Şəmsparə (6-cı bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 5 564
Səs ver:
(səs: 3)
Zahar qaçmamisdi, sadece yardim ucun getmisdi. Polise xeber veren o idi. Şemse ancaq bele komek ede bileceyini düşündu. Seherin açılmagi ile Abdulla ve Ebdül bey ozlerini xestexanaya yetirmişdiler. Amalı çıxardib eve getirdiler. Yol boyunca Amal getmemek üçün dıle tutsa da onlar Amalin qolundan tutdugu kimi evlerine getirmişdiler. Xedıce ve xadimeler yerini rahat etmek ucun başinda pervane olurdular. iki gun belece keçmişdi. Amalın yarası hele teze oldugundan agridir, agri ise onu yorurdu. bununla da bu iki günde daha cox yatirdi. Gozlerini açanda pencereden havanin işıqlı oldugunu gordu. Belli idi ki, yene gunortaya qeder yatib. Ayaga qalxanda çiynindeki agrini hiss etdi. Otagın qapisinin doyulmesi ile üzundeki agri mimikasıni def etdi.
- Gelin.
- Oğlum yaxşısan?
- Yaxşıyam, narahat olmayın Əbdül bəy.
- Guya seminara gəlmişdin, bizim üzümüzdən başına gələnə bax.
- Elə deməyin. Haradan bilə bilərdiniz ki? Həm mən sizə yük oldum. Artıq getməliyəm.
- Yox, qətiyyən olmaz. Abdulla bəy eşitsə aləmi Qatar bir birinə.
- Amma belə olmaz axı.
- Oğlum xahiş edirəm. Sən de görüm bizim xanımlar yaxşı baxırmı sənə?
- Yaxşı baxmaq? Mən həyatım boyunca bu qədər xanımı diqqət mərkəzində olmamışdım.
Hər ikisi bu sözə güldülər. Abdulla bəy qapını açanda onların bu halını gördü.
- Mənsiz danışıb gülürsünüz? Necəsən oğlum?
- Yaxşıyam sağolun
- Şükür Allaha. Sənin hələ getməyin bir az gecikə bilər. Ailənə xəbər vermirsən?
- Hə, narahat olmayın.
- Anan atan yəqin ki, öyrəşib uzaqda yaşamağına?
- Anam, atam yoxdur. Bir xalam var. O da yazıq öyrəşib.
- Bağışla oğlum, elə bildim.. Sənə mənə baxma qoca kişiyəm. dilimi tuta bilmirəm.
- O nə sözdür Abdulla bəy, lütfən.
- Mən uşaq ikən itirmişik onları. Yəni xatırlamıram heç. Yol qəzasında. Xalamın yoldaşı, valideynlərim…Hamısı bir maşında olub. Qaldıq bir xalam bir də mən.
- Biz də sənin ailən sayılırıq. Mənim həyatımı xilas etdin. Bundan sonar sənin də baban sayılıram.
- Çox sağolun.
- Ee.. danış görək. Neynəmək fikrindəsən. gedəndən sonar Moskvaya dönəcəksən?
- Xeyr. Bakıya qayıdacağam. Yəqin ki, işimi orada davam etdirəcəyəm. Xalamı tək qoya bilmərəm.
- Lap yaxşı…
- Amal, Abdulla bəy.. icazənizlə mən çıxım. Bir iki işim var. Axşama gələrəm çay içib söhbət edərik. Salamat qalın.
- Allaha əmanətsən oğlum
- Sağolun Əbdül bəy.
Əbdül çıxınca Abdulla onun arxasınca baxdı.
- İllərdir , doğma yurdundan, torpağından uzaq düşdü. Onun da heç kimi yox idi. Sənin yenə heç olmasa bir xalan var.
- Amma indi böyük ailəsi var.
- Hə, Allah onun qismətini bu ailəyə yazıbmış. Amma çətin öyrəşdi. Bu qədər gözəl şəhər ona zindan oldu elə bil. Əzizə doğulandan sonra yavaş yavaş öyrəşdi.
- İnsan nələrə öyrəmir ki..
- Hə, düzdür. İnsan hər şeyə öyrəşir.
Abdulla bəy, dönüb Amalı süzdü. Amal dodaqlarını dişləyə dişləyə nəsə demək istəyirmiş kimi dayanmışdı. Bu anda qapı yenidən döyüldü və Şəms içəri daxil oldu.
- Olar mən də gəlim.
- Gəl qızım.
- Amal bəy, necəsiniz?
- Təşəkkür edirəm. Yaxşıyam.
- O zaman bəsdir uzandınız. Madəm ki, bir iki gün buradasınız o zaman sizə Maskatı gəzdirək.
- Qızım, o hələ dincəlməlidir.
- Yox..yox. yaxşıyam. Məncə yaxşı fikirdir. Artıq neçə gündür yatıram
- Gördün ata. Amal bəy, o zaman nahardan sonra çıxırıq şəhərə. Baba sən də bizimlə gəl.
- Yox, atanla vacib işimiz var. Siz gedin, bir iki nəfərdə özünüzlə götürün
- Bir iki nəfər kimdir? Anamla Əzizəni ?
- Yox, dəli qız. Qorumalardan
- Baba əgər unutmusansa həyatını xilas edən qəhrəmanla birlikdə çıxıram. Mənə nəsə olmağa qoymaz. Deyib Amala göz vurdu. Amal utanaraq üzünü Abdulla bəyə döndərib: - Əgər ürəyiniz rahat olacaqsa gəlsinlər, amma narahat olmağa dəyməz.
- Yaxşı, yenə də ehtiyyatlı olun.
Nahardan sonra Şəms Amalla gəzintiyə çıxmışdı. Küçələrdə səsələnə musiqi, qadınların, qızların geyindiyi rəngarəng sarelər bir az da hindistanı xatırladırdı. Şəhər həm okeanla həm dağlarla həm də səhra ilə əhatələnmişdi. Amal artıq ağrısını unutmuş ətrafı seyr edirdi.
- Çox gözəldir. Rəngarəng
- Hə, bizim buralar iqlimə uyğundur daima günəşli, isti. Insanları da iqlimə uyğun. Şəms gülümsəyib əli ilə cənubu göstərib ora getməyi təklif etdi. Günəş artıq qürub edirdi. Şəms bir az yüksəkliyə çıxıb Amalı da yanına çağırdı. Hər ikisi Maskta yuxarıdan baxır, şəhərin gözəlliyinə məst olurdular. Şəms Amala tərəf dönmədən : - Amal bəy, çox sağolun. Babamın həyatını xilas etdiniz.
- Mənim yerimdə kim olsa eynisini edərdi. Vəzifə borcumuz.- deyib gülümsədi.
- Hə, həkimlik vəzifə borcunuzdur. İnsanları xilas edirsiniz. Amma siz öz həyatınızı təhlükəyə atdınız. Bu da vəzifə borcunuzdur?
- İnsanlıq vəzifəsi.
- Qəribəsiniz
- Niyə?
- Tanımadığınız insandan ötrü həyatını təjlükəyə atmaq...Nə bilim...hər adamın edə biləcəyi bir şey deyil.
Şəmsin bu sözünə Amal üzünü dağlara tərəf çüvirərək əvvəlcə sakit dayandı.
- Bəzən belə də olur.
- Niyə?
Amal Şəmsə tərəf dönüb üz- üzə dayandı. Onun açıq qəhvəyi rəngdə gözlərinə baxaraq
- Nə çox sual verirsinuiz?
Şəms gülümsəyib:- Babam bizim üçün çox dəyərlidir. Bizim hamımız sizə artıq borcluyuq.
- Onda borcunuzu ödəyin.
- Necə, anlamadım?
- Mənə bir çay qonaqlığı verin məsələn. Bura qədər gətirdiniz indi də bir çay içək.
Şəms gülümsəyib razılıq əlaməti olaraq onu çay içə biləcəkləri məkana aparırdı. Yol boyu söhbətlərini davam etdirdilər. Şəmsin güləndə ürəkdən qəh qəhə atması Amalı heyran edirdi. İçdən, səmimi qəlbdən gülürdü. Bəlli idi hər halından xoşbət olduğu.
- Üzr istəyirəm.
- Niyə?
- Bərkdən güldüm. Mən ümimiyyətlə həmişə belə gülürəm. Ona görə bizimkilər məni heç bir yerə aparmaq istəmirlər
Amal da bu sözə cavab olaraq gülümsədi və heyanlıqla Şəmsə baxaraq, - üzr istəmək niyə? Gülmək sizə çox yaraşır.
- Təşəkkür edirəm, Amal bəy. Xanımlarla hər zaman belə incə davranırsınız?
- Xoşum gələn xanımlarla hə.
Hər ikisi bu sözə bərkdən güldülər. Ətrafda isə oları seyr edən bədniyyətli gözlər var idi. Məskətdə Şəmsin azadlığı, istədiyini eləməyi hər kəsə bəlli idi. Amma bundan istifadə edib Əzizənin qisasını alanlar da var idi. Əzizəyə daima elçi gələn Aişə xanım Əzizənn başqa birinə verdildiyini biləndə hirsindən ailədə necə heyfini çıxacağını bilmirdi. Şəmsin yaşadığı qəsəbə kiçik olduğunadan hər kəs bir birini yaxşı tanıyırdı. Burada kiçik bir şayə bütün Maskata yayıla bilərdi. Aişənin edə biləcəyi ən böyük pislik.
Bu gücədən sonra hər şey dəyişəcəkdi. Hamı üçün.
Səhər açılanda Şəms otağının qapısının bərk çırpıldığını eşitdi. Yerindən dik atılana Əzizənin otaqda o başa bu baa getdiyini gördü.
- Ey, yatan var burada.. nə olub?
- Oyanmısan şahzadə xanım.? Mənə bax, bi daha o Amala yaxın durmursan. Nə lazım olsa xadimələr edəcək.
- Niyə? Nəsə olub? Neynib ki Amal
- Heç nə.. Sən sadəcə ondan uzaq dur, vəsssalam.
- Əzizə düzəməlli de görüm nə olub.
- Şəhərdə şayələr baş alıb gedir. Zahar bunu eşitsə bilirsən nə olar.
- Nə şayəsi?
- Guya Amalla sən, çox səmimi şəkildə gəzirmişsiniz. O qədər səmimi ki, kənaran baxanlar nişanlandığınızı deyiblər.
Şəms bu sözə qəh qəhə atdı.
- Şəms, gülmə. Dəlisən sən.
- əsl siz dəlisiniz? Məni tanıyır burada hamı. Kiminlə necə rəfdarr ediyimi çox gözəl bilirlər.
- Hə, mən də bilirəm. Amma... Şəms xadimlərə danışırdı... məncə yenə də Amaladan uzaq dur.
- Offf adamı zorla ərə verər bunlar.
- Yatma, dur. İnşAllah Zahar, anam, atam hələ babam eşitməz.
- Zahar eşitsin. O gecə məni qoyub getdiyinin cəzası olsun bu.
- Zahar burda idi həmin gün?
Xədicənin otağa girməsi ilə ikisi də susdular.
- Mən də deyirəm hardadır bu qız. Axşama Əhməd gələcək. Sən hələ geyimi, taxacağın zinət əşyalarını seçməmisən. Saçın başın qalır.
- Ana!!
- Nə ana? Mən olmasan elə belə baxımsız çıxacaqsan qarşısına. Oğlan səni atıb gedəcək.
Şəms yenə də gülürdü.
- Bu qızın qəh qəhəsi düşman çatladare vallah. Nəyə gülürsən. Səni də görəcəyik. Əlbət bacın kimi sənə də elçi olacaq. Nişanlın sizə gələndə gəlib yalvaracaqsan ki, Ana mənə bəzənməyimə kömək elə.
- Ay da yenə mənim üstümdə qladı hər şey. Nə isə sizə ana qız xoş istirahətlər, mən Berikanın yanına gedirəm.
- Berika bunu ata anasıdır axı. Bizi o at qədər sevmir heç.
- Ana, Şəmsdir bu. Özün ki, bilirsən.
Şəms Berikanın yanına gələndə, atın kükrədiyini, narahat olduğunu duydu. Cəld yanına qaçanda Amalın ona uzaqdan əli ilə sakitləşməyini işarə etdiyini gördü. Şəms cəld Berikanın yanına qaçdı. əli ilə onu tumarlayaraq sakitləşdirdi. Berikanın nəfəs alıb verməsindən əsəbi olduğu bəlli idi.
- Deyəsən, yenə onu əsəbiləşdirdim.
- O sizi xatırlayır. Səhrada qarşısını kəsdiyini unutmayıb.
- Deyirsiniz yəni, ulduzlarımız heç vaxt barışmayacaq?
- Yetəri qədər qalmısınız, düşünəndə ki, burada daimi qalıcı deyilsiniz, bunu özünüzə dərd eləməyin.
Şəms bu sözü niyəsə xüsusi ironiya ilə demişdi. Yayılan şayələrin Zahara çatacağından o da ehtiyyat edirdi bəlli etməsə də. Amma Amalın bu işdə zərrə qədər də günahının olmadığını bilirdi, sadəcə niyəsə gərgin olmuşdu.
- Hə, haqlısınız.. – Amal dodaqlırını sıxdı. Gicgahında çıxan damarlardan gərildiyi hiss olundu. Bu söz ona bərk toxundu.
- Mən gedim. Yəqin ki, bu gün artıq otelə köçəcəyəm. Polislə də artıq işimiz bitdi. Hər şeyə görə, çox sağolun. – Amal cəld oradan uzaqlaşdı. Şəms onun bu halına pis olsa da, çiyinlərini çəkib Berikanı tumarlamağa davam etdi. Amal getsə də Berika yenidən narahat halda kükrəməyə başladı.
- Ey, sakit ol.. Getdi.. gəlməyəcək, sakitləş daha.
- Kim getdi?
- Zahar. Şəms səsə geri döndü. İçi titrəsə də, özünü sakit apardı. Yenidən üzünü döndərib Berikanı sıağallayırdı.
- Deyəsən adı dillərə əzəbər qəhrəmanın xətirən dəydin.
- Nə dediyini anlamıram. Mən bayaqdan burdaydım. Danışdıqlarınızı eşitdim. Yaxşı elədin qovdun. Nə vaxta qədər sizin evdə qalacaqdı ki.
- Sənə nə? O bizim qonağımızdır. Ən azınan həmin gecə qaçmadı.
- Şəms, mən polisə xəbər verməyə getmişdim.
- Sənin polisin gəlincəyə qədər, babam ya da başqa birimiz çoxdan haqqın rəhmətinə qovuşardı.
Zahar yaxınlaşıb onun olundan tubu özünə tərəf çəkdi. Belindən sıxıb bərk qucaqladı.
- Neynirsən, burax!
- Şəmsim.. Bəlkə bəsdir bir birimizi incitdik. Onsuzda neçə gündür qaçırsan məndən.
- Bunu sənə yaraşdırmadım.
- Mən qaçmadım deyirəm sən. Onlar bu vəziyyətdə söhbət edərkən kənardan gələn xışıltıya Berika da daxil olmaqla narahat oldular.
- Kim var orada?
- Şəms, heç kim yoxdur yəqin ki, siçanlardır.
- Burax Zahar. Görən olacaq.
- Onsuzda mənim olacaqsan görsünlər.
- Üzüyü barmağma tax sonra nə desən odur.
Səs yenidən gəldi. Həyətdə kölgə kimi kimsə qapıdan cəld çıxdı. Hər ikisi narahat halda qapıya baxdı
- Bu kim idi.
- Bilmirəm Zahar.. Gördü bizi. Allahım. Sənə dedim axı eləmə
- Ey sakit ol. Nə bilirsən, bəlkə heç nə görmədi, bəlkə xadimələrdən biri idi.
- Yox. Yox..deyil, xadimə deyildi. Get xahiş edirəm. Bir də bizim həyətə gəlmə. Onsuzda bu aralar ara qarışıqdır. Xahiş edirəm
- Barşdıq.
- Hə barışdıq, get daha.
- Gələcəyəm yenə.
Şəms Zaharın arxasına bxa baxa narahat halda Berikanın başını qucaqladı.
- Görəsən kim idi?, gördümü?
Görən olmuşdu. Bu şayələri yayan Ayşə xaınm idi. Bütün günü evi gözətləyirdi. Evdəkilərin bir açığını tutmaq istəyirdi. İstədiyinə nail də olmuşdu.
Axşam yeməyində hər kəs süfrə başında əyləşdi. Amal hər kəsin süfrə arxasında əyləşdiyini görüb boğazını yaşladı.
- Şey, Abdulla bəy, Əbdül bəy. İzninizlə bir şey deyəcəyəm.
- Buyur oğlum. Nəsə olub?
- Xeyr, narahat olmayın. Heç nə yoxdur. Sadəcə təşəkkür edəcəkdim. Bu müddət ərzində mənə evin adamı kimi, öz doğmanız kimi davrandınız. Artıq getməliyəm. İcazənizlə, yeməkdən sonra otelə dönəcəyəm.
- Anlamadım – Əbdül bəy və Abdulla bəy narahat halda bir birilərinə baxırdı. Şəms isə başını qaldırmadan deyilənləri dinləyir. Dodaqlarını sıxırdı. Bilirdi ki, Amal onun sözünə inciyib. Amma bu saat ən az dərd elədiyi şey bu idi.
- Oğlum, bəlkə nəsə xoşuna gəlməyib. Denənə həll edərik.
- Nə danışırsınız? Hər şey əla idi. Sadəcə getmək vaxtıdır.
- Axı sənin yaran hələ sağalmayıb.
- Yox, əksinə, yaram artıq sağalır.
- Sənizorla burada saxlayası deyilik. Amma getsən, məni də Əbdülü də məyus edəcəksən.
- Xahiş edirəm, Abdulla bəy, belə deməyin. Mənim sizin ailəyə,sizə hörmətim sonsuzdur. Ailənin nə demək olduğunu sizinlə gördüm. Xədicə xanım, Əzizə bacımız, Şəms....xanım...Hər biriniz.. təşəkkür edirəm ayrı ayrı.
Amalın Şəmsə duruxaraq necə xitab edə bilməyəcəyi Əbdülün gözündən yayınmadı. Əzizə bacımız , amma Şəms, məsafədən sonra xanım.
- Bu şam yeməyini də elə yüksək əhval ruhiyyə ilə bitirək.
- Necə istəyirsən.
Süfrədə hər kəs susub yeməyini yeyirdi. Amal əşyalarını yığımış, otağında hazır qoymuşdu. Yemək bitdikdən sonra Amal gedəcək və hər şey qaldığı yerdən davam edəcəkdi. Amma şam yeməyindən sonra baş verənlər hər kəsin həyatını dəyişəcəkdi.

Müəllif: Lili SH
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri