Sevgi və Həsrət borcu - Hekayə

Müəllif: Lola_Maya_
Şərhlər:
Baxılıb: 975
Paylaş:
Səs ver:
(səs: 2)
Gənc oğlan qadına səsləndi:
"Mənə gözyaşı borcun var".

Gənc qadın soruşdu:
"Necə ödəyə bilərəm?"

Gənc gözlərini qırpdı:
"Hadi gülümsə".

Gülümsədi gənc qadın. Gənc cibindən dəsmalı çıxarıb, borcunu sildi və cibinə qoydu. İki dənə ağ gül vardı gənc qadının elinde.İkisi də bahar ətri verirdi. Biri yaz, digəri payız ...

Gənc səsləndi yenə:
"Mənə xoşbəxtlik borcun var".

Gənc qadın bir az xəcalətli, bir az çaşmış halda soruşdu:
"Necə ödəməmi istəyərsən?"

Həyəcanlandı gənc:
"Başını qoy dizlerimə ..."

Gənc qadın, gəncin dizlərinə qoydu başını yavaşca. Gənc şəfqətlə saçlarını oxşamağa başladı qadının. Saçları günəşə və yağışa həsrət, heç yaşanmamış baharlara bənzəyirdi ... Çarəsizliyini hördü sıra sıra ... Sonra saçının hər telinə xoşbəxtlik qışqırıqlarını bağladı gənc ... Yetmədi, gizli düyünlər atdı saçlarına! .. Ağladı ... Hava qaralmaq üzrə idi, çöldə yağış yağırdı ... Gənc davamlı borc dəftərindən danışırdı.

Gənc qadının gözlərinin içinə baxdı:
"Mənə ürək borcun var".

Borcunun fərqində idi sanki gec qadın, çaşmışdı:
"Bunu necə ödeyebilərəm?"

Gənc qollarını uzatdı:
"Hadi tut əllərimi".

Gül qoxusu sinmiş əllərini uzatdı gənc qadın. Əlləri elə isti idi ki, əridi borcu ovuclarının içində ... Gənc qadın gedirdi ...

Gənc son dəfə səsləndi:
"Mənə can borcun var".

Qadın diksindi:
"Can mı?"

Siqaretindən dərin bir nəfəs çəkdi:
"Bəli, bəli. Can borcun var, sənsizlik öldürür məni".

Sözlər xoşuna gəlmişdi qadın:
"Yaxşı bunu necə təhvil edəcəm?"

Gənc bir az yaxınlaşdı:
"Yum gözlərini".

İkisi də yumdu gözlərini ... Günahsızca bir öpüş qondurdu qadının titrəyən, incə dodaqlarına ... Bu nə indi deyərək, çatdı qaşlarını gənc qadın. Gənc peşmanlıqla xoşbəxtlik arasında gedib gəldi kəkələdi: "Həyat öpücüyüdü". Qısa bir səssizliyin ardından bu dəfə qadın öpdü gənci şəhvətlə ...

Gənc çaşdı:
"Bəs sənin etdiyin nə idi?".

Gənc qadın qapıya yönəldi:
"Vida öpücüyüydü".

Qalan borclarına qarşılıq, ürək dolusu çarəsizlik və bir də ağ gülləri masanın üzərinə buraxıb getdi gənc qadın ...

Gənc qaçdı arxasından, gülləri geri verdi qadına:
"Nə olar yaxşı bax ümid çiçeklerimə solmasınlar!" gənc qadın gülləri aldı və iki sevənin həsrət hekayəsi başladı...

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 975
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv