Sonra və sonra

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 903
Səs ver:
(səs: 2)
Yaxşı!Ancaq yazmaq istədiyimə görə yox,iş-peşəm olmadığına görə yazıram.Həm də o içimdən gələn çox sevdiyim səs yazmağımı istəyir.Bir də bu sözlər qətiyyən mənim sözlərim deyil.Onun sözləridir.O deyir mən də yazıram.Görürsən də..iki sözü yanaşı deməyə bəs edəcək qədər də düşünə bilmirmişəm.O içimdəki səs var ha,bəzən bir Şeytan olur.Onda onu daha çox dinləyirəm.Yox eyy!Mənə demir kimisə öldür ya da nəbilim o pislik kateqoriyasına daxil olan bir şey еt.Sadəcə qarşıılqlı bir -birimizi günahlandırırıq.Deyirəm ki,mən bunu etmək istəmirdim,sən dedin mənsə elədim.Sonra mübahisəni uzatmır.Deyir ki,düz deyirsən.Mən günahbankam.İstədiyin qədər günahlandır.
Sonra da sonralar gəlir. O bezir və çıxıb gedir.Elə ki,öz sevimli, kiçik sərhədli dünyamdan çıxmaq istəyirdim,qapı döyüldü.Ayağa qalxmadım.Dedim kimdisə, döyər-döyər çıxıb gedər.Amma inadkarlıqla döydü.Ayağa qalxıb qəzəblə qapıya getdim ki,kim gəlir gəlsin.Ağzıma gələni deyəcəm və onu qovacam.
Bilirsiniz nə oldu.?!Gələn kim idi?
O..o gəlmişdi.Həm də onu heç gözləmədiyim bir vaxtda...Onu çoxdan unutduğum bir vaxtda.İndi onu nə söymək istəyirdim,nə də ki,qovmaq...Bilirsən,o zibil necə cəzbedici bir qüvvəyə malikdir?!..Sən görsən səni də cəzb edər.həmişəki kimi parlaq gözlərini mənə zilləyib durmuşdu.Hərdən,o parlaqlığı məhv etmək üçün gözlərini çıxarmaq istəyərdim.İstəməsəm də güldüm.Zorakı deyildi.Amma heç o qədər istəyərək də gülmədim.
-Nə gözünü döyürsən?Birinci dəfədi görürsən,məni?-yenə özündən əmin danışdı.
.İçəri girmək istəyirdi ki,qapını azca aralı qalacaq şəkildə örtüb "yox" dedim.İnanırsan, onun gözlərinə baxmadan.
-Bəs məni çox sevirdin?İndi isə...
Sözlərini tamamlamasına imkan vermədən”Bəli,sevirdim.Amma indi bu dünyada sənə yer yoxdur” deyə bildim.
-Hə???
Yenə gözlərinə baxmırdım.
Qapını möhkəmcə vurub ona heç nə demədən  qovdum.Sevinirdim.mən axır ki,istədiyimi eləmişdim.Sonra yenə sonra və Sonrası yadıma düşmür.
Sabah nə etdiyimi xatırladım.Dünən onu qovmuşdum.O gəlmişdi və mən qovmuşdum.Mən ÜMİD`i qovmuşdum.Daha doğrusu Ümidlərimi...Ümid qapımı döymüşdü və mən qovmuşdum.Müvəqqəti peşmançılığa görə özümdən üzr istədim.Sonra..sonra özüm  məni bağışladı..Sonra və sonrası yadıma düşmür...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri