Unutma ki,bir zamanlar kim idin

Şərhlər: 6
Baxılıb: 542
Paylaş:
Səs ver:
(səs: 2)
Qəznəvilər sülaləsinin qüdrətli hökmdarı Sultan Mahmudun Ayaz adlı bir xidmətçisi vardı. Ayaz sultanın ən sadiq sirdaşı idi. Hökmdar vəzirlərə etibar etmədiyi sirlərini ona deyər, ondan məsləhət alardı. Ayaz bir an da sultanın gözündən kənar olmazdı. Bu münasibət o qədər məşhur idi ki, hətta orta əsrlər Şərq ədəbiyyatında Mahmud və Ayaz misalı dostluq və sədaqətin rəmzi sayılırdı. Sultan Mahmud Qəznəvinin Ayazla tanışlığı bu şəraitdə baş vermişdi. Sultan bir gün ova çıxır, onu müşayiət edənlərdən ayrı düşür. Həm özü, həm də atı yorulub susamışdı. Çöldə bir ev görərək yaxın gəldi, evin qapısını döyüb soyuq su istədi. Qapını açan yeniyetmə oğlan ədəblə salamlaşıb dedi ki, atam yaxınlıqdakı quyudan su gətirməyə gedib. Evdə su olmadığı üçün gərək atamın gəlməyini gözləyək. Sultanın gözləməkdən savayı çarəsi yox idi, çünki yaxınlıqda başqa ev gözə dəymirdi. Həyətdə oturub oğlanla söhbət etməyə başladı. Tezliklə hiss etdi ki, həmsöhbətinin yaşı az olsa da, ədəbi çox, zehni itidir. Bir neçə dəqiqədən sonra oğlan evə keçib, buz kimi soyuq su ilə qayıtdı. Suyu hökmdara təqdim etdi. Sultan Mahmud qəzəb qarışıq təəccüblə soruşdu: Evdə su ola-ola niyə mənə vermirdin? Niyə atanın su dalınca getdiyini söylədin? Oğlan cavab verdi: Mən sizin uzun yol gəlib tərlədiyinizi gördüm. Soyuq su içsəydiniz, mütləq xəstələnərdiniz. Ona görə sizi bir müddət yubatmağa çalışdım ki, təriniz asta-asta soyusun. İndi bu suyu içsəniz, ziyanı olmaz. Sultan oğlanın qağıkeşliyini və fərasətini bəyəndi. Saraya çatan kimi adam göndərib onu öz yanına xidmətə götürdü. Beləcə, Ayaz hökmdarın ən inanılmış adamı oldu. Vəzir-vəkillər sultanın Ayaza olan etibarına paxıllıq edirdilər. Buna görə dəfələrlə sultanın yanında Ayazdan söz salıb onu ləkələməyə çalışırdılar. Bir gün sultan onların cavabını vermək qərarına gəldi. Sarayın pəncərəsindən baxıb, şəhərə daxil olan bir karvanı yanındakılardan birinə göstərdi: Get soruş ki, bu karvan haradan gəlir? Adam getdi, bir azdan qayıdıb dedi: Hökmdar, karvan Rey şəhərindən gəlir. Sultan ondan soruşdu: Bəs hara gedir? Adam susdu, çünki bunu soruşmaq ağlına gəlməmişdi. Sultan başqa bir əyana tapşırıq verdi: Sən get öyrən ki, karvan hara gedir? Adam qayıdandan sonra məlumat verdi: Yəmənə gedirlər. Hökmdar xəbər aldı: Görəsən, yükləri nədir? Amma göndərilən adam bu suala cavab gətirməmişdi. Padşah üçüncü adamı yolladı. O da gəlib, karvanın yükünün parçadan ibarət olduğunu söylədi. Hökmdar bu dəfə də kifayətlənməyib xəbər aldı: Qayıdanda Yəməndən nə almaq fikrindədirlər? Bu sualın da cavabı naməlum qaldı. Bu minvalla otuz adam karvanın yanına gedib-gəldi, amma heç birinin cavabı sultanı qane etmədi. Axırda Sultan Mahmud Ayazı çağırmağı əmr etdi. Ayaza birinci adama verdiyi tapşırığı verdi: Get soruş ki, bu karvan haradan gəlir? Ayaz gedib karvanbaşı ilə görüşdü, qayıdıb bayaq sultanı maraqlandıran bütün məsələlər haqqında ətraflı məlumat verdi. Sultan üzünü yanındakılara tutub dedi: İndi bildinizmi Ayazı niyə sizin hamınızdan üstün tuturam? Sizin otuz dəfəyə gördüyünüz işi o bir dəfəyə görür. Sultan Mahmud saray xəzinələrinin açarını da Ayaza etibar etmişdi. Saray əyanları yenə dözməyib sultana xəbərçilik etdilər: "Ayaz xəzinədən oğurluq edir. Öz otağında bir sandığı var. Tez-tez otağına gedib xəlvətcə sandığı açır, orada eşələnir. Yəqin ki, sizdən oğurlayıb sandığa yığdığı qızılları sayır”. Hökmdar deyilənləri yoxlamaq qərarına gəldi. Bir gün Ayaz otağına çəkiləndə Sultan Mahmud qəfildən qapını açıb içıri girdi. Gördü ki, Ayaz həqiqətən sandığın qabağında oturub. Amma qızılları saymır, ağlayır. Hökmdar soruşdu: Ayaz, niyə ağlayırsan? Ayaz sandığın içindən bir dəst nimdaş paltar, bir cüt çarıq çıxarıb ona göstərdi: - Hökmdar sağ olsun, bunlar siz məni saraya gətirməzdən əvvəl geyindiyim libaslardır. Onları bu sandığın içində saxlayıram. Hər gün sandığı açıb, bu libasları çıxarır, onlara baxıb öz-özümə deyirəm: "Ayaz, bu günkü vəziyyətinlə qürrələnmə. Nəfsin səni aldadıb xəyanətə doğru sürükləməsin. Hökmdarın yanındakı hörmətin səni qudurğanlığa aparmasın. Yaddan çıxarma ki, bir zamanlar kim idin. Səni o səviyyədən bu məqama yüksəltmiş Allahı unutma, Ona şükr et”.

loading...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 542
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
beli butun memurlar Ayazin kecmisi kimi olub lakin Ayaz kimi sonralari olmur o deqde unudur sanki evveler ozleri ele deyildide kasibliq nedir bilmirler kasiblara xosr baxirlar
25 aprel 2016 23:58
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ayka95
Yaddan çixarma ki, bir zamanlar kim idin .Seni o seviyyeden bu meqama yükseltmis Allahi unutma,Ona sükr et".
25 aprel 2016 21:31
5
Offline
Totu
Unutma ki bir zamanlar kim idin bu cümleni beyendim
25 aprel 2016 19:52
4
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Online
YalniZ-ArZu
Kecmiwini unudanin,geleceyi olmaz.
Maraqli yazi idi;tewekkurler.
25 aprel 2016 19:39
3
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Aybə
Səbrim çatmadı oxumağa 24
25 aprel 2016 19:04
2
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Offline
evli.mutlu.cocuklu
Merakla oxudum tsk
25 aprel 2016 18:49
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv