Halallıq

Şərhlər: 9
Baxılıb: 491
Paylaş:
Səs ver:
(səs: 6)
Birr nəfər Məkkəni ziyarət edərkən müqəddəs Kəbə evinin yanında eyni duanı təkrar edirmiş: "Ey düzgün bəndələrə yardım edən, haramdan çəkinən bəndələri qoruyan Allah!”.

Yaxınlıqdakı bir nəfər onun sözlərini eşidib soruşur: "Sən başqa dua bilmirsənmi? Niyə eyni duanı təkrar edirsən?”.

Həmin adam etdiyi duanın səbəbini anlatmağa başlayaraq deyir: "Bir neçə il bundan əvvəl maddi vəziyyətim o qədər də yaxşı deyildi. Birtəhər pul toplayıb həccə gəldim. Kəbənin ətrafında təvaf edəndə ayağım nəyəsə ilişdi. Əyilib gördüm ki, yerdə pulla dolu bir kisə var. Kisəni götürüb içinə baxdım, kisədə min dinar pul vardı. Dərhal şeytan ürəyimə girib mənə vəsvəsə etməyə başladı ki, pul kisəsini mənimsəyim. Amma vicdanım məni təhrik edirdi ki, harama bulaşmayım. Içimdə qızğın mücadilə gedirdi. Bu arada kənardan bir adamın car çəkdiyini eşitdim: "Ay camaat, min dinar pul itirmişəm. Hər kim tapsa, ona otuz dinar verəcəyəm”. Içimdəki şeytana qalib gəlib öz-özümə dedim: "Otuz dinar halal pul min dinar haramdan daha yaxşıdır”. Pulu aparıb sahibinə verdim, o da mənə otuz dinar bağışladı.

Vətənimə dönəndə yol üstündəki şəhərlərin birində kölə bazarına girdim. Orada otuz dinara yaraşıqlı və sağlam bir kölə satıldığını gördüm. Pulu verib köləni aldım və özümlə şəhərimə gətirdim. Üstündən bir müddət keçəndən sonra şəhərimizə bir dəstə varlı-hallı adam gəldi. Bir gün gördüm ki, bu adamlar mənim köləmlə söhbət edirlər. Məni görəndə zəngin adamlar söhbəti yarımçıq kəsib getdilər. Mən köləmdən soruşdum ki, bu adamlarla nə barədə danışırdın? O da heç nəyi gizlətmədən söylədi: "Mən həbəş hökmdarının öğluyam. Atamla qonşu padşahın müharibəsi zamanı əsir düşdüm. Məni kölə kimi bazardan-bazara çəkdilər, axırda sən məni aldın. Bu gördüyün adamlar atamın əyanlarıdır. Mənim yerimi öyrənib gəliblər. Atam onlara əlli min dinar verib ki, məni satın alıb vətənimə qaytarsınlar. Sən bu müddət ərzində mənimlə çox yaxşı davranmısan. Istəyirəm ki, mən də sənə yaxşılıq edim. Bu adamlar sənin yanına danışığa gələcəklər ki, məni səndən alsınlar. Məni əlli min dinara onlara sat, qiymətdə güzəşt etmə”.

Hər şey oğlanın dediyi kimi oldu. Mən onu əlli min dinar müqabilində həmin adamlara satdım. Özüm də pulu alıb əlimdə sərmayə etdim, Bağdadda böyük bir dükan açıb ticarətlə məşğul olmağa başladım. Bir gün dostlarımdan biri yanıma gəlib dedi ki, məşhur tacirlərdən biri vəfat edib, qızı himayəsiz qalıb. Dostum mənə təklif etdi ki, o qıza elçi düşüb evlənim. Mən də həmin qızla ailə qurdum. Qız öz atasından qalan mirasla evimizə köçdü. Gətirdiyi pullar min dinarlıq kisələrdə idi. Kisələrin hamısının üzərində min dinar yazılmışdı, bir kisədə isə 970 dinar vardı. Səbəbini soruşanda qız dedi ki, atam həccdə olanda bu kisəni itirib, sonra bir halalzadə oğlan kisəni tapıb ona qaytarıb, atam da pulun üstündən otuz dinar götürüb o oğlana verib. O gündən bu kisənin başı əskikdir. Mən başıma gələnləri qıza danışdım. Hər ikimiz dünyanın işlərinə heyran qaldıq və halallığın nə qədər mühüm olduğunu bir daha anladıq. O gündən mən həmişə Allaha bu sözlərlə dua edirəm: "Ey düzgün bəndələrə yardım edən, haramdan çəkinən bəndələri qoruyan Allah!”.

loading...
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 491
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allah qurban olum heyat tesaduflerle dolu deyil heyatda her bir addimimiz qabaqcadan yazilib bunlarda bir mocuzedir
19 mart 2016 12:37
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Oxatan
İbretamizdir.halalligi qazanmaq irade teleb edir.nefsine sahib cixasan gerek.yoxsa her gorduyunu soruwmadan ele kecirmek ucuz nefise sahib olmaq demekdir.her wey insanin oz elindedir
19 mart 2016 00:55
8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Roza
Bu dini hekayəni oxumuşam.
Oxuyanda heyrətə gəldim,çünki halaliq çox mühümdür,mühüm olduqu qədərdə bçvacibdir.
İnsan gərək halaliqla yaşasin.
Təşəkkür ,bir daha xatirlatdiqin üçün canim.
18 mart 2016 21:14
7
....
Offline
YARIM QALMIS XEYALLAR
Tesekkurler xebere gore. Sukur ilahi sukur hec vaxt haram yememisik. Ozum yerden pul tapanda bele onu saxlayaram yiyiesi cixmadi imkansiz kimese vererem. Hec vaxt tapdigimi xercelemerem ozumeki belke bu pula cox ehtiyaci olan biri idi itirb bu pulu. Min min sukur
18 mart 2016 21:10
6
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Offline
Antikvar
Sonda edilən dua o qədər gözəldi,məndə evdə bir səsli şəkildə oxudum.Qurban olum Rəbbimə bizim haramdan ,əl çəpliydən uzaq eləsin inşallah.Onsuz harama əl uzadan şəxslərin cəzası vardı amma gözləri kor olmuş görməkdə çətinlik çəkirlər...İbaratəmiz maraqlı hekayə oldu təşəkkürlər.
18 mart 2016 20:17
5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
18 mart 2016 19:29
4
Offline
S.Heydarova
Maraqlı məlumatdır təşəkkür.
18 mart 2016 19:26
3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
heyatim_menim
"Ey düzgün bəndələrə yardım edən, haramdan çəkinən bəndələri qoruyan Allah!”.-cox gozel duadir.ALLAH biz bendelerini hemise nefisinə sahib cixan bendelerinden etsin insaALLAH

"Ey düzgün bəndələrə yardım edən, haramdan çəkinən bəndələri qoruyan Allah!”.-cox gozel duadir.ALLAH biz bendelerini hemise nefisinə sahib cixan bendelerinden etsin insaALLAH
18 mart 2016 18:38
2
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
_damla_
Çox maraqlı oldu oxumaq.Təşəkkürlər!
18 mart 2016 18:35
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv