Dinimiz unudulur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 184
Səs ver:
(səs: 0)
Kimdir ətrafımda olan insanlar
Dünyaya gəlməkdə yolu azmışam
Yol tapıb yeriyir neçə yalanlar
Dost kimdir,düşmən kim indi qanmışam

Dost deyib çiynimə əlin qoyanlar
İllərdir yolları salıbdır ayrı
Kefli işrətlərdə namaz qılanlar
Yüzlərdir minlərdir bilinmir sayı

Qalmayıb ar-abır vallah insanda
Geyimlər yarımçıq-sinəsi açıq
Dəb deyib durubdur körpə uşaq da
Bu nə zəmanə ?Bu nə yaraşıq?,

Biz Adəm nəsliyik,Həvva nəsliyik
Dinimiz İslamdır kitabımız Quran
İslam unudulur biz nə gündəyik
Götürməz bu işi belə yaradan

Üz tutub hicaba bəzi xanımlar
Min cürə hoqqadan kələkdən cıxır
Nəfsini dinindən üstün tutanlar
Unutma yaradan göylərdən baxır

Xavər Şəfiyeva
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri