Şəmsparə (25-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 5 640
Səs ver:
(səs: 1)
Saçlarından qəribə qoxu gəlirdi. Amal siqaret çəkməzdi, amma tütünün ətirlə qoxusu qarışmış halda saçına hopmuşdu. Ilk dəfə idi, ona bu qədər yaxın dayanırdım. ətrin məni həqiqətən bihuş elədi. Kiçik bir öpücükdən sonra qızarmağımı görməsin deyə başımı aşağı saldım. O isə çənmədən tutub başımı qaldırdı.
- Çox sağol. Keçdi- deyib gülümsədi.
- Yalançı.. anam da bizə elə deyirdi, amma keçmirdi.
Amal gülmsəyib – inan mənə keçdi- dedi. Lap utandım. Elə tam zamanıdır deyəö söhbətə başladım.
- Amal.
- Hmm..
- Mən.. o gün.. mən atama görə yox, həqiqətən sırf özümə görə.. yəni...mən onda elə demə istəmədim.
- Bilirəm Şəms.
- Haradan bilirsən.
Amal burnuma çırtma vuraraq. Yaxşı gəl yataq gecdir.
Yataq? Nə yataq.. Deyəsən bu adamın ağlı yenə uçmuşdu. Üzümü sərtləşdirib ona baxacaqdım ki, yerdən yastığı götürüb yenidən divana getdiyin gördüm. Bu adam haqqında yanılmaqdan yorulmuşdum. Artıq qəbul etəliydim. Amal həqiqətən səhvsiz insandır. Gecə o göyə mən isə ona baxırdım. Bir xeyli ikimiz də gözümüzü yummadıq. Onun mənə tərəf dönməsiylə gözümü cəld yumdum. Mənəmi baxır, yoxsa yatırmı deyə öyrənmək üçün ürəyim partlayırdı. Özüm çox saxlaya bilmədim və gözlərimi açdım. Yanılmamışdım. Mənə baxırdı. Qaçlarını çatıb yerindən qalxdı. Eyvana keçdi. Pis oldum. Niyə belə elədi deyə düşünməkdənsə özündən soruşmaq qərarına gəldim. Mən də yerimdən qalxaraq yanına gəldim. Mənim hər zaman oturduğum küncdə əyləşmişdi.
- Sən niyə özünü cəzalandırırsan? Amal üzünü döndərmədən eləcə gülümsədi.
- Sən özünə cəza vermirmişsən ki
- Necə yəni?
- Buradan mənzərəyə baxanda heç də cəza çəkdiyini düşünmürəm. Gözəldir.
Yanına əyləşib mən də onun baxdığı yerə baxırdım.
- Amma çox istidir buralar. Hər adam dözmür.
- Gülü sevən tikanına qatlanır.
Bu söz məni tutdu. Görəsən mənə atdı deyə öz özümə düşündüm. O da sözünə davam etdi.
- Eşitmişdim bu atalar sözünü.
- Hə, eşitmişdim. Biz də isə belə deyilir "Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.”
- Amma bu ona sinonim olmadı.
- Sinonim?
Amal gülmsəyərək – boş ver, çox dərinliyə getdim. Bu azərbaycan dilini qrammatikasındadır.- dedi Mən də gülümsəməylə bəs sinonim nə olardı.
- Mmmm məsələn hər gözəlin bir eybi var.
- Mənim eybim nədir?
- Sən özünü gözəl sayırsan?
- Amal!
Amal yenə də gülürdü. Bu insanı gülüş səsi içimi titrədirdi artıq.
- Denən də mənim eybim nədir? Amal mənə tərəf dönərək yenə baxışlarını üzümdə gəzdirdi. Dodaqlarımda ilişib qalınca gözləri özümü itirdim. O isə heç bir reaksiya vermədən. "get yat” dedi. Yenə söhbətdən yayınırdı. Başını divara yaslayıb yerini rahatladı. Mən də ona daha yaxın əyləşərək onun kimi oturdum. Mənə baxmadan başını bulayaraq. "Bəzən balaca uşaqlar kimisən Şəms” dedi.
Gecə yarı idi, amma hələ də bir eyvanda yerdə oturmuşduq. Artıq meh əsirdi. Sərinləşirdi hava. Mən qollarımı isti olsun deyə ovuşdurunca Amal mənə tərəf dönərək "bax nə məcburdu, get içərdi də” dedi.
- Sən də gəl onda.
- Şəms!
- Sən girməsən girməyəcəyəm.
- Niyə?
- Elə.
- Şəms! əsəbiləşirəm amma.
- Mənə nə. Keçmirəm. Həm bura mənim yerimdir. Sən zəbt eləmisən.
- Yaxşı gəl..
Qalxıb içəri keçdik. Amal divana əyləşib offuldadı.
- Nə oldu?
- Mən bura yerləşmirəm axı.
- Demək ondan yatmırdın bayaqdan. Yenə gülmək krizisinə tutulmuşdum. Amal isə heç də güləcək halda deyildi. Qaşlarını çatmış əsəbi halda mənə baxırdı. Bilmirəm necə dedim, amma o anda yenə içimdən gələnlər dilimə tökülmüşdü.
- Yataq böyükdür, ikimizə bəs edər.
O anki vəziyyəti izah edə bilmərəm. Niyə elə dedim, necə dedim. Amma dedim. Indi bundan sonrasını artıq düşünəcək vəziyyətdə deyildim. Amal yavaşaca qalxıb yatağa doğru gəldi. Mən geri çəkilib ona yer açmışdım. Üzü mənə tərəf uzanmışdı. Elə mən də. Bir xeyli sakitcə bir birimizi izləmişdik. Sonrasını xatırlamıram. Yuxu aparmışdı məni. Səhər tezdən Berikanın səsinə gözlərimi açdım. Başımı Amalın qolunun üstünə qoymuşdum. Kim bilir yazıq quruyub məni narahat etməmək üçün dinməmişdi. Yavaşca yrimdən qalxıb Berikaya baş çəkdim. Sonra anam və Əzizə oyanınca süfrəni hazıretməyə başladıq. Anam bu günlər ərzində bir az özünü toparlamışdı. Amma yenə də kədər var idi üzündə. Bizim yanında olmağımıza sevinirdi sözssüz. Məni görən kimi gülümsəyib. "Deyəsən ərə getmək sənə yarayıb, artıq səhər oyanırsn” dedi. Əzizə ilə bir birilərinə baxıb gülürdülər. Mən isə guya toparlamq istəyirdim ki, daha da utandım.
- Amal həmişə səhər tezdən oyanır. Öyrəşmişəm istər istəməz.
Özüm özümə məttəl qaldım. Doğrudan da Amalla birlikdə olduğum aylar əzrində mən səhər oyanırdım. Onun adəti mənə keçmişdi deyəsən. Anamla Əzizəni baxışlarını yayındırmaq üçün "kömək edim sizə” deyib mətbəxə keçdim. Hər şey hazır idi. Evdə köməkçilər hər şeyi bişirmib səhər yeməyi üçün hazırlamışdılar. Əslində irəli dəqiqələrdə anamla Əzizəni daha da təəcübləndirəcəkdim də xəbərim yoxmuş.
- Şəms yumurtalar mətbəxdə qaldı gətir də onları.
- Hamısı bərk bişib.
- Hə.
- Amal çox bərk yumurta yemir. Eybi yox özüm qaynadaram.
- Getmişkən çayı da gətir. Bizimkilər oyanmamış biz bir stəkan içək.
- Kofe yoxdur bəs?
- Yox.
- Ee.. Amal axı kofe içir. O səhərlər çay içmir.
- Indi aldırarıq.
- Nahara nə olacaq?
- Bilmirəm qızım. Hələ düşünməmişəm.
- Aş bişirək də. Amal xoşlayır.
Bu pik nöqtə olmuşdu. Anamla Əzizə gülməyə başladılar. Mən isə qızardım.
- Nə dedimee mən? Niyə gülürsünüz?
- Ay qız eyni vaxtda evlənmişik mən heç Əhmədi bu qədər yaxşı tanımıram. Amal da Amal. Hələ bir naz da edir.
Əzizəyə baxaraq "Nə dəxli var?” deyib utandığımdan yuxarı qalxdım. Havanın istisi bir yana indi məni istlik basmışdı. Doğrudan mən bu adamı necə bu qədər tanıyır, onun istəklərini bilirdim. Başımı qaldırmadan pillələri qalxırdım. Sən demə amal qarşıdan gəlirmiş.. ona dəyməyimlə səndəlləməyim bir oldu. Əgər vaxtında tutmasaydı pillərlərdən yıxıla bilərdim.
- Hara belə qaçırsan, yavaş. Indi yıxılıb sümüklərini əzəcəkdin. Nə olub.
- Hhhheeçç...
O anda fərqinə vardım ki, Amal əlləri ilə belimdən tutub. Mən bu gün üçün deyəsən çox həyəcan keçirmişdim. Cəld özümü toparlayaraq qollarından çıxıb otağıma qaçdım. Amal arxamca gələrək narahat halda məni sorğu suala tutdu.
- Şəms, nəsə oldu?
- Yox.
- Bəs niyə qaçırdın? Niyə təlaşlısan?
- Yox. Yaxşıyam. Səni oyatmağa gəlmişəm.
- Şəms.
- Hə.
- Səncə mən hələ yatıram?
- Bilmirəm? Yatırsan?
Amal gülsəyərək əlini alınma qoydu.
- Qızdırman var? Yox yoxdur. İlk baxışda da normal görünürsən.
- Gedək aşağı?
- Şəms, mən bayaqdan oyağam. Pilləkanlarda toqquşduq mən səni tutdum. Sən otağa gəldin.
- Oyanmısan düş də nə gözləyirsən.
Axmaq vəziyyətdə olduğumun fərqində idim. Sadəcə çabalayıb çıxmağa çalışırdım. Amma daha da batırdım. Süfrədə hamı yemək yeyir mənsə özü özümü yeyirdim. Hə bir də dodaqlarımı. Amal yanımda əyləşmişdi deyə əyilərək.
- Bir az da yemək ye.
- Nə?!
- Deyirəm bir az da yemək ye. Bayaqdan dodaqlarını yeyirsən.
- Sənə nə mədə mənimdir nə istəyərəm yeyərəm.
- Başladın yenə?
Anam sözümzü kəsdi.
Amal, oğlum xoşuna gəldi? Şəms səhərdən əl ayağa düşüb, yumurtanı ayrı bişirib, kofe aldırıb ki, çay içirmirsən.
- Ana.
- Nədir qızım. Yaxşı eləyirsən. Həyat yoldaşındırda.
O anda yer yarılardıda yerin içinə girərdim. Sadəcə bunu istəyirdim. Amalın mənə baxıdığını hiss edirdim, amma üzümü qaldırmadığımdan baxışlarının nə tərz olduğunu bilmirdim. O anda ağlamaq istədim. Pərt olmuşdum. Amma niyə? əslində pərt olmaq deyildi. Sadəcə indiyə qədər göstərdiyim qüruru tapdayırdım və tapdanmasına izn verirdim. Amal yavaşaca əyilərək qulağıma pıçıltı ilə "çox sağol” deyəndə isə dözə bilmədim və ağlayaraq icazə alıb qalxdım. Süfrədə qalsaydım hamı göz yaşımı görəcəkdi. Arxamca gülümsəmələri eşidincə lap uşaqlar kimi didaqlarım büzüldü. Mən özüm belə öhdəsindən güclə gəlirəm. Niyə hamı o anda üstümə düşürdü anlamırdım. Hə, hiss edirdim amala əvvəlki kimi deyildim. Ona xoş olsun deyə nəsə eləməyə çalışırdım. Çox şükür ki, heç kim arxamca gəlməmişdi. Hər halda hamı utandıımı bilirdi. Evdən çıxıb heç kimə görünmədən Berikanın yanına getdim.
- Berikam. Necəsən?. Elə darıxmışdım ki, sənin üçün.
- O da sənin üçün darıxıb.
Geri döndüyümdə Amalı gördüm.
- Niyə süfrədən qalxdın. Heç nə də yemədin.
- Yox. Yedim.
Amal Berikaya yaxınlşaraq ona sığal çəkmək istədi. Əlindən tutub saxladım.
- Acığı gələcək. Səni incidər.
O isə bir əlimə bir də mənə baxıb: - deyəsən unutmusan, biz onunla dostlaşmışıq. – deyərək Berikaya yaxınlaşıb ona sığal çəkməyə başladı. Doğrudanda unutmuşdum. Necə olmuşdu bu o vaxt öyrəönə bilməmişdim.
- Berikaya Əzizə ilə məndən başqa heç kim yaxın dura bilmir. Sən necə bacardın bunu.
- Mən bacararam.
- Hmm.. özündən bu qədər əminsən?
- əlbəttə.
- Onda al bu qəndi ona yedizdir. Əgər yesə nə istəsən onu eləyəcəyəm.
- Söz?
- Söz. Amma boşuna. Yaxın gələ bilərsən, amma qəndi mənim əlimdən başqa əldə yemir.
Amal gözlərini üzümə zilləyərək qəndi əlimdən aldı. Əslində üzündəki təbəsümdən bir az qorxdum. Özünə güvənirdi. Amma bunu bacaramayacaqdı bilirəm.
Amal qəndi əlimdən aldığı kimi Berikaya tərəf uzatdı. Berika başını sağa sola fırlatdı. Mən əlimi belimə qoyub özümdən razı şəkildə təbəssüm etdim. Amal isə gülüşündən heç nə itirməyərək Berikanın qulağına nəsə pıçıldadı.. Gözlərimə inanmırdım. Berika Amalın əlindən qəndi yeməyə başlamışdı.

Müəllif: Lili SH
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri