- Narahatsan?
- Yox.
- İnanım?
- Yox.
- Niyə ağlayırsan?
- Dostlarım məni istəmir.
- Niyə?
- Çünki gözəl deyiləm.
- Bunu onlar sənə dedilər?
- Yox.
- Amma sən, indiyədək gördüyün ən gözəl qızsan.
- Düz deyirsən?
- Əlbəttə ki düz deyirəm.
- Qızcığaz yerindən qalxdı, qocanı öpdü və sevinə- sevinə dostları tərəfə qaçdı.
Qoca bir neçə dəqiqədən sonra gözyaşlarını sildi. Ağ əsasını götürüb yola düşdü. Qoca kor idi.
P.S. Həqiqətən bircə sözlə insanı xoşbəxt və ya bədbəxt hiss etməyə sövq etmiş oluruq...