Ad günü hədiyyəsi

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 719
Paylaş:
Səs ver:
(səs: 4)
Sobaya gəldiyimdə ortalıqda çörək görünmürdü. Köhnə bir dostum olan çörəkçi,
"Bir az gözləyəcəksən müəllimim," dedi. "İki-üç dəqiqəyə qədər çıxardıram."

Qıraqdakı taburetlərin birində oturub gözləməyərkən, içəriyə yaşlı bir adamın girdiyini gördüm. Köhnəlmiş pencəyinin sol yaxası altında bir medal parıldayır və gedərkən yüngülcə topallayırdı. Salam verdikdən sonra, çörəkçinin dəzgahına yaxınlaşaraq, "Çörəklərimi alım," dedi. "Mənim əkizlər acmışdır."
Çörəkçi, adamın uzatdığı torbanı alaraq dəzgahın altına əyildi və bir gün əvvələ aid olduğu çörəklərdən dörd-beş dənə çıxardı.

Mən o vaxt oturması üçün öz yerimi o adama vermiş, dəzgahın yanına yaxşıca yaxınlaşdım. Çörəklərdən bir neçə dənəsinin şəkli dəyişmiş, qatılaşmış, daş kimi olmuşdu

Pıçıltı şəklində çörəkçidən soruşdum. Niyə təzə çörəyi gözləməsini söyləmirsən? Bir az sonra çıxacaq onsuzda.

"Köhnə çörəkləri özü istəyir." dedi çörəkçi. "Çox kasıb olduğundan, ona yarı qiymətinə verirəm."
"Kim bu adam?" deyə soruşdum.
"Oğluyla gəlini bir yol qəzasında vəfat edincə, əkiz nəvələrini yanına almışdı. İllərdir onlara baxır, həm də çox az bir maaşla."
Çörəkçinin izah etdikləri qarşısında içimin yandığını hiss edir və kiçik də olsa bir şeylər etmək istəyirdim.
"Aradakı fərqi mən verim," dedim. "Heç olmazsa bu gün təzə çörək yesinlər. "Çörəkçi, təklifimi qəbul etdi və bir az sonra da, sobadan yeni çıxan təzə çörəkləri adamın torbasına doldurarkən şəkli xarab, köhnə çörəkləri də dəzgahın altına qoydu.
"Çox şanslısan Hacı əmi," dedi. Uşaqlar üçün sənə bu gün tort kimi çörək verəcəyəm. "
Yaşlı adam, bir övlad sevgisiylə qucaqladığı torbanı sinəsinə basdırarkən, "Allah, səndən razı olsun övladım" dedi. "Bu gün onların ad günü olduğunu haradan bilirdin?

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 719
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv