Bu sevgi

Müəllif: Love Angel
Şərhlər: 7
Baxılıb: 2 210
Səs ver:
(səs: 1)
Gələndə döyməyir qapı - bacanı,
Bürüyüb adıyla bütün cahanı.
Nə yaşlı tanıyır, nə də cavanı,
Salır öz bəndinə baxsan bu sevgi.

Pərişan olsan da cəlb edir səni,
Xəyalda tam başqa məst edir səni.
Coşan bir dalğadı,vəsf edir səni,
Üz vurub sahilə axsan bu sevgi.

Nə kəmi bilinməz,nə də ki çoxu,
Tutulsan bir dərddir, çəkilər yuxu.
“Hə”desə cənnəti,cəhənnəm yoxu,
Sığışmaz dəftərə,yazsan bu sevgi.

Zirvədən zirvəyə qalxar ucalar,
Bəzən gah küsdürər,gah könlün alar,
İnsanı dünyadan dünyaya salar,
Gör nəyə qadirdi dadsan bu sevgi.

Seymurun məhəbbət sevdası bitməz,
Odlanıb alışsa heç zaman sönməz.
Məhəbbət yolunda bitməz, tükənməz
Şirin bir röyadı,yatsan bu sevgi.

MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 210
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri