Ay parçam

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 262
Səs ver:
(səs: 4)
- Çox darıxmışam sənin üçün, günəşin qızı. Saçlarının qoxusunu unutmuşam, küləklər icazə vermir yenidən qoxunu hiss edim. Yalvarıram mənə bir qoxu hədiyyə et, səni unutsam, o qoxunu əbədi xatırlayım deyə.Hər dəfəsində yadıma düşəndə, gözlərimdən sən düşürsən.Bir dəfə olsun belə xəyanət etmədim sənə, axı mən sən ola bilmərəm gül üzlüm. Görüş yerimiz yadındadırmı ?
- Heç mənimdə yadımda deyil, axı biz heç görüşmədik. İkimiz bir yerdə gəzmədik heç vaxt, amma mən hələdə səni və məni biz adlandırıram. Çox qəddar olmuşam son vaxtlar.Səni mənə xatırladan hisslərin başını sığallayaraq, göz yaşı içində boğub, şeirlərimdə qələmə alıram, amma bir-iki qıyamadığım hiss qalıb yerində.Sevdiyin biri üçün nə edərsən deyə sual verildikdə, "Bu qədər əzab çəkməkdən başqa nə edə bilərəm?!"- deyə qışqıraraq, masaya bir yumuruq vurmaq kifayət edir. Nələr xatırladım, nələr itirdim, o vaxtlardan, hələdə hesabını dəqiqləşdirə bilmirəm. Hər bir sözünə, özümə inanmadığım qədər inandım. Saf deyiləm, sadəcə sənin yalan danışmağına ürək inana bilmir.Hələdə gözümün önündə bir səhnə canlanmaqdadır.
- Məktəbin həyətində səni gözləyirdim. Və gördüm ki, məndən başqa biridə səni gözləyir. Zəng vuruldu və üzü gülən bir.mələyin qapıdan çıxdığının şahidi oldum.Başqası üçün gülüb,mənim yanımdan ötüb keçdin,gözlərimə baxa-baxa. Və onunla bir yerdə danışa-danışa yolunuza davam etdiniz. Çox üzüldüm ay parçam, çox. Qısqandım sizi, amma nifrət etmədim qol-qola gəzdiyin oğlana. Özümü bir otağa salıb, hisslərimi kəndirə bağlayaraq, stolu altından çəkdim. Otağda qırıq səslər gəldi.Elə bil kimsə,"Kömək et,bizi əhv eylə ey insan!"-deyə bağırırdı.
- Çoxmu qəddar olmuşam görəsən?
- Yox! yox! Əksinə ədalət öz yerini tapdı, amma kəndirdə! Nə edə bilərdim axı, ay parçamın əlindən tutub apardılar?! İlk dəfə idi sevirdim birini. Ölümü bu qədər sevmək mümkün idimi, ay parçam?!
- Kuklası əlindən alınan bir qızın, gözlərini əməliyyatda itirmiş bir gəncin ağrılarını dinləyirdim sanki, tək otağda. Hər kəs bir gün ölüb gedər onu bilirdim, amma birinci mən olacağımı bilmirdim. Məni, mənə necə qıydın?! Axı bilirdin səni sevdiyimi.
- Hardan?!
- Hər dəfə qarşılaşanda, gözlərimlə sənə əl etdiyimi görürdün. Demirəm kimisə tərk et, gəl yanıma. Heç vaxtda deyə bilmərm, çünki danışmaq üçün dil lazımdır. Və...
- Və hisslər, onuda otağımda intahara cəhd etdirdim. Bu gündən sonra "Məni unut, həyatını yaşa"-demə.
- Həyatımı unutduqdan sonra, həyatı necə yaşaya bilərəm?!
- "Ayrılıqdan sonra dost qalaq dedin. Gülün adını dəyişsək, qoxusu dəyişərmi?!"
- Gözlərimiz ayrılan gündən, başqa gözlərə xəyanət etmədim, ay parçam. Çünki yeganə qoxu səndə idi ki,onu gözlərimlə qoxlaya bilirdim. Hələdə ağlımın unudulmayan hissəsində, şifrəli kod ilə bağlı saxlanılmısan.
Şifrə: "Ay parçam"
On səkkiz yaşda birinə yazdıra bilərdin bunları ancaq "sən". Yenidən düzələ bilmərəm, gəlib "səni sevirəm" desən belə. Çünki mən səni, heç kimin qolunda görmədiyim andan sevmişdim. Bu yazını özüm yazmamışam. Hisslərimə "son sözünü söylə!" dediyimdə,kağıza bu yazını tüpürdü.
- Bu yazıda bura qədərmiş. Özünə yaxşı bax, birdə qarşıma çıxma, əgər uşağının atasız qalmasını istəmirsənsə. Mən səni çox sevmişəm, hər zamanda qəlbimdə qalassan,Ay parçam!

- Süleyman Əliyev
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 2 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri