Bir gün

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 3 037
Səs ver:
(səs: 0)
Sevdim onu! özü kimi hər halını,
Düşünmədim vəfasızım atar bir gün.
Gözlərimə bəxş eyləyib xəyalını,
Xatirinə kədər kimi qatar bir gün.

Uzaq oldu, həsrət qədər yolu gedib,
Ürəyimdən baslamışdı onda bitib.
Bilməzdimki həsrətini həmdəm edib,
Bir addımda özgəsinə satar bir gün.

Keçir ömür xəyal kimi yuxu kimi,
Yaşa dolur bu qismətim çoxu kimi.
Bu taleyin hər cavabsız oxu kimi,
Ürəyimə yara vurar batar bir gün.

Divanəyəm, döndüm ömür qaçagına,
Düşdü qəlbim ayrılığnı ocağına.
Ömür qaçıb həsrətinin qucağına,
Sənli günün son anına çatar bir gün.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri