Ayaqqabı boyayan uşağın manifesti...

Müəllif: Nermin..
Şərhlər:
Baxılıb: 615
Paylaş:
Səs ver:
(səs: 1)
Adım Ümid...

Nə isti çörək gördüm, nə də məni güldürən bir üz. Odlar Yurdunda,  Olimpiya oyunlarının keçiriləcəyi, tox xalqının acından xəbəri olmadığı ölkədə yaşayıram… Bayramların mənə görə keçirilmədiyi bir ölkədə…

Bizimki bəllidir, qardaş, işləməliyəm. Boyamalıyam ayaqqabıları... Mən bir uşağam əlləri boya içində… Boyalar mənə baxır, mən isə hamıya boyalı gələn həyata, boyalı üzlərə və heç vaxt xəyal edə bilməyəcəyim boyalı xəyallara.Yəni bildiyiniz mənim həyatim başdan ayağa boyadan ibarətdir. Mən ayaqqabı boyayan bir uşağam...

Yaşıdlarım bahalı paltarlar geyinib, bahalı maşınlarda gəzərkən mənə düşən boyumdan böyük boya sandığı oldu. Nə əlifba öyrənə bildim, nə məktəbli forması geyinə bildim. Uşaqdım uşaq olmağına, amma nə doyunca usaqlarla oynaya bildim, nə doyunca rahatca qaçıb əylənə bildim. Adımı yazmağı belə zorla öyrəndim.

Qız qalası itirdiyim illərimin, uşaqlığımın şahididir. Və buralar qəlbimin ən ağrılı dayanacağıdır. Mən ayaqqabı boyayan 12 yaşlı bir uşağam…Yaşım 12-dir, amma yaşadıqlarım 72…Atam xəstədir və mənimlə birlikdə 2 qardaşım... Boyamalıyam qardaş, qazanmalıyam dərman, çörək pulunu. Üzümə baxıb yazığın gəlməsin qardaş, dərdim də böyükdü, yaşım da. Mən bu küçələrdə yaşayıram, aşağısı dənizkənarı bulvar, yuxarısı 28 may metrosu.

Boyamalıyam, qardaş… Mənim işim boyamaqdır…!

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 615
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv