İndi kimin ömrün zəhərləyirsən?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 944
Səs ver:
(səs: 1)
Hardasan?
Bir yarpaq üşüyür burda
Hardasan?
Soyuqdu, əynimdə nazik
Hardasan?
Qırılır telefonda səsin
Hardasan?
Susuram tələm tələsik
Hardasan?
Yel vurub qurudur məni
Hardasan?
Əlimi buz kəsdi qayıt.
Hardasan?
Çığırır içimdə bir səs
Hardasan?
Gec oldu. di bəsdi qayıt
Hardasan?
Taksilər bilir ünvanı
Hardasan?
Hansıyla gəlirsən mənə
Hardasan?
Xəbər ver tıxacdasansa
Hardasan?
Gözümlə yol çəkim sənə
Hardasan?
Tez qayıt... pişiklər ölür
Hardasan?
Evimi su basıb yenə
Hardasan?
Bir qadın dizini döyür
Hardasan?
Bir qadın toy qurub sənə
Hardasan?
İtmisən yenə gözümdən
Hardasan?
Əlimi uzatsam toxun
Hardasan?
Divarlar çökür üstümə
Hardasan?
Bir mənəm bir də yoxluğun
Hardasan yatağım, hardasan evim?
Harada gecələyib səhərləyirsən?
Hardasan nağılım, hardasan devim?
İndi kimin ömrün zəhərləyirsən?

Müəllif - Bahar Zamanova
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri