Darıxır

Şərhlər: 5
Baxılıb: 1 569
Səs ver:
(səs: 0)
İnsan oğlu qəribədir,
Ta doğulandan darıxır.
Qəribədir, qəribdədir,
Qəriblər hər an darıxır...

Bəzən də azdırır fikir,
Nitqi çaşır, sözü bitir,
Öz içində özü itir,
Özüyçün insan darıxır...

Hey uzanır başın saçı,
Oğrun-oğrun hara qaçır?
Görünür ki, aydın-açıq,
Vücud bezir, can darıxır...

Başında saç, gözündə yaş,
Bu nə qaçış, bu nə təlaş?
Vargəl edir o baş, bu baş,
Damarında qan darıxır...

Axır gözün yaşı, axır,
Gözün nuru yoxa çıxır.
Saç ağarır, qan duruxur.
Adam keçmişinə baxır,

Ceyhun Aranllı
Peşman-peşman darıxır...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri