclü qadınsız-deyib gülümsədi.
Bənövşə eşitdiklərinə inanmırmış kimi təəccüblə ona baxıb dedi:
-Nə?! Kim, mən?
-Hə, siz. Məndə çox şey yaşamışam, amma ətrafımda hər zaman məni çox sevən insanlar olub. Ailəm, rəfiqələrim, qaynanam və Aydın. 16 yaşında sizin yaşadıqlarınızı yaşasaydım halım necə olardı bilmirəm. Yəqinki çoxdan intihar edərdim. Amma siz hər kəslə, hər şeylə mübarizə apardız. Hətta ürəyinizdəki sevgi ilə də.
-Sevgi?
-Hə. Axı siz Muradı sevirsiz.
Bənövşə azca utanıb, dedi:
-Yox, mən onu sevmirəm.
Yasəmənlə Aydın bu sözdən sonra bir-birlərinə baxıb gülümsədilər. "Sev"M"irəm!" sözü onlara o qədər tanış idiki.
Yasəmən:
-İnan sevirsən. Bunu bizdən yaxşı heç kim bilə bilməz-deyib gözüylə Aydını işarə etdi.
Aydın:
-O oğlanda sizi sevir, çox sevir. Amma bizim cəmiyyətimiz elədirki oğlanlara öz hisslərini ifadə etməyə icazə vermirlər. (müəllif: Cəmilə Məmmədli) Ağlamaq olmaz, gülmək olmaz, sevib-bağlanmaq olmaz, "yad qızı"na inanmaq olmaz. Biz "kişi" qəlibinə uygun hərəkətlər etməliyik ancaq. O səhv edib. Məncə indi çox peşmandı. Mən də səhvlər etdim, peşman oldum. Amma vaxtında öz sevgimə sahib çıxdım. Başqalarının nə dediyini, nə etdiyini vecimə almadan xoşbəxtliyimi yaşamağı öyrəndim.
-Hə. Hələ indi də sevgimizi anlamayan cahil insanlar bizə qəribə-qəribə baxırlar.
-Amma biz vecimizə almırıq.
-Aydın hiss etdin.
-Hə gözəlim. Bir-birimizin fikirlərini tamamlayırıq.
-Belə getsə birazdan bizdə sıxıcı cütlüklərdən olacayıq.
-Sən hər şeyə deyinən, heç saçını daramayan əsəbi arvad olasan.
-Pah. Səndə qarınlı, bığlı, ancaq televizora baxan kişi.
Bənövşə onların yenə məzəli bir şəkildə dalaşmağa başladığını görüb, gülərək dedi:
-Siz çox maraqlısız. Yəqin romanlardakı kimi eşq yaşayıb evlənmisiz.
Aydınla Yasəmən bu sözdən yenə gülümsəyərək bir-birlərinə baxdılar.
Yasəmən:
-Əslində bizim sevgi hekayəmiz qeyri-adi olub. Heç vaxt normal sevənlər kimi davranmamışıq. Nə qədər sevsəkdə, inadımızdan, qürurumuzdan əl çəkməmişik. Sevgimiz uğrunda başqalarıyla yox, özümüzlə mübarizə etmişik.
Aydın:
-Sonunda qalib gəldik.-deyib gülümsədi.
Yasəmən Aydına baxıb, gülümsəyərək gözlərini süzdürdü. Bənövşənin onlara maraqla baxdığını görüb:
-Sənin məsələnə gəldikdə, mübarizə et. Qayıt kəndinə, intiqamını al. Qoy səni incidənlərdə, itirənlərdə peşman olsun. Bəzilərinin sonraki peşmançılığının faydası ola bilər. O oğlanıda biraz süründür. -deyib göz vurdu.
Aydın Yasəmənin gözlərindəki qığılcımı görüb, süni təəssüflə başını yelləyib dedi:
-ALLAH o oğlana səbr versin. Yasəmən məsləhət
verdisə, deməli o oğlanın çəkəcəkləri var.
Yasəmən Aydına əsəbiliklə baxıb gözlərini süzdürsə də, heç nə deməyib Bənövşəyə baxıb soruşdu:
-Hə, nə deyirsən?...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri