Öz dünyam

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 485
Səs ver:
(səs: 1)
Növbəti gün. Növbəti səhər. Növbəti…növbəti… Yenə evdə tək.  Sükutu saat əqrəbinin tıqqıltıları pozur. Darıxıram. Keçmiş xatirələrçün darıxıram. Darıxıram düşünürəm. Zaman geri dönərmi?Keçmiş səhvləri sığortalamaq olsaydı… Bəlkə indi evdə tək olmazdım, darıxmazdım. Yenə pessimistliyə qapılıram hər gün olduğu kimi. Qəribədir bu hissləri hər gün yaşayıram 1-2 saatlıq olsa belə. Hətta bayram günündə də pessimistlik qapıları bir neçə saatlıq üzümə açıq oldu. Amma mənim belə vəziyyətlərdə üz tutduğum bir məkanım var…

Mənim  bir məkanım var. Bəli, bəli məkanım var. Ruhi, mənəvi məkan. Hansi ki, orda dərdlərimi unuduram. Hansı ki, orda rahatlıq tapıram. Burda insanlar yoxdur, burda mən varam. Burda reallıq yoxdur burda xəyal var. Burda həqiqət yoxdur burda yalan var. Burda hər şey müvəqqətidir. Ani bir titrəyiş hər şeyi məhv edə bilər. Bütün xəyallarını, arzularını. Yenə xarabalığına qayıdırsan.
Bura Utopiyadır. Utopiyanın xarabalığı. Xarabalıqlar Utopiyası.

Bura mənim Utopiyamdır. Burda sadəcə mən varam. Və istədiklərimi bura gətirə, və istədiklərimi apara bilərəm. Onlar mənə xəyal qurmaq üçün lazımdır. Onlar sadəcə alətdir. Onlar xarabalıqdan gəlmiş qonaqlardır. Bəli mən yer üzünü belə adlandırıram. Bu nə qədər ağır səslənsədə mənim üçün doğma addır. Axı mən də xarabalıq sakiniyəm. O xarabalıq ki, zəngin birisinin taxdığı saatın puluna min ailəni doydurmaq olardı. O xarabalığın ki, Bir ölkənin atdığı bir bomba ilə yüzlərlə ana gözü yaşlı qalır. O xarabalığın ki, bir ailə uşaqlara həsrətlə baxdığı halda o birisi öz övladını qış gecəsində küçəyə atır. O xarabalığın ki, Allahın dinini belə bölürlər, mənsəblərə ayırırlar. Ailə dağıdan qeybətlər, siyasətdən danışan qoyunlar, əxlaqdan danışan pozğunlar, panyatqadan danışan "eşşək”lər, Pula gələndə yoxsullaşan varlılar, hər şeyə inanan axmaqlar, yaltaqlıqdan hamarlaşan sabunlar…  Bu siyahını uzada bilərəm.Bütün bunlar xarabalığın tərkibidir.
 Reallığın "xarabalıq” olduğunu anlayaraq "Utopiyamı” yaratdım.

Müəllif: Vaqif Qədir
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri