Satıcı və qüsurlu uşaq

Müəllif: Wiyinka
Şərhlər: 18
Baxılıb: 1308
Paylaş:
Səs ver:
(səs: 5)
Bir gün Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi.
Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün uyğun idi.Onların ən  gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı.Lakin bir qoltuqağacı istifadə etməkdə idi.
Həm də çətinliklə.. Adam ona bir daha nəzər saldı.
Üstündəki şalvarın sol qismi,dizinin alt qismindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar,sanki onu özündən keçirmişdi.Bir müddət elə dayandı.Daldığı xülyadan çıxıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
- Balaca!. deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər bir möcüzədir!.Həmin vaxt içəridə bir gözəl xanım da vardı.
Uşaq, ona dönərək: - Həqiqətən çox gözəldirlər!. deyə
təbəssüm etdi. Amma mənim bir qıçım doğuşdan əskikdir.
- Məncə əhəmiyyətli deyil!. deyə, atıldı adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki!. Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da imanı. Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:
- Kaş ki imanımız əskik olacağına, ayaqlarımız əskik olsa idi.
Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:
- Anlaya bilmədim!. dedi. Niyə elə olsun ki?
- Çox sadə!. dedi, adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orda bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər… Kiçik
uşaq, bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək: - Baxdığın ayaqqabı, sənə yaraşar!. dedi. Sınamaq istərsənmi? Uşaq, başını yanlara yelləyib:
- Üzərində 30 manat yazır, dedi. Almağım mümkün deyil ki!.
- Endirim mövsümünü, sənin üçün bir az önə alaram!. dedi adam. Bu halda 20 manata düşər. Onsuz da sən bir təkini alacaqsan,o da 10 manat edər. Uşaq bir az düşünüb:
- Ayaqqabının digər təki işə yaramaz!. dedi. Onu kim alacaq ki?
- Amma uzatdın ha!. deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram. Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı.
Adam, davam edərək:
- Üstəlik də şagirdsən deyilmi? deyə soruşdu.
- İkiyə gedirəm!.deyə atıldı uşaq. Üçə keçdim sayılır.
- Lap yaxşı!. dedi adam. 5 manat da şagird endirimi etsək, geri qalar 5 manat. O da bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir, satdım getdi!. Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər, onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:
- Mənim satış əməliyyatım bitdi!. dedi. Sən də mənə, bunu satsan məmnun olaram.içəridəki Xanım memnun vəziyyətdə çölə çıxdı ve satıcıya bir anlıg vuruldu.
- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi?
+Adam dedi: zarafat eliyirem ala ayaqqabıları çxart bas bayıra.bayagdan içəridəki qıza ozümü göstərirdim...

loading...
(səs: 5)
Şərhlər: 18
Baxılıb: 1308
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
sima
nc nc imanan danişana baxee
8 dekabr 2015 20:37
18
23.09 25.09 melek melek melek
Offline
aziz a
Ay Allah bu ne idi bele??Zarafat idi?????imandan danisan eclafa baxe....
9 aprel 2015 00:19
17
Böyük Rebbim sen özün kömek ol hamıya....
Offline
Turkan Abbasova
Sitat: emis
Aman Allahim belede seymi olar mende basliqdan maraqla oxuya oxuya geliremki gor nece gozel adamlar var. Inana bilmedim oxuduguma o satdigin malllarin pulu haram olsun o satici kisiye

Amin
9 aprel 2015 00:10
16
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
leyla_258
ALLAH KOMEK ETSIN,AMAN ALLAHIM BU NECE DE BELE TESIRLI XEBERDI BELE,ALLAH HEC BIR QULUNUN BASINA GETIRMESIN,BELE BIR ACI ILE QARSI-QARSIYA GELMEK,COOX PIS SEYDI,INSALLAH TEZ VAXTDA AYAGA QALXARSAN............
26 fevral 2015 16:44
15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
emis
Aman Allahim belede seymi olar mende basliqdan maraqla oxuya oxuya geliremki gor nece gozel adamlar var. Inana bilmedim oxuduguma o satdigin malllarin pulu haram olsun o satici kisiye
9 fevral 2015 18:10
14
Offline
efsane..
cox pis oldum ele bir usagin hisleriyle oynamaq sehvdir hele ozu yaxsiliqdan danisir evvelde sonrada bele pislik edir Allah hec kime gostermesin bele hereket
3 fevral 2015 07:38
13
Offline
Antikvar
Insafsizliq men bax bu herekete deyerdim.Hansisa bir qiza gore o veziyyetde olan usaqi alcatmaq?...Sadece bir nece saniyelim dusun haqq dunyasinda o qizmi seninle olacaq ykxsa etdiyin yaxsiliqlarmi?...Amma sen bunu anlayacaq qeder ne bas var nede dusunce...
2 fevral 2015 23:33
12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
ece uslu
axiri cox pis oldu teesuf ki indiki zamanda bele insanlar coxdu
2 fevral 2015 23:04
11
Offline
SENI SENSIZ SEVDIM
aydaa,,nc,nc ..bele de sey olar??Ne deyime Allah bele insanlarin belasini versin..
2 fevral 2015 22:42
10
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Offline
Qlamurr
Düzü əvvəldə düşündüm ki,necə yaxşı insandı,ancaq axırını oxuyanda xəyal qırıqlığına uğradım...necə vicdansız olasan ki,qəlbi sınıq bir uşağın hissləri ilə oynayasan....təəssüf ki,günümüzdə belə insanlar çoxdu...
2 fevral 2015 22:25
9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
arzum-aysum
Aaa nece pis oldum uşağın yerinə. Allah cəzasin versin elə alçaq insanların. Bir insanın mənliyi ilə oynamaq gunahdi
2 fevral 2015 22:15
8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
BARBI
Heqiqeten bele seviyyesiz insanlar var ayib olsun senin kisiliyine
2 fevral 2015 21:59
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
EsmaNur
cox pis oldum men de fikirlewirdimki ne yaxwi adamdi
2 fevral 2015 20:31
6
Offline
rəmsə
Ayyyyy da çox üzüldümeeee axırında,yazıq uşağın bütün hissləri ilə oynadı xain satıcı.Hekayənin sonu belə bitməməliydiuhu
2 fevral 2015 20:17
5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
AYKA-ISI
bele insanlar heyatda coxdu
2 fevral 2015 20:11
4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Ayselina
Ayda dehşət..belə insanlar həqiqətən var. .özlərini mələk kimi göstərmək üçün min oyundan çıxan..yazan əllər var olsun.
2 fevral 2015 19:51
3
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
ismayilova ulker
Oyda soka dusdum. Bu neydi ne gozdeyirdim ne oldu. Yazig gunah. Sukur rebbim senin boyukluyune yaxsiki veracayin cezalar var. Yaxsiki bele insanlari ceza gozleyir.
2 fevral 2015 19:03
2
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
Fialka
Oxuya oxuya fikirləşirdim ki nə yaxşı görəsən həyatdada belə bir şey ola bilərmi,axırda bildimki yox ola bilməz təssüfki min cildə milyon sifətli insanlar var özünü yaxşı göstərmək naminə o uşağın hissləriylə oynamaq necə mənəviyyatsız birisiymiş ...
2 fevral 2015 18:41
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook