Ən önəmli dərs

Müəllif: Catwoman666
Şərhlər: 9
Baxılıb: 2 868
Səs ver:
(səs: 5)
Məktəbdə ikinci ayımda müəllim test suallarını payladı. Mən məktəbin ən yaxşı şagirdlərindən biri idim. Sualların hamısına çətinlik çəkmədən cavab verdim, amma son sualda çaşıb qaldım. Sual belə idi :"Hər gün məktəbi təmizləyən xadimə qadının adı nədir?". Düşündüm ki bu bir zarafatdır, belə sual ola bilməz. Xadimə xanımı hər gün məktəbi təmizləyəndə görürdüm. Uzun boylu, qara saçlı biriydi, amma adını hardan biləydimki?! Sonuncu suala cavab vermədən kağızı müəllimə verdim. Dərs qurtarandan sonra şagirdlərdən biri sonuncu sualın test suallarına daxil olub olmadığını soruşdu. "Əlbəttə ki, daxildir" müəllim dedi, " İş həyatınız boyunca hər biri bir-birindən fərqli çoxlu insanla tanış olacaqsınız, amma bu insanların hamısı sizin diqqət və marağınıza layiq olan insanlardır. Onlara sadəcə gülümsəyib salam verməniz lazım olsa belə...". Müəllimin bu sözləri məni çox düşündürdü. Bu dərsi ömrüm boyu unutmadım. O xadimə xanımın adını da...Onun adı Leyla idi...
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri