Dəstək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 908
Səs ver:
(səs: 1)
Bir dəfə XIX əsrin məşhur şairi və rəssamı Dante Qabriel Rossettinin yanına yaşlı bir adam gəlir.O,öz eskizlərini və rəsimlərini gətirir və onların nə dərəcədə yaxşı olub-olmadığını,nə isə bir istedad qığılcımı olduğunu dəyərləndirməyi ondan xahiş edir.
Rossetti işlərə diqqətlə baxır.Bu işlərdə dəyərli bir şey,hətta rəssamlıq qabiliyyətinin işartısı belə olmadığını ilk baxışdan anlayır.Rossetti ürəyiyumuşaq adam idi və rəsimlərin bir dəyər kəsb etmədiyini və böyük istedaddan xəbər vermədiyini yaşlı adama bacardığı qədər yumuşaqcasına söyləyir.O,belə demək məcburiyətində qaldığını,lakin başqa cür də bacarmadığını deyir.
Naməlum adam çox məyus olur,lakin,deyəsən,belə bir cavab onun üçün  gözlənilməz olur.O,Rossettinin vaxtını aldığı üçün üzr istəyir və gənc bir rəssamin baha bir neçə rəsminə baxa bilib-bilməyəcəyini soruşur.Rossettin ikinci eskiz dəstini əlinə alır və dərhal da canlanır:bu eskizlər,şübhəsiz,istedadlı şəxs tərəfindən çəkilmişdir.
-Bu rəsmlər çox gözəldir,-deyə o dedi.-onu çəkən gənc isə çox qabiliyyətlidir.Əgər ciddi-cəhdlə öz üzərində çalışarsa və öz niyyətindən əl çəkməzsə,onu böyük gələcək gözləyir.
Rossetti onun sözlərinin qocanı necə mütəəssir etdiyini gördü.
-Bu bacarıqlı rəssam kimdir?-deyə soruşdu.-Oğlunuzdurmu?
-Xeyr,-qoca kədərlə dilləndi.-Bu mənim qırx il əvvəl çəkdiyim rəsimlərdir.Kaş ki,sizin tərifinizi o vaxt eşidəydim!Gördüyünüz kimi,nəyə isə qadir olduğuma inanmadım və təslim oldum-çox tez təslim oldum.
Brayan Kavanoenin <<Səpinçının toxumları>>adlı kitabından
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 908
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri