Məhəbbət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 961
Səs ver:
(səs: 1)
Mən eşqi bəhərli ağac sanırdım,
O məni aldadıb dara gətirib.
Qaralmış bəxtimə əlac sanırdım,
Mənimki əzəldən qara gətirib. 
Gör məni məhəbbət hara gətirib.

Sevgiylə bəslədim saf niyyətimi, 
Eşqimlə qorudum sədaqətimi, 
Saxlaya bilmədi əmanətimi, 
Ürəyimi para para gətirib. 
Gör məni məhəbbət hara gətirib.

Fərhad sevdi deyə dağları yardı, 
Məcnunu sevgisi çöllərə saldı, 
Qurduğum xəyallar gözümdə qaldı, 
Öz dünyamdan uzaqlara gətirib. 
Gör məni məhəbbət hara gətirib.

Hər kəsin qəlbindən keçdi məhəbbət, 
Kiminin həyatın elədi qarət, 
Kiminə ömürlük verdi səadət, 
Mənimçün sağalmaz yara gətirib. 
Gör məni məhəbbət hara gətirib.

Soldurdu gülümü o ləçək-ləçək,
Qırışdı bənizim ağardı birçək,
Qurduğum xəyallar olmadı gerçək, 
Həyatdan bezdirib zara gətirib. 
Gör məni məhəbbət hara gətirib.

Xaleddin İlyas
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri