Tövbə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 739
Səs ver:
(səs: 2)
Deyirlər zaman çox dəyişib. Görəsən kimdir bu zaman belə ki, dəyişib pisə doğru? Nəysə, bu cümlə çox gülməli oldu. Yazıq zaman neyləsin axı? O öz işində - axmağında davam edir. Dəyişən insanlardır və bu dəyişmənin səbəbini zamanın üstünə atırlar. Yenə zeytun yağı kimi özləri üzə çıxa bilsinlər deyə. Görəsən içlərindən qışqırmı ki, vicdanları " ay alçaq bəsdir onu , bunu günahlandırdın, bir az da özün də günah axtar! " deyə? İnanmıram, elələrində çətin vicdan olsun. Ehh, mən də söz dedim də indiki zamanda kimdə vicdan qalıb ki?!
Mən bəzən çox şübhə edirəm ki, görəsən biz həqiqətən İslam ölkəsiyik? Məncə yox. İslam ölkəsi belə mi olur? Bulvarda "sevgililər” in əlindən rahat yer tapıb əyləşə bilmirsən. Ümumiyyətlə söhbət sevgidən düşmüşkən görəsən indi saf sevgi var mı? Mən ki, tapmadım, ya da tapıb da qədrini bilmədim. Nəysə bu qalsın bir kənara. Bəzən diqqət yetirirəm məktəbli şagirdlərə. Bu hallarla daha çox kənd məktəblərində - qayda- qanunların olmadığı yerdə rastlaşmışam. Ümumiyyətlə söhbət təkcə məktəbdən getmir. Çıxırsan məsələn ki, təmiz kənd havası alasan. Görürsən biri öz adını yazıb divara, birisi o birisini söyüb və bu söyüşü onun üzünə demək əvəzinə divara yazıb. Sanki bunun sayəsində o nəsə qazanırmış kimi. Daha demir ki, soldaki mələk kef edir. Yox, həqiqətən mən inanmıram bizim İslam ölkəsi olmağımıza. Əgər İslam ölkəsiyiksə niyə təhsil, tədris ocaqlarında əxlaq dərsi, ərəb dili, Quran dərsləri keçilmir? Məgər şagird, tələbələr Allahı tanımamalıdır? İndi deyəcəklər ki, hər kəs Allahı tanıyır, xeyr elə deyil. Dildə hər kəs Allahı tanıyır. Birindən soruşursan ki, Allah hardadır? Deyir hər yerdə. Şübhəsiz bu belədi, amma bu cavabı verənin öz cavabına inamı yoxdur. Beyninə yeridilib ki, sənə bu sual veriləndə bu cavabı verərsən, bu qədər. Niyə məhz görəsən bu gün biz 5 dəqiqə Namaz qılırıq ürəyimiz sıxılır, istəyirik ki, tez qılıb bitirək Namazımızı? Amma niyə məhz İmamlar, peyğəmbərlər səhər-axşam səcdədən qalxmayıblar, günahları olmadığı halda Allahdan əfv diləyiblər?! Bizim bu qədər günahımız var, amma vecimizə deyil. Eşidiblər ki, Allah mərhəmətlidir, bağışlayandır. Düşünürlər ki, Bağışlayar da Allah məni də, məkanım Cənnət olar. Xeyr, elə deyil. Elə deyil də açın da gözünüzü. Sən onun dediklərinə əməl etmirsənsə niyə Allah səni ölümdən sonra Cənnətə göndərsin ki?
Bilirsən? Biz Allahı tapmalıyıq. Beynimizdəki " o hər yerdədir” düşüncəsini silib atmalı və həqiqətən onu tapmalıyıq. Çətin ki, tapa bilək, amma. Biz özümüz-özümüzü hələ heç tapmamışıq. Bəziləri Tanrını araq süfrələrində axtarır məsələn. Bəziləri üçün Allah çətinə düşdükdə xatırlanır. Ümumiyyətlə insan çox nankor bir varlıqdır. Biz elə vaxt olur ki, günlərlə Allaha şükür etmirik, verdiyi nemətlərə görə, hələ də yaşadığımıza, aldığımız nəfəsə görə. Bir yerdə oxumuşdum ki, insan Allaha şükür etmədikdə Allah bəndəsinin ciyərlərini hava ilə doldurar və bunun nəticəsi olaraq insan asqırar və asqırdıqdan sonra da "əlhəmdülillah” demək gərəkir. Biz heç onu demirik. Adicə yolda gedən zaman ayağımız daşa dəyəndə tez ayağımız tutub ya ah, uf edirik ya da qayıdıb daşı söyürük. Yazıq daş neyləsin, mən koramsa, daşı mən görüb ayağımı ona vurmuşamsa demək ki, günahkar mənəm, daş yox. Əslində, mən ayağım daşa dəydikdə belə Allahıma şükür etməliyəm. Şükür etməliyəm ki, daşa dəyən bir ayağım var.
Mən bu yoldan çıxmalıyam. Artıq başqa bədənlərdə axtarmamalıyam itirdiklərimi. Artıq bəsdir, özüm olmalıyam. Olmalıyam da, görəsən bunu həqiqətən də istəyirdim mi? Kaş bunun cavabını bilsəydim. Lənətə gəlsin hər şey, hər kəs elə mən də o hər kəsin içində lənətə gəlim. Oturub hər kəsə dindən-imandan danışıram, amma özüm bir dəfə də olsun verdiyim məsləhətlərə əməl etmədim. Mən nə edirəm , niyə birdən yolumdan döndüm, heç anlamadım. Ehh, uzaqlara qaçıb gedərsən ki, dərdləri unudasan, tək qalasan. Gəl ki, bunun tam əksi olur. Uzaqlara qaçıb getdiyimiz anda bir şeyi həmişə unuduruq. İnsan özü-özü ilə tək qaldıqda dərdlər daha da düşür yadına, daha da sıxılır, yorulur. Yəni xoşbəxtlik uzaqlarda filan deyil. Kilometrələrcə məsafə qət etməyə dəyməz. Önəmli olan dərdlərdən qaçmaq deyil, qalıb dərdlərlə mübarizə etməkdir, bu qədər.
Allahım, sənə açıram əllərimi... Sən məni eşidənsən, anlayansan, sən adilsən, sən hər şeyə qadirsən. Tövbə edirəm bütün gördüyüm pis əməllərə görə Allahım, tövbə. Qadağa etdiyin, haram buyurduğun yerlərə getdiyimə görə tövbə, harama baxdığıma görə tövbə, zina etdiyimə görə tövbə. Allahım, mən acizəm sənin qarşında. Əfv et məni, məni doğru yola yönəlt. Məni sənin yoluna yönəlt. Yönəlt ki, axirət günü sənin hüzurunda utanmayım. Əfv et ki, qiyamət günü etdiyim bütün əməllər mənə göstərildikdə başım aşağı olmasın. Əfv et ki, Sirat körpüsündən keçdikdə ayağım sürüşüb Cəhənnəmə düşməyim. Əfv et gözəl Allahım, əfv et mərhəmətli Allahım, əfv et... Əfv et... Amin...
müəllif: Əhəd Əhədli.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri