KƏƏBƏ'nin həsrəti...

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 471
Səs ver:
(səs: 1)
Mən Kəbəni gördüm, mənə röya kimi gəldi!
Röya mənə fövqəladi dünya kimi gəldi!
Yurdumdakı göz yaşları bir damcı göründü,
Ol Kəbədə göz yaşları dərya kimi gəldi.

Xoş oldu ayaqlar ki, o torpaqda gəzindi,
Gəldim geri, gerçək idi, xülya kimi gəldi.
Gözlər də sevindi bu məkanlarda baxarkən,
Gündüzləri, axşamları təqva kimi gəldi.

O günlərəcən baxışların qiyməti yoxdu,
Canım bunu gördükdə təmənnakimi gəldi.
Əllər xeyir iş görmədə sanki, qurumuşdu,
Əllər elə bil, fitrəti bənna kimigəldi.

Qəlb titrədi, tüklər bütün ürpərdi zəhmdən,
Bu nəfsimə ən faydalı icra kimigəldi.
Səhranı gülüstan kimi sandım o məqamda,
Əvvəl gözümün gördüyü suğra kimi gəldi.

Ta qarşıda bir Kəbə göründü, necə gündü,
Ya Rəbb, qullar da onun başınapərva kimi gəldi.
Möminlərə həm sirli və həm nurlu göründü,
Əsralara nur oldu, bu əsra kimi gəldi!

Səcdə elədik biz o evin Rəbbinə yalnız,
Taət bizə ən zirvədə kübra kimi gəldi.
Ömrümdəki ən dəyərli anlar yaşanarkən,
İbrət dolu, rəhmət dolu məcra kimi gəldi!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 471
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri