Xatirələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 528
Səs ver:
(səs: 2)
Yazın sakit yağışı, yayın isti havası, payızın yoxsul yarpaqları, və qarın xüsusən bəxş etdiyi xoşbəxtliyi, bir insan üçün əvəz olunmaz gözəllikdir. Hamısı eyni anda baş verməsədə, hamısı eyni insana məxsus olur.Ayrı-ayrı fəsillərdə, ayrı-ayrı yoxluqlarda, eyni insanı düşünərsən.
- Bəs o səni düşünürmü?
- Yox, yox! Suallarla özünü bitirmək lazım deyil. Bir sərin meh üzünə vursun və kiçik bir xoşbəxtlik əldə et, necəki tumlardan çıxan hədiyyə ilə, ikinci tum qazanmaq şansı kimi.Həyatın necə gözəl olmasını bilmək istəyirsənsə, balaca bir qıza, böyüyəndə nə olmasını deyil, qış gələndə necə bir şey hazırlamaq istədiyini və oyunlarda apardığı rəqabətin sirrini soruş. Əgər həyatın mənasını nədə olmasını bilmək istəyirsənsə, vəzifəli məmurların uydurmalarını deyil, əlləri qabar olan bir babanın, ilk və son cümləsini birləşdir.
"Özünü unutmadan dəyərli olan xatirələri və o xatirələri böyüdən insanları yada sal".
- Çoxmu uzaqdılar səndən?
- Nə durmusan, qaç, get, onları axtar?!
- Havanın necə olmasının bir önəmi yoxdur, xatirələrin gözəlliyinə və onların unudulmayacağı bir qüvvəyə sahib olduqlarını düşün.
- Bu həqiqətən belədir.
- Bəli, bəli heç bir zaman yaddaşlardan silinməyəcək bir qüvə. Allah insanı, qüvvəsiz, hədiyyəsiz buraxmır əsla, mən sizə demişdim!
- Təşəkkür etmək vaxtı deyil, əynivi, havanın rənginə görə geyinib yola düş. Soruş, axtar, bildiyin yerlərə üz tut. Xatirələrlə yaşama, icazə ver onlar səninlə yaşasın. Uşaqlıqdan, ilk aşiq olduğun qıza kimi və ilk yediyin dondurmanın ləzzətinə kimi düşün. Bu həqiqət deyil, bu xoşbəxtlikdir. Həqiqət heç bir zaman insana xoşbəxtlik nəsib edə bilməz, onlar ya acı olurlar, yada dözülməz.
- Nədən qaçırıq, kimlərə qurşanmışıq və kim olmuşuq deyə özünüzlə sorğu keçirin. Və veriləcək cavabların birində "Günahkar özünsən" deyə bir ifadə işlənəcək, mütləq işlənəcək!
- Həmişə xatirələrdən qaçıb, onlara qurşanırıq və sonra necə bir iyrənc varlıq olduğumuzu, özümüzə bildiririk, dəfələrlə bildiririk!
- Lazım deyil bu qədər ağrı. Hər fəsildə çıx şəhərə və bir neçə kitab müəllifi olduğunu düşünüb, ozünü xoşbəxt hiss et. Xeyr səhv düşünürsən, özünü aldatmırsan, sadəcə özünü mükəmməl hiss edirsən!
- Və əmin ola bilərsən ki, mükəmməl və gözəl insansan. İnan, vecinə alma heç kimi, istədiyin insan ol və heç bir zaman qaçmağa çalışma,
- Nədənmi?
- Özündən və xatirələrdən. Atan və anan səni boyütdüyü kimi, ruhunuda onlar böyüdər. Nə göydən üç alma düşdüyü üçün, nədə biri var, biri yox olduğu üçün nağıllar yaranmayıb, sadəcə xatirələr dildən-dilə keçərək, şifahi xalq ədəbiyyatı və kiçiklərin ilk düçüncələri yaranmışdı.Kiminsə xatirəsidir, uşaqlıqda eşitdiyimiz nağıllar vəya kimisə yaratmaq istədiyi bir xatirə, hansı ki, yaşamayıb həmin xatirələrlə.Çalış səndə bir xatirə yarat gələcək nəsillər üçün, ən azından bir vərəqlik yazıçı ola bilərsən. Yazı qurtaracaq deyə pis olma, ardı nə bu səhifədə, nədə digər yazılarda deyil.Ardı qəlbində və dinlədiyin musiqlərdədir.Eşit onları!

- Süleyman Əliyev
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri