Qar üzərində paralayan günəş...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 978
Səs ver:
(səs: 2)
Artıq neçə saatdır ki yol gedirdi... artıq taqəti qalmamışdı... hər döngədə dayanır, əllərini divara söykəyib istirahət edir, yenə yoluna davam ediridi...

... artıq hiss etdi ki, əlləri donub... köynəyinin yaxasından iki parça cırıb əllərini bükdü...

...bir az sonra atıq iməkləyirdi... dizləri qatlanmışdı və əllərini yerə dayayıb güclə yeriyiridi... bir əlinə qarın altından təsadüfən tapdığı bir tay cırıq ayaqqabı keçirmişdi... növbə ilə əllərini dəyişib irəliləyiridi...

...Hiss etdi ki, yanağında nəsə toxundu... elə bil nəsə yanırdı sifətində... əlini üzünə aparmağı ilə üzü üstə yerə yıxıdı... Üzünə heç nə dəyməmişdi... sadəcə yanağı donmuşdu... Ürəyindən yanaqlaına qədər gələn ciziltini istiliklə səhv salmışdı...

...var gücünü toplayıb ayağa qalxıdı... yolun kənarındakı ağaca söykəndi... Nə qədər çalışdısa da ağacdan aralana bilmədi... Nəfəsi ilə ovuclarını isitmək istədi... elə bil nəfəsi də donmudu...

...çarəsi yox idi... yerə uzanıb sürünməyə başladı... Əynində olan köhnə paltonun dirsəkləri cırılımışdı... hər dəfə dirsəyini yerə dayayıb irəli gedəndə dirsəyində bir çapıq da artırdı...

...gedirdi... uşaqlıqdan inandığı, güvəndiyi, anası onu tərk edərkən onu tapşırdığının yanına gedirdi...

...artıq gözləri bağlanırdı... hara baxırdısa ağ bir boşluq görünürdü... bir də gözlərində olan son işıq... Son dəfə anasının gözlərini gördüyü işıq... Qar üzərində parlayan işıq... İşığın izi ilə gedirdi... Ümüd edirdi ki, anasının dediyi ki ən son anda belə o işıq onu qoruyacaqdı....

Son ümidi var idi... Qar üzərində paralayan günəş...

Bəhram Həsənov
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri