Şəmsparə (32-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 5 142
Səs ver:
(səs: 4)
Bu gecə unudulmaz olmalıdı idi, bu gecə hər ikimizə bütün olub keçən məfi hadisələri unutdurmalıydı. Bunu üçün əlimdən gələn hər şeyi edəcəkdim. Amal çaşqın bi o qədər heytər dolu baxışlarını dayanmadan üzərimdə gəzdirir. Ayaqdan başa kimi dayanmadan süzürdü. "Deməyə söz qoyardın da” desə də mən onun dilindən "çox gözəl görünürsən” sözünü eşitmək istəyirdim. Bir daha Amala utancaq baxışlarla baxıb "yaxşıdır paltar?” deyə soruşdum. O isə başını yox mənasında buladı. Tutuldum bir an. Necə yəni yox. Üzümdə mimikanın dəyişdiyini görüb Amal gülümsədi.
- Yaxşı yox, əladır.. Amma..
- Nə amma..
Paltarın arxasına aşağısına üstünə baxmağa başladım. Nə xoşuna gəlməmişdi deyə baxırdım.
- Paltar əladır, amma sən möhtəşəmsən.
Başımı qaldırıb üzünə baxdım. Artıq mən də gülümsəyirdim. O an o daha da yaxınlaşdı. Ürəyim titrədi yenə. O qədər tez döyünürdü ki, elə bil partlayacaq bu saat. Nəfəs alıb verməyim artıq çətinləşirdi. Amalın üzündəki mimika birdən dəyişərək geri addımladı. Baxışlarını üzərimdən kənara çəkib, - "mən indi geyinim gəlirəm” deyib yataq otağına keçdi. Məyus oldum, amma özümü toparlamalıydım. Bu insanı çox incitmişəm, kişilik qürurunu tapdalamışam. Ona görə ehtiyyat etməsi və məni incitməmək üçün bunu elədiyini bilirəm. Amma narahat olma Amal bəy, özümü sənə bağışlatdıracağam. Qapıda onu gözlədim. Çox çəkmədi. Smokinqini geyinib otaqdan çıxdı. Heç Amal da məndən geri qalmırdı. Onu elə görəndə yenə ağlımdan Nadya keçdi. Nadya və başqa qadınlar. Onlar amala baxacaqdılar. Baxmamaları mümkün deyildi.. qısqanclıq damarı tutmuşdu.. özüdə necə.. o an az qaldım Amalın köhnə paltarlarını n var çıxardıb onu geyinəsini istəyim. Amma fayda olmayacaqdı. Bu adam bir baxışı ilə istəyir ən köhnə paltarda olsun istənilən qadını ovsunlaya bilər. Dik baxışlarını yenə üzümə dikib əllərini kənara açaraq, mülayim şəkildə gülümsəyib, _ "Mən hazır, gedək” dedi. Mənsə o an onu eşitmədən seyr edirdim. Balaca uşaqlar kimi boynum yana düşmüş, heyranlıqla baxırdım. Bu adam mənim həyat yoldaşımır yəni?
- Lady in red, what do you think? (qırmızıda olan xanım, nə fikrə getdiniz?)
Bir alıq onun müraciətindən ayıldım. Xşuma gəldi onun "lady in red” deyə müraciət etməsi. Adi bir söz idi, amma yenə də özümü özəl hiss elətdirmişdi.
- Şəms!
- Həə..
- Yaxşısan?
- Hə..
- Gedək onda..
- Gedək.
- Dəqiq yaxşısan?
- Deyəsən
- Niyə? Özünü pis hiss edirsən?
Yaxınlaşıb əlini alnıma qoydu. Qızdırmamın olub olmadığnı yoxlayırmış kimi üzümdə gəzdirməyə başladı. Qızdırmam yox idi, amma utancımdan qızaran yanaqlarımın istisindən baxan deyərdi qızdırmalıdır. O isə narahat baxışlarla mənə baxırdı. Gülümsəyib əlini elə üzümdə tutdum.
- Amal, sakit ol yaxşıyam. Sadəcə həyəcanlıyam. Burada ilk dəfədir insan içinə çıxıram.
Bilmirəm niyə belə yalan dedim. Insanlar bu saat məni ən az maraqlandıran şeydir. Mənim üçün o gecədə sadəcə Amal olacaqdı.
- Madəm yaxşısan, onda gedək.
Maşının arxa oturacağına əl atsa da Amal açmaq istəmirdi. Heç mən də arxada oturmaq istəmirdim. Heç bir bəhanə uydurmadan gəlib ön qapının yanında dayanaraq ona baxıb gülümsədim. Hər halda mesajı almışdır deyə düz gözlərinə baxırdım. O da kiçik bir təbəsüm edərək ön qapını açdı.
Yol boyu baxışlarını hiss etməmək mümkün deyildi. Deyəsən istədiyim olmuşdu.. onda təsir oyatmışdım. Dayanmadan əyləcə elə basırdı ki, bilinirdi ki, diqqəti yolda deyil. Axırda zümü tuta bilməyib bərkdən güldüm.
- Istəyirən mən sürüm?
- Nə?
- Niyəsə həyəcanlısan? Diqqətin yolda deyil. Istəyirsən mən sürüm.
- Sən maşın sürə bilirsən?
- At çapa bilirəmsə....
- Hə o da düzdür. Sən tank da sürərsən.
Ikimiz də artıq bərkəd güldük.Sevirdim onun gülüş səsini. Necə sevməyim? Içimdən elə bil ağır yük götürlümşüdü. Özümü axırıncı dəfə bu qədər xoşbəxt nə vaxt hiss eləmişdim bilmirəm, xatırlamıram. Heç xatırlamaq da sitəmirəm. Mənə bu an bəs idi. Amal yoluna davam estə də tank məsələsinə dayanmadan gülürdüm. Mən axmaq aşiq insanlar kimi sevdiyin şxsin hər sözünə ürəkdən gülən birinə çevrilmişdim deyəsən. Deyib gülə- gülə gəlib çatmışdıq. Məkan dəniz kənarıda idi.
- Nə gözəl yerdir.
- Xəzər olan hər yer gözəldir....bir də sən.
- Çox sağol...bu qədər makiyajı və bu paltarı kimə versən belə gözəl olar.
- Bu paltar ya da makyaj məsələsi deyil.
- Bəs nədir.
- ....
- ...
- Gedək..
Yenə susdu.. bu adamın suallardan qaçmağı olmaya da... əsəb olurdum.. guya mən bilmirdim ki, bu makyaj və paltar məsələsi deyil.. amma mən ondan eşitmək iatəyirdim. Eybi yox, hələ gecə qabaqdadır. Sənə bunları dedizdirməsəm mənə də Şəms deməsinlər. Məkana daxil olan kimi hər kəsin diqqəti bizə yönəlmişdi. Bir az eqoist olduğumdan bu ana sevinmişdim. Özümdə daha da əminlik yaradırdı. Amalın qoluna gorməyimlə o mənə baxıb yüngül təbəssümlə sanki təşəkkür edirmiş kimi başını yellədi. Hər halda biz qadınlar axmaq deyilik. Amalın istəyi ətrafa bu qadın mənimdir və kimsə ona baxmasın baxışlarını atacaqdı. Mənsə bunun üçün ona şərait yaratdım. Şünki mənə də onun baxışlarından başqa baxışlar lazım deyildi. Biz kənara çəkildik. Görünür Amal da mənim kimi o qədər də diqqət mərkəzində olmağı sevən biri deyildi. Amma əyləşdiyimiz yerin mənzərəsi çox gözəl idi. Dənizin ləpələri ay işığında işıq saçırdı. Görüntüyə baxıb heyran olurdum. Sevdiyim yanımda, xəzərin sahilində, gözəl bir gecə. Daha nə istəyə bilərdim ki. Deyəsən bütün bu zövq verən əlamətlərin yanında bir bədlik olmalıymış ki, tanış gələn səs hər şeyi korladı. Üzüm dənizə tərəf olduğundan məni görməyib Amala tərəf hücum edən Nadya.
- Amal, milıy, necə də yaraşıqlı olmusan..
Allahım mənə güc ver üzərimdə gəzdirdiyim bu xanım xatınlığı bu qıza görə korlamayım. Üzümü döndərmədən elə sifət mimikaları edirdim ki, görən olsaydı məni dəli zənn edərdi. Amala baxanda onun gülümsədiyini gördüm. Indi lap əsəbiləşmişdim. Üzümü döndərib Nadyaya baxanda donub qaldığını sezdim. Deyəsən əvvəlcə məni tanımadı. Amma baxışlardan özümün necə göründüyünü görürdüm. Demək ki, bu qızın ağzını açıq qoyacaq dərəcədə dəyişmişəm.
- Aaa.. zdrastvuy.
- Aleykuma salam.
- Rus dilini bilmirsən deyəsən?
- Bilirəm, amma danışmağı gərək bimlirəm.
Bu qız deyəsən məni qıcıq etmək üçün yer axtarırdı, rus dilini istifadə etmirdim danışıqda amma deyilənlər asta şəkildə deyilsə başa düşə bilirdim. Guya məndən üstün tutacaq özünü.. Amal aradakı gərginliyi görüb ayağa qalxaraq mənə nə istədiyimi soruşub əlini də paralel uzatdı.
- Gedək birlikdə götürək.
Içkilər qoyulan masaya yaxınlaşnda burada da Orxan həkim qarşımıza çıxdı. Içkini ağızna aparmışdı ki, üzünü döndərəndə məni gördü. Və boğulmamaq üçün özü öz əli ilə sinəsinə dayanmadan vururdu. Bircə bu çamırdı. Amal bunu görsə heç nə. Yönümüzü dəyişmək istəsəm gecikmişdim.
- Şəms xanım.
Adımı yadında d saxlayıbe...Amala qısılıb qolundan tutdum. O da əli ilə əlimin üzərinə qoyub özündən razı gülüşlə Orxana baxraq,- Sənə də salam Orxan- dedi.
- Aaa salam.. necəsən Amal? Eşitdim bu gün mükafat alırsan?
- Mükafat? Nə mükafatı?
- Yaxşı da mən də yox da.. guya bilmirik.
- Nəyi ?
Onlar arasında gedən dialoqdan heç nə başa düşməmişdim. Bildiyim tək şey Amal bu gücə nəsə mükafat alacaqmış. Ayağımdakı ayaqqabılar çox hündür olduğunda çox ayaq üstə dayana bilmirdim. Amala "mən yerimizə keçirəm” deyib oradan uzaqlaşmışdım. Amal da buna şad oldu, çünki Orxanla qarşılaşmamızdan məmnun deyildi bəlliydi. Yerimdə oturmuşdum ki,uzun boylu qaraşın bir gənc masaya yaxınlaşdı.
- Salam.
- Salam.
- Sizi ilk dəfədir görürəm buralarda. Xəstəxanaya yeni düəzlmisiniz?
- Mən.. yox..
- Aa o zaman eləcə bu gecəmizə təşrif buyurmusunuz
- Hə elədir.
- Mən Zahid.
Adam əlini uzatmışdı. O anda çaşıb qaldım. Ürəyimdə Alalaha yalvarırdım ki, Amal görməsin. əlimi uzatmasam mədəniyyətsizlik kimi çıxacaq deyə ətrafa baxıb Amalın hələ də Orxanla söhbət etdiyini görüb tez əlimi uzadıb "şad oldum” deməyimlə çəkməyim bir oldu. Adam isə getmək bilmirdi.
- Bəs siz adınızı bəxş etməyəcəksiniz.
- Şəms.
Niyə dedim bilmirəm, amma o anda avtomatik gərginlikdən ağızmdan çxıdı.
- Günəş..
- Necə?
- Adınız çox gözəldir. Elə özünüz kimi. Günəş kimi parlayırsınız.
- Təşəkkürlər.
- əyləşə bilərəmmi?
- Mən...
- Şəms!
Qorxduğum başıma gəldi.. Amal gəlib çıxmışdı.
- Nəsə olub?
Amal qaşlarını çatıb bir mənə bir də gəncə elə baxırdı ki, gicgahında gərilən damarlardan əsəbiləşdiyini görürdüm.
- Xeyr.
- Amal bəy..salam. siz məni tanımırsınız. Amma mən sizi tanıyıram. Adınız dillər əzbəridir.
- Çox sağolun. Bağışlayın, siz?
- Mən Zahid. Rəhbərliyin müavini. 1 ay olar fəaliyyətə başlamışam.
- Lap yaxşı şad oldum.
- Şəm xanım sizinlədir deyəsən? Bacınızdır?
- Arvadımdır.

Müəllif: Lili SH
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 5 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri