Qədimdə bir müdrik adam yaşayırdı.Onun çoxlu tələbəsi var idi.Tələbələrin elə bir sualı olmazdı ki,bu alim ona cavab verə bilməsin.
Günlərin bir günü tələbələrdən biri öz-özünə düşündü.''Görəsən'',elə bir sual varmı ki, müəllim ona səhv cavab versin?
Birdən onun ağlına bir fikir gəldi.Bağçaya gedib bir kəpənək tutdu.Onu ovcunda gizlətdi.Müəllimin yanına gəlib ovcunu irəli uzatdı və dedi:
-Müəllim,əlimdə bir kəpənək var.Sizcə,o,diridir,yoxsa ölü?
Bunu deyərkən tələbə kəpənəyi əlində elə saxlamışdı ki,istənilən an onu sıxıb öldürə bilərdi.
Müəllim şagirdinə baxıb gülümsündü:
Oğlum,hər şey sənin əlindədir.