Mən divanə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 613
Səs ver:
(səs: 0)
Mən divanə‚mən bir qəmxar
Mən könlü şur yar olmuşam
Ahım səni elə yixar
Mənki vəfadar olmuşam

Məhəbbətdən yoğrulmuşam
Mən şeiri doğan qadin
Sən "bəxtəvər"aram-aram
İtirirsən sevgi dadin

Mən yolumu azmış biri
Cığırlarım çala-çuxur
Dəf etmişdim neçə dərdi
Bu dərd məni yaman sıxır

Xatirələr qoşun-qoşun
Yığın-yığın güdür məni
Mən dalğayam aşıb-daşan
Dəniz yenə çəkir məni

Qarabasma keçmir gözdən
Viran qalmış bu küçələr
Şübhə edir görən məndən
Dəli...xəstə..nələr nələr...

Xavər Şəfiyeva
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 613
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri