Səni məndən alan şəhər

Şərhlər: 7
Baxılıb: 1 809
Səs ver:
(səs: 0)
Səni məndən alan şəhər
Hansı küçə, hansı tini dolanım,
Hardan keçim, gözlərimə dəyəsən?
Şəki boyda həsrət mənə sarılıb, 
Buraxmaq da istəmir heç deyəsən.

Yaşadığım bu şəhəri biraz da,
Sənə görə sevə-sevə gəzirdim.
Sanırdım ki, çıxardacaq qarşıma,
Görməyəndə bu şəhərdən bezirdim.

Elə bil ki, səni mənə gətirən,
Bu şəhərin küçələri deyildi.
Gəzdiyimiz Axundovun parkı da,
Bizsiz sanki avaradı, veyildi.

Sənin kimi bu şəhər də yanıltdı,
Sənin kimi hislərimlə oynadı.
İndi mənim sənə qarşı nifrətim,
Çox deyil ki, elə Şəki boydadı.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri