Torpaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 357
Səs ver:
(səs: 0)
Torpaqdan yarandı insan...
torpaqdan yararlandı,
torpaqda yaşadı,
torpaqda yaşlandı,
torpaqda öldü,
torpağa gömüldü,
torpağa döndü...
İnsan torpağa döndü,
insandan torpaq yarandı,
torpaq insandan yarandı...

* * *

Torpaqdan yarandı insan...
İnsandan yarandı torpaq...
İnsan bədəninin 70%-i
sudan ibarətdisə,
torpaq insanlardan yaranmış
Dünyanın
neçə faizi sudu?

torpağa dönmüş insanların
bədənindəki 70% sudan yarandı
bütün okeanlar, dənizlər, göllər...
İnsan bədənindəki
damarlardan yarandı çaylar...

* * *

İnsanların torpağa bağlılığı,
torpaq uğrunda mübarizəsi,
ulu əcdadlarına olan rəğbətidir,
bəlkə də...

Çünki, torpaqdan yarandı insan...
insandan yarandı torpaq...

Ceyhun Aranlı
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri